https://sputnik.az/20220905/azerbaycan-ran-ve-rusiya-numayendeleri-bakida-muzakireler-aparacaqlar-445691346.html
Azərbaycan, Rusiya və İran nümayəndələri Bakıda müzakirələr aparacaqlar
Azərbaycan, Rusiya və İran nümayəndələri Bakıda müzakirələr aparacaqlar
Sputnik Azərbaycan
Üç ölkənin nümayəndələri Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə həyata keçirilməsi nəzərdə tutulan işləri müzakirə edəcəklər. 05.09.2022, Sputnik Azərbaycan
2022-09-05T10:52+0400
2022-09-05T10:52+0400
2022-09-05T11:51+0400
azərbaycan xəbərləri
azərbaycan
rusiya
iran
danışıqlar
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424936699_0:0:1005:565_1920x0_80_0_0_d06becbc5ff3b64f35f5699c6c15696f.jpg
BAKI, 5 sentyabr — Sputnik. Bu həftə Azərbaycan, İran və Rusiya nümayəndələri Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə həyata keçirilməsi nəzərdə tutulan işləri müzakirə edəcəklər.Bu barədə məlumatı İranın Azərbaycandakı səfiri Abbas Müsəvi verib.O bildirib ki, görüşdə Rəşt-Astara dəmir yolunun inşasının başa çatdırılması məsələsinə də baxılacaq.İran KİV-lərinin yazdığına görə, görüş sentyabrın 8-9-da keçiriləcək. İclasda İran, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri və İranın nəqliyyat nazirinin iştirakı gözlənilir.Rəşt-Astara dəmir yolu "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edən dəmir yoludur. Bu, Avropa, Rusiya və Qafqaz dövlətlərini körfəz və Cənub Şərqi Asiya ölkələri ilə nəqliyyat baxımından birləşdirir. Avropadan Asiyaya və əks istiqamətə daşınacaq yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolundan keçəcək.Bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan, İran və Rusiya yolun Rəşt-Astara hissəsinin də tezliklə tikilib istifadəyə verilməsində maraqlıdırlar. Çünki bu yol Azərbaycanın Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, tranzit imkanlarını da artıracaq.İran mətbuatı qeyd edir ki, dəmir yolu hazır olduqdan sonra İranın qonşuları ilə də ticarət əlaqələri inkişaf edəcək. Bu yol təkcə İrana deyil, tranzit ölkə olan Azərbaycana da gəlir gətirəcək.Bakıda keçiriləcək üçtərəfli görüş Rəşt-Astara yolunun tezliklə tikilib istifadəyə verilməsi üçün əhəmiyyətlidir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424936699_51:0:804:565_1920x0_80_0_0_ef7522a1abe4d9b03a8b063205c1e3d1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, rusiya, iran, danışıqlar
azərbaycan, rusiya, iran, danışıqlar
Azərbaycan, Rusiya və İran nümayəndələri Bakıda müzakirələr aparacaqlar
10:52 05.09.2022 (Yenilənib: 11:51 05.09.2022) Üç ölkənin nümayəndələri Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə həyata keçirilməsi nəzərdə tutulan işləri müzakirə edəcəklər.
BAKI, 5 sentyabr — Sputnik. Bu həftə Azərbaycan, İran və Rusiya nümayəndələri Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə həyata keçirilməsi nəzərdə tutulan işləri müzakirə edəcəklər.
Bu barədə məlumatı İranın Azərbaycandakı səfiri Abbas Müsəvi verib.
O bildirib ki, görüşdə Rəşt-Astara dəmir yolunun inşasının başa çatdırılması məsələsinə də baxılacaq.
İran KİV-lərinin yazdığına görə, görüş sentyabrın 8-9-da keçiriləcək. İclasda İran, Rusiya və Azərbaycan baş nazirlərinin müavinləri və İranın nəqliyyat nazirinin iştirakı gözlənilir.
Rəşt-Astara dəmir yolu "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edən dəmir yoludur. Bu, Avropa, Rusiya və Qafqaz dövlətlərini körfəz və Cənub Şərqi Asiya ölkələri ilə nəqliyyat baxımından birləşdirir. Avropadan Asiyaya və əks istiqamətə daşınacaq yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolundan keçəcək.
Bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan, İran və Rusiya yolun Rəşt-Astara hissəsinin də tezliklə tikilib istifadəyə verilməsində maraqlıdırlar. Çünki bu yol Azərbaycanın Asiya ölkələri ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, tranzit imkanlarını da artıracaq.
İran mətbuatı qeyd edir ki, dəmir yolu hazır olduqdan sonra İranın qonşuları ilə də ticarət əlaqələri inkişaf edəcək. Bu yol təkcə İrana deyil, tranzit ölkə olan Azərbaycana da gəlir gətirəcək.
Bakıda keçiriləcək üçtərəfli görüş Rəşt-Astara yolunun tezliklə tikilib istifadəyə verilməsi üçün əhəmiyyətlidir.