Lavrovla Mirzoyan Bakı və İrəvan arasındakı sülh sazişini müzakirə ediblər

© Sputnik / Mediabanka keçidSergey Lavrov və Ararat Mirzoyan, arxiv şəkli
Sergey Lavrov və Ararat Mirzoyan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Moskvada Rusiya Federasiyası və Ermənistan Respublikası xarici siyasət idarələrinin başçıları arasında danışıqlar baş tutub.
BAKI, 5 sentyabr - Sputnik. Rusiya XİN başçısı Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada keçirdikləri görüşdə bölgədəki nəqliyyat və iqtisadi kommunikasiyaların açılması üzrə gələcək addımları, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını Azərbaycanо-Ermənistan sülh sazişinin parametrlərini müzakirə ediblər.

"Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının hərtərəfli yerinə yetirilməsinə sadiqlik təsdiq olunub. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası işləri, həmçinin Azərbaycan və Ermənistan arasında sülh sazişinin parametrlərinin hazırlanması müzakirə olunub", - deyə Rusiya XİN-in yaydığı məlumatda bildirilir.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.
Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb.
Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq (artıq bu marşrut istifadəyə verilib və 2022-ci il avqustun 26-da Laçın şəhəri Azərbaycanın nəzarətinə qaytarılıb - red.).
Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar.
İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Xəbər lenti
0