https://sputnik.az/20220905/liz-trass-britaniyanin-yeni-bas-naziridir-445713107.html
Liz Trass Britaniyanın yeni Baş naziridir
Liz Trass Britaniyanın yeni Baş naziridir
Sputnik Azərbaycan
Liz Trass Britaniya hökumətində xarici işlər naziri postunu tutub. O, ölkəsinin sayca üçüncü qadın Baş naziridir. 05.09.2022, Sputnik Azərbaycan
2022-09-05T16:37+0400
2022-09-05T16:37+0400
2022-09-05T16:39+0400
dünya xəbərləri
liz trass
böyük britaniya
baş nazir
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444416201_0:0:3073:1728_1920x0_80_0_0_984c55077184931edec5e3168d5f60d7.jpg
BAKI, 5 sentyabr - Sputnik. Böyük Britaniyanın yeni Baş naziri bəlli olub.APA xəbər verir ki, Liz Trass 81 326 səslə Mühafizəkarlar Partiyasının lideri seçilib və nəticə etibarilə ölkənin Baş naziri olub.O, bu postda Boris Consonu əvəz edəcək.Qeyd edək ki, səsvermə fəallığı 82 faiz olub. Liz Trassın rəqibi Rişi Sunak 60 399 səs toplayıb.Liz Trass Britaniya hökumətində xarici işlər naziri postunu tutub. O, ölkəsinin sayca üçüncü qadın Baş naziridir.Liz Trass Britaniyanın yeni Baş naziri seçildikdən sonra ilk çıxışını da edib.O, Mühafizəkarlar Partiyasının lideri seçilməyinin şərəfli olduğunu söyləyib və bunu tarixdəki ən uzun iş müsahibələrindən biri kimi təsvir edib.Liz Trass, həmçinin, keçmiş Baş nazir Boris Consona təşəkkür edərək onun Brexiti həyata keçirdiyini, koronavirus vaksinlərinin yayılmasında mühüm rol oynadığını və Vladimir Putinə qarşı durduğunu bildirib.Yeni Baş nazir çıxışında COVID pandemiyasından sonra vergiləri azaltmaq və Britaniya iqtisadiyyatını gücləndirmək üçün cəsarətli plan təqdim edəcəyini bildirib.O, əlavə edib ki, enerji böhranı və Milli Səhiyyə Xidməti ilə bağlı işlər görəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444416201_104:0:2835:2048_1920x0_80_0_0_155aaf4194ccc9942ded4f8eeccb55f3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
liz trass, böyük britaniya, baş nazir
liz trass, böyük britaniya, baş nazir
Liz Trass Britaniyanın yeni Baş naziridir
16:37 05.09.2022 (Yenilənib: 16:39 05.09.2022) Liz Trass Britaniya hökumətində xarici işlər naziri postunu tutub. O, ölkəsinin sayca üçüncü qadın Baş naziridir.
BAKI, 5 sentyabr - Sputnik. Böyük Britaniyanın yeni Baş naziri bəlli olub.
APA xəbər verir ki, Liz Trass 81 326 səslə Mühafizəkarlar Partiyasının lideri seçilib və nəticə etibarilə ölkənin Baş naziri olub.
O, bu postda Boris Consonu əvəz edəcək.
Qeyd edək ki, səsvermə fəallığı 82 faiz olub. Liz Trassın rəqibi Rişi Sunak 60 399 səs toplayıb.
Liz Trass Britaniya hökumətində xarici işlər naziri postunu tutub. O, ölkəsinin sayca üçüncü qadın Baş naziridir.
Liz Trass Britaniyanın yeni Baş naziri seçildikdən sonra ilk çıxışını da edib.
O, Mühafizəkarlar Partiyasının lideri seçilməyinin şərəfli olduğunu söyləyib və bunu tarixdəki ən uzun iş müsahibələrindən biri kimi təsvir edib.
Liz Trass, həmçinin, keçmiş Baş nazir Boris Consona təşəkkür edərək onun Brexiti həyata keçirdiyini, koronavirus vaksinlərinin yayılmasında mühüm rol oynadığını və Vladimir Putinə qarşı durduğunu bildirib.
Yeni Baş nazir çıxışında COVID pandemiyasından sonra vergiləri azaltmaq və Britaniya iqtisadiyyatını gücləndirmək üçün cəsarətli plan təqdim edəcəyini bildirib.
O, əlavə edib ki, enerji böhranı və Milli Səhiyyə Xidməti ilə bağlı işlər görəcək.