Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bakı bizə sevməyi, yaşamağı, hörmət etməyi, dəyər verməyi öyrətdi - yəhudi əsilli rəssam

© Photo : Potopahin AlekseyYəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi
Yəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
İsraildə, Rusiyada tanınan rəssam 40 il əvvəl əsərlərini oğurlayan şəxsə minnətdardır
BAKI, 5 sentyabr — Sputnik. Bu yaxınlarda əslən bakılı olan dağ yəhudisi, hazırda isə həm İsraildə, həm də Rusiyada yaşayan rəssam Rami Meirin Azərbaycan Milli Xalça Muzeyində “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi olub. Daha sonra isə rəssamın Moskvada “Rami Meir. 40 ildən sonra qayıdış” sərgisi keçirilib.
Sərgidə iki döymə panno, təsviri sənət nümunələri, "Rami Meir Art" və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin birgə layihəsi çərçivəsində rəssamın əsərlərinin süjetləri əsasında hazırlanan xalçalar, ağac üzərində oyma texnikası ilə işlənmiş heykəllər, işıq installyasiyaları, qədim zərgərlik nümunələri, sənətkarın şəxsi kolleksiyasından dağ yəhudilərinin dekorativ-tətbiqi sənət əşyaları və müxtəlif silahlar nümayiş etdirilib.
© Sputnik / Shahperi AbbasovaRami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi
Rami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Rami Meirin “Bir xalqın tarixi - bütün dünya üçün” adlı sərgisi
Sputnik Azərbaycan son zamanlar həm ölkəmizdə, həm də Rusiya və İsrail mediasında adı tez-tez hallanan rəssamla müsahibə əsnasında onunla daha yaxından tanış olub.
Rami Meir haqda qısa məlumat:
Dünyada özünün İsraildəki adı - Rami Meir ilə tanınan Raçamim Miqirov 1962-ci ildə Azərbaycanın paytaxtı Bakıda doğulub. Bakı 1 nömrəli orta məktəbdə təhsil alan rəssam həmin təhsil ocağını bitirdikdən sonra ali məktəbə qəbul olunmaq üçün sənədlərini komissiyaya təqdim edir. Lakin ali məktəbə qəbul olunmayan Meir elə həmin il hazırkı adı ilə Bakı İncəsənət Kollecinə qəbul olunaraq burada incəsənətin müxtəlif növləri ilə yaxından tanış olur. O, 1981-ci ildə adıçəkilən kollecin “İncəsənət əşyaları və zərgərlik məmulatları üzərində qabartma” ixtisası üzrə təhsilini tamamlayır.
© Photo : Potopahin AlekseyYəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi
Yəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Yəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi
Bakıda evi olan rəssam hazırda həm Rusiya, həm də İsraildə yaşayır.
40 ildən sonra eyni pavilyona qayıdış
Meir deyir ki, onun sərgisi hələ gənc yaşlarında, 1982-ci ildə təşkil olunmalı idi. Lakin əsərləri Moskvaya daşınarkən iki əsəri istisna olmaqla bütün işləri - mis üzərində zərgərlik tətbiqi texnikasında işlənmiş 20-yə yaxın panel oğurlanıb:
"Oğrunu tapmaq mümkün olmasa da, təsadüfən sərgiyə göndərilməyən iki əsərim qorunub saxlanıldı. Həmin əsərlərm heç yerdə sərgilənmədi və sonradan bu əsərləri gəlinimə hədiyyə etdim".
© Photo : Potopahin AlekseyYəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi
Yəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Yəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi
Lakin bu hadisə ona bir dərs verir
Rami Meir deyir ki, 40 il əvvəl baş verən xoşagəlməz hadisə ona çox şeyi öyrədib:
"Bəzən zəif, cəsarətsiz adamlar başqalarının haqlarını, əmlakını oğurlamağa çalışırlar. Lakin iradəli şəxslər hər şeyini belə itirdikdə daha güclü olurlar. Əslində qəribə səslənsə də, deməliyəm ki, əsərlərimi oğurlayan şəxsə minnətdaram. Çünki o mənə əsərlərimə dəyər verməyi, insanlarla necə rəftar etməyi, əsərlərimi necə yaratmalı olduğumu öyrətdi".
Beləcə Rami Meirin Moskvada 40 il əvvəl "Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki (XTNS) “Azərbaycan” pavilyonunda təşkil olunması planlaşdırılan nümayiş 2022-ci ilin avqustunda eyni mənada təşkil olunur. Beləcə, gələn qonaqlar sərgi salonunda 1982-ci ildə gənc olan rəssamın yaradıcılıq axtarışlarına və uğurlarına dəlalət edən yeganə əsərləri - “Qızılgülün üstünlüyü” və “Qladiatorların döyüşü” panelləri ilə də tanış olurlar.
