https://sputnik.az/20220904/muharibede-sevgisini-tapan-qadin-445669772.html
Müharibədə sevgisini tapan qadın
Müharibədə sevgisini tapan qadın
Sputnik Azərbaycan
Ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən faciələrə biganə qalmayan və ordu sıralarına qoşulan Nəzakət xanımın həyat hekayəsi. 04.09.2022, Sputnik Azərbaycan
2022-09-04T13:00+0400
2022-09-04T13:00+0400
2022-09-04T13:15+0400
əsgər
cəmiyyət
döyüş
ordu
gədəbəy
qadın
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0b/444894133_0:160:3072:1888_1920x0_80_0_0_545bb0ecd962443b80d51bc99618a830.jpg
BAKI, 10 avqust — Sputnik. Tarix boyu ölkəmizdə baş verən mübaribələrdə qadınlarımız da kişilərlə bərabər çiyin-çiyinə vuruşub. Xalqımız həmişə şücaətli qadınları ilə fəxr edib. Belə xanımlardan biri də Nəzakət Məmmədovadır. Ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən faciələr hər bir vətəndaş kimi onu da narahat edirdi. Baş verənlər səssiz qalmayan Nəzakət xanım ordu sıralarına qoşulmağı qərara alır:Öz doğma torpağında azad olmamaq hissi Nəzakət xanımı çox sarsıdır:"O vaxt öz-özümə düşündüm ki, ilahi, biz nə günlərə qalmışıq ki, ölümümüzü doğma torpağımızda dəfn edə bilmirik. Dəfn zamanı da ermənilər dayanmadan atəşə tuturdular. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləyirdim. Orada Qadınlar Şurasının üzvü idim. Həmin müddətdə Xocalı soyqırımı baş verdi. Mən tez-tez Xocalı faciəsinin şahidləri ilə tez-tez görüşürdüm. Bu da mənə təsir etdi".Salatın Əsgərovanın, Xəlil Rza Ulutürkün oğlu Təbrizin, iş yoldaşlarının şəhid xəbərindən sonra qəhrəmanımız hər nə olursa olsun, müribəyə getməyi qarşısına məqsəd qoyur. Bu addım Nəzakət xanıma heç də rahat başa gəlməyib. Ailəsi və yaxınları onu bu fikrindən daşındırmağa çalışsalar da, buna nail ola bilmədilər:O təkcə müharibəyə getmir, eyni zamanda insaları müharibəyə səsləyir. Hər kəs onun çağırışı ilə ordu sıralarına qatılır:"Aşıq Şəmşirin oğlu Qəmbər müəllim Gədəbəydə icra başçısı idi. Mənə dedi ki, sən bir çağırış elə. Çünki, insanlar rayondan qaçırdılar. Gədəbəy elə bir yer idi ki, bütün sərhədlər bu bölgədə qurulmuşdu. Axı kənd boşalanda əsgərlər üçün də çətin olurdu. Kənddə əhali olanda əsgərlər üçün bir təsəlli olurdu ki, xalq onların yanındadır. Mən çıxış elədim ki, rayonu tərk edib getmək qeyrətdən deyil. Mənim bu çağırışımdan sonra rayonun kişilərinin 80%-i könüllü olaraq orduya qoşuldu. Özünü müdafiə batalyonumuz yarandı".Onu bu yoldan çəkindirməyə çalışanlar çox olsa da dəstəkləyənlər də az olmayıb. Dəstəkləyənlərdən biri də Nəzakət xanımın ömür-gün yoldaşı Nizami Bağırov olub. O zamanlar hər ikisi subay idi. Nizami bəy o vaxt bölük komandiri idi. Həmin çətin günlər onların sevgisini daha artdı:Müsahibimiz müharibə xatirələrindən bir qismini bizimlə bölüşdü:"1994-cü il mayın 9-u çox güclü qar yağırdı. Bölüklə birlikdə Çətin dərə adlanan böləgə ilə Sevan gölünə gedirdik. Yükümüzü bir əsgər atla aparırdı. Yükümüz də bir kisə makaron idi. At çayı keçəndə makaronlar yerə töküldü. Əlimizlə makaronları yığdıq, sonra onları qaynadıb ləzzətlə yedik. Çünki, başqa çarəmiz yox idi. Heç nə yox idi yeməyə. Bu tipli hadisələr çox olub. Ən çox aclıqdan əziyyət çəkirdik. Quru çörəyə belə möhtac idik. Əsgərlərin əlini-ayağını don vururdu, mən özümlə quru spirt gəzdirirdim ki, onlar əl-ayaqlarını spirtlə ova bilsinlər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/0b/444894133_171:0:2902:2048_1920x0_80_0_0_2e78d5e03e0084869d0e6ca0372ef7ef.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
əsgər, döyüş, ordu, gədəbəy, qadın
əsgər, döyüş, ordu, gədəbəy, qadın
Müharibədə sevgisini tapan qadın
13:00 04.09.2022 (Yenilənib: 13:15 04.09.2022) Ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən faciələrə biganə qalmayan və ordu sıralarına qoşulan Nəzakət xanımın həyat hekayəsi.
