SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir - XİN

© Sputnik / Murad OrujovXİN Xarici İşlər Nazirliyi
XİN Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Azərbaycan XİN-dən bildirilib ki, terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir.
BAKI, 5 sentyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Əfqanıstandakı səfirliyinin qarşısında törədilən terror aktını pisləyib. Bu barədə Azərbaycan XİN açıqlama yayıb:
"5 sentyabr 2022-ci il tarixində Rusiya Federasiyasının Kabil şəhərindəki səfirliyinə edilən terror hücumu nəticəsində 2 rus diplomatının, habelə əfqan vətəndaşlarının vəfat etməsi xəbərini kədərlə qarşılayırıq. Terrorla üzləşmiş bir dövlət olaraq Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə pisləyir. Diplomatların həyatına qəsd qəbul edilməzdir.
Terror hücumu nəticəsində həyatını itirən şəxslərin ailə üzvlərinə və yaxınlarına başsağlığı bildirir və yaralıların tezliklə sağalmasını diləyirik".
Xatırladaq ki, sentyabrın 5-də Kabil vaxtı ilə saat 10.50-də Rusiyanın Kabildəki səfirliyinin konsulluq şöbəsinin girişinin bilavasitə yaxınlığında naməlum silahlı partlayıcı qurğunu işə salıb.
Hücum nəticəsində diplomatik korpusun iki əməkdaşı öldürülüb, Əfqanıstan vətəndaşları arasında da qurbanlar var.
Əfqanıstana nəzarət edən Taliban* hərəkatı (Rusiyada qadağan olunmuş terror təşkilatı) bildirib ki, "bu gün günorta saat 11 radələrində Kabil şəhərinin 7-ci rayonunda Rusiya səfirliyi yaxınlığında terrorçu-kamikadze özünü izdiham içərisində partlatmaq istəyib.
Lakin hədəfə çatmadan təhlükəsizlik qüvvələri ona atəş açıb və nəticədə partlayış baş verib". Kabil polisinin mətbuat mərkəzinin rəhbəri Xalid Zadran məlumat verib ki, hadisə nəticəsində 1 mülki şəxs həlak olub, 10 nəfər yaralanıb. Hələlik ölkədə fəaliyyət göstərən heç bir silahlı qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Xəbər lenti
0