Планета Земля - Sputnik Azərbaycan, 1920
DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp tərəfdarlarının mitinqində Vladimir Lenindən sitat gətirib

© AP Photo / Manuel Balce CenetaDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.09.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Qeyd edək ki, 2020-ci il seçkilərinin nəticələrinin hesablanması zamanı Tramp saxtakarlığın onu ikinci prezidentlik müddətindən məhrum etdiyini iddia edib.
BAKI, 4 sentyabr - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarları ilə görüşü zamanı maraqlı ifadələrlə yadda qalıb. Belə ki, Tramp “Səsləri sayan namizəddən qat-qat önəmlidir. Belə çıxır ki, bu, doğrudur” deyərək Stalinin məşhur deyimi kimi bilinən sitatı Vladimir Leninə aid edib və onunla razılaşıb.
“Səsləri sayan namizəddən qat-qat önəmlidir. Belə çıxır ki, bu, doğrudur”, - deyə o, Pensilvaniyada, tərəfdarlarının mitinqində söyləyib.
Xatırladaq ki, Tramp 2020-ci il seçkilərinin nəticələrinin hesablanması zamanı saxtakarlığın onu ikinci prezidentlik müddətindən məhrum etdiyini iddia etsə də, bunu məhkəmələrdə sübut edə bilməyib.
Bundan əvvəl Amerikanın keçmiş lideri Donald Tramp onun tərəfdarlarını tənqid etdiyinə görə ABŞ prezidenti Co Baydeni ölkənin düşməni adlandırıb, bundan əlavə, respublikaçı demokratın tərəfdarlarını da tənqid edib.
O, həmçinin Baydenin çıxışını Ağ Ev rəhbərinin indiyədək səsləndirdiyi “ən dəhşətli çıxış” adlandırıb.
Xəbər lenti
0