BAKI, 10 avqust — Sputnik. Tarix boyu ölkəmizdə baş verən mübaribələrdə qadınlarımız da kişilərlə bərabər çiyin-çiyinə vuruşub. Xalqımız həmişə şücaətli qadınları ilə fəxr edib. Belə xanımlardan biri də Nəzakət Məmmədovadır. Ötən əsrin 90-cı illərində ölkəmizdə baş verən faciələr hər bir vətəndaş kimi onu da narahat edirdi. Baş verənlər səssiz qalmayan Nəzakət xanım ordu sıralarına qoşulmağı qərara alır:
"Mənim babam Gədəbəyin Şınıx kəndindən idi. Qarabağ müharibəsi zamanı Ermənistan ordusu Başkənd ərazidən Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun bəzi kəndlərini atəş altında saxlamaq üçün istifadə edirdi. 1992-ci ilin yayında Ermənistan ordusu Gədəbəy rayonuna Ermənistan tərəfdən hücuma keçdi. Qarabağ müharibəsi başlayandan sonra ermənilər Başkəndi güclü istehkama çevirmişdilər və oradan Gədəbəyin kəndlərinə daim təhlükə yaradır, dinc əhaliyə qarşı silahlı hücumlar edirdilər. Qanlı hadisələrdən biri 1991-ci il yanvarın 31-də törədildi, erməni yaraqlıları Başkənddən keçib Şınıx tərəfə gedən yolun Mutudərəyə yaxın hissəsində 6 azərbaycanlını qətlə yetirdilər. Bundan sonra Şınıxa gediş-gəliş daha da çətinləşdi. Həmin vaxtlarda babam Bakıda vəfat etmişdi. Biz babamızı dəfn etmək üçün erməni kəndinin yanından keçməli idik. Çox çətinliklə gedib çıxdıq. Rus ordusu bizi tankla qarşıladı, onların vasitəsi ilə biz kəndimizə getməli olduq".
Öz doğma torpağında azad olmamaq hissi Nəzakət xanımı çox sarsıdır:
"O vaxt öz-özümə düşündüm ki, ilahi, biz nə günlərə qalmışıq ki, ölümümüzü doğma torpağımızda dəfn edə bilmirik. Dəfn zamanı da ermənilər dayanmadan atəşə tuturdular. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində işləyirdim. Orada Qadınlar Şurasının üzvü idim. Həmin müddətdə Xocalı soyqırımı baş verdi. Mən tez-tez Xocalı faciəsinin şahidləri ilə tez-tez görüşürdüm. Bu da mənə təsir etdi".
Salatın Əsgərovanın, Xəlil Rza Ulutürkün oğlu Təbrizin, iş yoldaşlarının şəhid xəbərindən sonra qəhrəmanımız hər nə olursa olsun, müribəyə getməyi qarşısına məqsəd qoyur. Bu addım Nəzakət xanıma heç də rahat başa gəlməyib. Ailəsi və yaxınları onu bu fikrindən daşındırmağa çalışsalar da, buna nail ola bilmədilər:
"O vaxt televiziya vasitəsi ilə elan edildi. Mən də könüllü olaraq döyüşə getdim. Dedilər ki, kim hansı bölgədə vuruşmaq istəyirsə, gedə bilər. Mən də düşündüm ki, digər bölgələri tanımıram, ona görə də Gədəbəyə getdim".
O təkcə müharibəyə getmir, eyni zamanda insaları müharibəyə səsləyir. Hər kəs onun çağırışı ilə ordu sıralarına qatılır:
"Aşıq Şəmşirin oğlu Qəmbər müəllim Gədəbəydə icra başçısı idi. Mənə dedi ki, sən bir çağırış elə. Çünki, insanlar rayondan qaçırdılar. Gədəbəy elə bir yer idi ki, bütün sərhədlər bu bölgədə qurulmuşdu. Axı kənd boşalanda əsgərlər üçün də çətin olurdu. Kənddə əhali olanda əsgərlər üçün bir təsəlli olurdu ki, xalq onların yanındadır. Mən çıxış elədim ki, rayonu tərk edib getmək qeyrətdən deyil. Mənim bu çağırışımdan sonra rayonun kişilərinin 80%-i könüllü olaraq orduya qoşuldu. Özünü müdafiə batalyonumuz yarandı".
Onu bu yoldan çəkindirməyə çalışanlar çox olsa da dəstəkləyənlər də az olmayıb. Dəstəkləyənlərdən biri də Nəzakət xanımın ömür-gün yoldaşı Nizami Bağırov olub. O zamanlar hər ikisi subay idi. Nizami bəy o vaxt bölük komandiri idi. Həmin çətin günlər onların sevgisini daha artdı:
"Orada başqa qadınlar da var idi. Amma nədənsə, onun diqqətini mən çəkmişdim. Bəzən müəyyən problemlər olurdu mənimlə bağlı. O həmişə məni müdafiə edirdi. Deyirdi "aslanın dişisi, erkəyi olmaz". Hərbiçi olmaqla yanaşı, çox gözəl şeir deyirdi, saz çalırdı. Hər dəfə ağır döyüşlərdən sonra qələbə qaananda saz çalırdı. Bir dəfə mənə sazla öz eşqini elan edəndə əsəbləşdim. Həmin an mənə dedi ki, "Mənimlə evlənərsən?". Mən də düşünmədən "hə" dedim".
Müsahibimiz müharibə xatirələrindən bir qismini bizimlə bölüşdü:
"1994-cü il mayın 9-u çox güclü qar yağırdı. Bölüklə birlikdə Çətin dərə adlanan böləgə ilə Sevan gölünə gedirdik. Yükümüzü bir əsgər atla aparırdı. Yükümüz də bir kisə makaron idi. At çayı keçəndə makaronlar yerə töküldü. Əlimizlə makaronları yığdıq, sonra onları qaynadıb ləzzətlə yedik. Çünki, başqa çarəmiz yox idi. Heç nə yox idi yeməyə. Bu tipli hadisələr çox olub. Ən çox aclıqdan əziyyət çəkirdik. Quru çörəyə belə möhtac idik. Əsgərlərin əlini-ayağını don vururdu, mən özümlə quru spirt gəzdirirdim ki, onlar əl-ayaqlarını spirtlə ova bilsinlər".