"Karate 1 Premyer Liqa" turnirində komandamız rekorda imza atıb
"Karate 1 Premyer Liqa" turnirində komandamız rekorda imza atıb
Sputnik Azərbaycan
Bakıda keçirilən Premyer Liqa seriyasının sonuncu mərhələsinin medalları uğrunda 58 ölkədən 348 karateçi mübarizə aparıb. Azərbaycan idmançıları turniri altı... 04.09.2022, Sputnik Azərbaycan
Azərbaycan karateçiləri Bakıda keçirilən "Karate1 Premyer Liqa" turnirini 6 medalla başa vurublar. Yarışda karateçilərimiz 3 qızıl və 3 bürünc medala sahib olublar.Təmsilçilərimizdən Əminağa Quliyev (60 kiloqram), İrina Zaretska (68 kiloqram) və Asiman Qurbanlı (+84 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.Bürünc medalları isə yığmamıza Tural Ağalarzadə (67 kiloqram), Turqut Həsənov (84 kiloqram) və Murad Hacızadə (+84 kiloqram) qazandırıblar.Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparıb.
Bakıda keçirilən Premyer Liqa seriyasının sonuncu mərhələsinin medalları uğrunda 58 ölkədən 348 karateçi mübarizə aparıb. Azərbaycan idmançıları turniri altı medalla başa vurublar.
Azərbaycan karateçiləri Bakıda keçirilən "Karate1 Premyer Liqa" turnirini 6 medalla başa vurublar. Yarışda karateçilərimiz 3 qızıl və 3 bürünc medala sahib olublar.
Təmsilçilərimizdən Əminağa Quliyev (60 kiloqram), İrina Zaretska (68 kiloqram) və Asiman Qurbanlı (+84 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Bürünc medalları isə yığmamıza Tural Ağalarzadə (67 kiloqram), Turqut Həsənov (84 kiloqram) və Murad Hacızadə (+84 kiloqram) qazandırıblar.
Turnirdə 58 ölkədən 348 karateçi medallar uğrunda mübarizə aparıb.