https://sputnik.az/20220904/qlobal-bazarda-sabitliyin-esas-serti-enerji-sektoruna-investisiyalardir---opec-bas-katibi-445679261.html
Qlobal bazarda sabitliyin əsas şərti enerji sektoruna investisiyalardır - OPEC baş katibi
Qlobal bazarda sabitliyin əsas şərti enerji sektoruna investisiyalardır - OPEC baş katibi
Sputnik Azərbaycan
BAKI, 4 sentyabr - Sputnik. Enerji sektoruna investisiyalar qlobal bazarda sabitliyi təmin etmək üçün həyati əhəmiyyət daşıyır. Azərtac xəbər verir ki, bu... 04.09.2022, Sputnik Azərbaycan
2022-09-04T15:11+0400
2022-09-04T15:11+0400
2022-09-04T15:11+0400
neft-qaz
opek
nazir
toplantı
investisiya
https://cdnn1.img.sputnik.az/img/42371/94/423719423_0:0:2969:1671_1920x0_80_0_0_c2cad01c9b7e61d89a613efd6d4592be.jpg
BAKI, 4 sentyabr - Sputnik. Enerji sektoruna investisiyalar qlobal bazarda sabitliyi təmin etmək üçün həyati əhəmiyyət daşıyır. Azərtac xəbər verir ki, bu fikri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haytam Al-Ğais dilə gətirib.İndoneziyanın Bali adasında energetika nazirləri toplantısı çərçivəsində keçirilən enerji təhlükəsizliyi sessiyasında çıxış edən Al-Ğais qeyd edib ki, OPEC-in apardığı araşdırmalar 2045-ci ilədək neft sektorunun səmərəli fəaliyyətinin təmin edilməsinə 12 trilyon dollardan çox investisiya lazım olduğunu müəyyən edib.Onun sözlərinə görə, yalnız belə olan halda gələcəkdə neftə olan tələbatı tam şəkildə təmin etmək mümkündür. OPEC-in baş katibinin toplantı çərçivəsində iştirakçı ölkələrin nazirləri, o cümlədən İndoneziyanın enerji və mineral ehtiyatlar naziri Arifin Tasrif, Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simpson, ABŞ-ın energetika nazirinin müavini Devid Turk ilə görüşlərində qlobal neft bazarında sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42371/94/423719423_0:0:2731:2048_1920x0_80_0_0_2a535dade044c02c84cd9445d558ac00.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
opek, nazir, toplantı, investisiya
opek, nazir, toplantı, investisiya
Qlobal bazarda sabitliyin əsas şərti enerji sektoruna investisiyalardır - OPEC baş katibi
BAKI, 4 sentyabr - Sputnik. Enerji sektoruna investisiyalar qlobal bazarda sabitliyi təmin etmək üçün həyati əhəmiyyət daşıyır. Azərtac xəbər verir ki, bu fikri Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haytam Al-Ğais dilə gətirib.
İndoneziyanın Bali adasında energetika nazirləri toplantısı çərçivəsində keçirilən enerji təhlükəsizliyi sessiyasında çıxış edən Al-Ğais qeyd edib ki, OPEC-in apardığı araşdırmalar 2045-ci ilədək neft sektorunun səmərəli fəaliyyətinin təmin edilməsinə 12 trilyon dollardan çox investisiya lazım olduğunu müəyyən edib.
Onun sözlərinə görə, yalnız belə olan halda gələcəkdə neftə olan tələbatı tam şəkildə təmin etmək mümkündür.
OPEC-in baş katibinin toplantı çərçivəsində iştirakçı ölkələrin nazirləri, o cümlədən İndoneziyanın enerji və mineral ehtiyatlar naziri Arifin Tasrif, Avropanın enerji məsələləri üzrə komissarı Kadri Simpson, ABŞ-ın energetika nazirinin müavini Devid Turk ilə görüşlərində qlobal neft bazarında sabitliyin təmin edilməsi məsələləri müzakirə olunub.