https://sputnik.az/20220905/sehiyye-nazirliyi-koronavirusa-yoluxmus-sexsler-qan-donoru-ola-bilerler-445700681.html
Səhiyyə Nazirliyi: "Koronavirusa yoluxmuş şəxslər qan donoru ola bilərlər"
Səhiyyə Nazirliyi: "Koronavirusa yoluxmuş şəxslər qan donoru ola bilərlər"
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti bildirib ki, COVID-19 pandemiyası müddətində qan donorlarının miqdarında ciddi azalma yaşanmasına baxmayaraq, qısa... 05.09.2022, Sputnik Azərbaycan
2022-09-05T17:01+0400
2022-09-05T17:01+0400
2022-09-05T17:01+0400
səhiyyə nazirliyi
səhiyyə
koronavirus
xəstə
donor
https://cdnn1.img.sputnik.az/img/40733/42/407334206_0:77:2001:1202_1920x0_80_0_0_8c7b6f0bf65e71d412dd09928ed57a46.jpg
BAKI, 5 sentyabr — Sputnik. "Qan azlığı xəstəlik deyil, sadəcə bir əlamətdir. Dəmir, B12 vitamini, fol turşusu kimi metabolik maddələrin çatışmazlığına bağlı olan anemiyalar sıx görülməklə birlikdə, qaraciyər və böyrək xəstəlikləri kimi sistemik səbəblər, sümük iliyi problemləri də anemiyaya səbəb ola bilər". Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təhməz Həziyev deyib.O bildirib ki, COVID-19 infeksiyası keçirən insanda qan azlığının nədən yarandığını müəyyənləşdirmək olduqca önəmlidir:"Koronavirus infeksiyası respirator sisteminə (xüsusən alt tənəffüs yollarına) ciddi şəkildə təsir etdiyindən anemiyası olan xəstələrdə tənəffüs çatışmazlığı müşahidə olunur. COVID-19-un bilavasitə hematopoetik sistemə təsir nəticəsində anemiya ortaya çıxır. Koronavirusa yoluxanların 60 faizində anemiya müəyyən edilib".Təhməz Həziyev qeyd edib ki, COVID-19 pandemiyası müddətində qan donorlarının miqdarında ciddi azalma yaşanmasına baxmayaraq, qısa müddətdə bu problem aradan qalxıb:Onun sözlərinə görə, koronavirus infeksiyası insan orqanizminin laxtalanma sistemində dəyişikliyə səbəb ola bilər: "Trombotik ağırlaşmalar xüsusən də xəstəliyi ağır keçirən şəxslərdə rast gəlinir. Bu ağırlaşmalara miokard infarktı, işemik insult, arterial və venoz tromboemboliya daxildir. Ağırlaşmaların diaqnostikasını təyin etmək üçün radioloji diaqnostika və laborator testlər vacibdir. COVID-19 səbəbindən hospitalizasiya olunmuş şəxslərdə simptomatik venoz tromoembolizm ortaya çıxma nisbəti təxminən 10 faizdir. Təəssüf ki, COVID-19 yoluxub sağalanlarda bəzən qan xəstəlikləri ortaya çıxır. Belə ki, tromboz keçirmiş insanlarda müvafiq orqan disfunksiyası yaranır. Bundan əlavə, miokard infarktı keçirmişlərdə ürək çatışmazlığı, pulmonar (ağciyər) emboliya olanlarda tənəffüs çatışmazlığı, həmçinin artmış pulmonar hipertenziya, işemik beyin insultu keçirmiş insanlar zehni və fiziki iş görən zaman çətinliklərlə üzləşirlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40733/42/407334206_146:0:1853:1280_1920x0_80_0_0_84ef1f5983b5f71013a76b5893bf1dac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
səhiyyə nazirliyi, koronavirus, xəstə, donor
səhiyyə nazirliyi, koronavirus, xəstə, donor
Səhiyyə Nazirliyi: "Koronavirusa yoluxmuş şəxslər qan donoru ola bilərlər"
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti bildirib ki, COVID-19 pandemiyası müddətində qan donorlarının miqdarında ciddi azalma yaşanmasına baxmayaraq, qısa müddətdə bu problem aradan qalxıb.
BAKI, 5 sentyabr — Sputnik. "Qan azlığı xəstəlik deyil, sadəcə bir əlamətdir. Dəmir, B12 vitamini, fol turşusu kimi metabolik maddələrin çatışmazlığına bağlı olan anemiyalar sıx görülməklə birlikdə, qaraciyər və böyrək xəstəlikləri kimi sistemik səbəblər, sümük iliyi problemləri də anemiyaya səbəb ola bilər". Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təhməz Həziyev deyib.
O bildirib ki, COVID-19 infeksiyası keçirən insanda qan azlığının nədən yarandığını müəyyənləşdirmək olduqca önəmlidir:
"Koronavirus infeksiyası respirator sisteminə (xüsusən alt tənəffüs yollarına) ciddi şəkildə təsir etdiyindən anemiyası olan xəstələrdə tənəffüs çatışmazlığı müşahidə olunur. COVID-19-un bilavasitə hematopoetik sistemə təsir nəticəsində anemiya ortaya çıxır. Koronavirusa yoluxanların 60 faizində anemiya müəyyən edilib".
Təhməz Həziyev qeyd edib ki, COVID-19 pandemiyası müddətində qan donorlarının miqdarında ciddi azalma yaşanmasına baxmayaraq, qısa müddətdə bu problem aradan qalxıb:
"İnfeksiya simptomsuz şəkildə keçibsə, müəyyən müddətdən sonra koronavirusa yoluxmuş şəxslər qan donoru ola bilərlər. Əgər infeksiyanın simptomları ortaya çıxıbsa, o zaman simptomlar tam keçdikdən 14 gün sonra qan donoru olmaq mümkündür".
Onun sözlərinə görə, koronavirus infeksiyası insan orqanizminin laxtalanma sistemində dəyişikliyə səbəb ola bilər: "Trombotik ağırlaşmalar xüsusən də xəstəliyi ağır keçirən şəxslərdə rast gəlinir. Bu ağırlaşmalara miokard infarktı, işemik insult, arterial və venoz tromboemboliya daxildir. Ağırlaşmaların diaqnostikasını təyin etmək üçün radioloji diaqnostika və laborator testlər vacibdir. COVID-19 səbəbindən hospitalizasiya olunmuş şəxslərdə simptomatik venoz tromoembolizm ortaya çıxma nisbəti təxminən 10 faizdir. Təəssüf ki, COVID-19 yoluxub sağalanlarda bəzən qan xəstəlikləri ortaya çıxır. Belə ki, tromboz keçirmiş insanlarda müvafiq orqan disfunksiyası yaranır. Bundan əlavə, miokard infarktı keçirmişlərdə ürək çatışmazlığı, pulmonar (ağciyər) emboliya olanlarda tənəffüs çatışmazlığı, həmçinin artmış pulmonar hipertenziya, işemik beyin insultu keçirmiş insanlar zehni və fiziki iş görən zaman çətinliklərlə üzləşirlər".