Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Məktəblərdə dərsdənkənar məşğələlərin təşkili qaydası təsdiqlənib

© AR Ministry of EducationTəhsil Nazirliyi
Təhsil Nazirliyi - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Nazirin əmrinə görə məktəblərdə təşkil olunacaq dərsdənkənar məşğələyə bütün sinif cəlb olunur.
BAKI, 5 sentyabr — Sputnik. "Ümumi təhsil müəssisələrində dərsdənkənar məşğələlərin (fakültativ kursların) təşkili Qaydası" təsdiqlənib.
Bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Dərsdənkənar məşğələ şagirdlərin meyil, maraq və qabiliyyətinə uyğun olaraq, biliklərinin genişlənməsinə, yaradıcılıq qabiliyyətinin inkişafına və peşəyönümünə yönəlmiş məşğələ formasıdır.
Qaydaya görə, ümumi təhsil müəssisəsində dərsdənkənar məşğələlərdə şagird sayının aşağı həddi 8 (səkkiz) nəfər olaraq müəyyənləşdirilir. Dərsdənkənar məşğələyə bütün sinif cəlb olunur. Fənnin (fənlərin) tədrisinə ayrılan saatlar istisna olmaqla, şagird sayı 8 (səkkiz) nəfərdən az olan siniflərdə dərsdənkənar məşğələlər 2 və ya 3 sinfin (məsələn, V-VI, V-VI-VII, VI-VII, VI-VII-VIII və s.) şagirdlərindən ibarət təşkil edilmiş qrupda (qrupda şagird sayı ən azı 8 (səkkiz) nəfər olmaqla) birgə tədris olunur.
Tədris ili ərzində sinifdə (qrupda) şagird sayının azalması dərsdənkənar məşğələnin fəaliyyətinin davam etməsinə təsir göstərmir. Paralel siniflərdə təhsil alan şagirdlər müxtəlif mövzulu dərsdənkənar məşğələ qruplarında komplektləşdirilə bilər. Dərsdənkənar məşğələdə iştirak üçün təhsilalanlar arasında seçim aparılmır.
Dərsdənkənar məşğələyə ayrılan saatlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları"na əsasən müəyyən edilir və şagirdlərin dərs yükünə daxildir.
Dərsdənkənar məşğələ saatlarının miqdarı həftəlik saatların maksimal miqdarının 20 faizindən çox ola bilməz. Dərsdənkənar məşğələlərin proqramı ən azı 34 saat (həftədə 1 saat olmaqla) nəzərdə tutulur.
Əmrin icrasına nəzarət nazir müavini Muxtar Məmmədova həvalə edilib.
Xəbər lenti
0