© Photo : Potopahin AlekseyYəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi
Yəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Yəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi
Rami Meirin əsas fərqliliyi nədir?
Meir araşdırmağı, kolleksiya toplamağı çox sevir:
"Siz məni tarixçi adlandıra bilərsiniz, lakin mən sadə bir insanam. Düzdür, araşdırmağı, tarixi marterialları və sənədləri toplamağı çox sevirəm. Hətta qeyd edim ki, məndə 1786-cı ildə nəşr olunan yəhudi qəzetlərinə dair nümunələr var. Ümumiyyətlə, müxtəlif istiqamətlər üzrə sənədlər, kolleksiyalar toplamağı çox sevirəm. Bir sözlə, kolleksiyalarım zəngindir".
Haqqında İsrail mediasında böyük məqalələr dərc olunan Rami Meir dünyada həm də yəhudilərin həyat tərzini təsvir edən bir rəssam kimi də tanınır:
"Əsərlərimdə Azərbaycanda dağ yəhudilərinin həyatını yağlı boya və kətanla təsvir etmişəm. Bu əsərlərdə həmçinin dağ yəhudi qadınlarının Azərbaycan adət-ənənələrinə inteqrasiyasını da açıq şəkildə görmək mümkündür. Düzü, dağ yəhudiləri, onların geyimi, həyat tərzləri ilə bağlı bu işləri görən ilk şəxslərdən biri olduğum üçün çox qürur hissi keçirirəm".
© Photo : Potopahin AlekseyYəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi
Yəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Yəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi
Qafqaz yəhudiləri üçün gümüş sikkələr düzəldən rəssam əsərlərində həmçinin böyüdüyü icmanı da təsvir etməyə çalışıb:
"Dağ yəhudilərinin 150-200 il əvvəlki geyimlərini, yəhudi gəlinlərinin geyindiyi paltarları, taxdıqları zinət əşyalarını da müxtəlif əsərlərimdə göstərməyə, təsvir etməyə çalışmışam. Bundna başqa, Dağıstanda 2 min il əvvəl mövcud olan Sinaqoqu da əsərlərimdə təsvir etmişəm.
Rami Meir Azərbaycanla bağlı təəssüratlarını da bölüşür
Bakıda doğulmuşam və buna görə qürur duyuram. Elə ilk rəsmlərimi Azərbaycanda çəkməyə başlamışam. Ümumiyyətlə, Bakı mənim xatirimdə ən xoşbəxt və dost, qonaqpərvər şəhər olaraq qalır. Bakıda 38 millətin yaşaması da elə bunu deməyə əsas verir. Burada etnik zəmində hər hansı diskriminasiya ilə ratslaşa bilməzsiniz. Azərbaycanda hər bir millətin mədəniyyətinə ayrı-ayrılıqda böyük ehtiramı görmək mümkündür. Bakının nə qədər gözəl şəhər olduğunu desəm də, yanız orada yaşamış olanlar nə dediyimi anlaya bilər. Bakı bizə sevməyi, yaşamağı, hörmət göstərməyi, dəyər verməyi öyrətdi".
© Photo : Potopahin AlekseyYəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi
Yəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Yəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi
Qeyd edək ki, hələ Rami Meir hələ gənclik yaşlarından, 17 yaşından nailiyyətlər əldə edib. Belə ki, artıq həmin dövrdə onun əsərləri Azərbaycan xalçaçıları tərəfindən maraqla qarşılanmağa başlayıb. Rəssam yaratdığı əsərlərlə əslində Azərbaycanın yəhudilərə nə qədər dəyər verdiyini göstərmək istəyib.
Qeyd edək ki, rəssama sərgisinin təşkil olunması üçün ABŞ-dan, Birləşmiş Ərəb Əmirliklərindən və bir sıra digər ölkələrdən də dəvət gəlib.
Xatırladaq ki, 2020-ci və 2021-ci illərdə Moskvada – Dövlət Şərq Muzeyində və Bakıda – Azərbaycan Milli Xalça Muzeyində Rami Meirin sərgiləri uğurla keçirilib.
© Photo : Potopahin AlekseyYəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi
Yəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Yəhudi əsilli bakılı rəssam Rami Meirin sərgisi
Bundan əlavə, Florensiyadakı “Florence Art Deposit Gallery” qalereyasında rəssamın “Dağ yəhudiləri” silsiləsindən “Qafqaz gözəlləri” işi təqdim edilib.
Cari ildə Təl-Əvivdəki Azərbaycan Turizm Bürosunda “Azərxalça” ASC ilə birlikdə rəssamın “Xalçalar incəsənət kimi. Məkanın və zamanın fövqündə” adlı birgə sərgisi də keçirilib.
Xəbər lenti
0