https://sputnik.az/20220904/cinin-gunes-panellerinden-qidalanan-pua-si-mese-yanginlari-zamani-istifade-oluna-biler-445684833.html
Çinin günəş panellərindən qidalanan PUA-sı meşə yanğınları zamanı istifadə oluna bilər
Çinin günəş panellərindən qidalanan PUA-sı meşə yanğınları zamanı istifadə oluna bilər
Sputnik Azərbaycan
“Qimingxing 50” günəş enerjisi ilə işləyən dron Çində ilk uçuşunu həyata keçirib. 04.09.2022, Sputnik Azərbaycan
2022-09-04T18:24+0400
2022-09-04T18:24+0400
2022-09-04T18:29+0400
dünya xəbərləri
çin
pua
günəş
yanğın
olimpiada
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445565615_0:63:1200:738_1920x0_80_0_0_72983c37e804f6baa1df6760a02ddc38.jpg
BAKI, 4 sentyabr - Sputnik. Çində “Qimingxing 50” günəş enerjisi ilə işləyən pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu həyata keçirib. Bu barədə, uçuşun videosunu dərc edən “Zvezdanews” Telegram kanalı məlumat yayıb.Dronun havaya qalxdığı an və uçuşun özü qeydə alınıb.Nəşrin məlumatına görə, “Qimingxing 50” Yuylin hava limanından havaya qalxaraq 26 dəqiqə havada qalıb, bundan sonra eyni uçuş-enmə zolağına enib.Bu PUA günəş panelləri ilə işləyən altı elektrik mühərriki ilə təchiz olunub. Bildirilir ki, o, mümkün meşə yanğınları üçün əraziyə nəzarət edə, geodeziya tədqiqatları apara, yüksəklikdə kəşfiyyat və digər tapşırıqları yerinə yetirə bilər.“Bloomberg” fevral ayında Çinin Olimpiadadan əvvəl ölkənin ən böyük texnologiya şirkətlərindən biri olan “Baidu”nun yeni dronlarını istifadə etdiyini bildirmişdi.Bildirilir ki, tamaşaçılar hələ Olimpiada başlanmazdan əvvəl pilotsuz şatllarda gəzintiyə çıxa biliblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445565615_67:0:1134:800_1920x0_80_0_0_4e9348943cdde10a30b305fa5ba1b399.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
çin, pua, günəş, yanğın, olimpiada
çin, pua, günəş, yanğın, olimpiada
Çinin günəş panellərindən qidalanan PUA-sı meşə yanğınları zamanı istifadə oluna bilər
18:24 04.09.2022 (Yenilənib: 18:29 04.09.2022) “Qimingxing 50” günəş enerjisi ilə işləyən dron Çində ilk uçuşunu həyata keçirib.
BAKI, 4 sentyabr - Sputnik. Çində “Qimingxing 50” günəş enerjisi ilə işləyən pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu həyata keçirib. Bu barədə, uçuşun videosunu dərc edən “Zvezdanews” Telegram kanalı məlumat yayıb.
Dronun havaya qalxdığı an və uçuşun özü qeydə alınıb.
Nəşrin məlumatına görə, “Qimingxing 50” Yuylin hava limanından havaya qalxaraq 26 dəqiqə havada qalıb, bundan sonra eyni uçuş-enmə zolağına enib.
Bu PUA günəş panelləri ilə işləyən altı elektrik mühərriki ilə təchiz olunub. Bildirilir ki, o, mümkün meşə yanğınları üçün əraziyə nəzarət edə, geodeziya tədqiqatları apara, yüksəklikdə kəşfiyyat və digər tapşırıqları yerinə yetirə bilər.
“Bloomberg” fevral ayında Çinin Olimpiadadan əvvəl ölkənin ən böyük texnologiya şirkətlərindən biri olan “Baidu”nun yeni dronlarını istifadə etdiyini bildirmişdi.
Bildirilir ki, tamaşaçılar hələ Olimpiada başlanmazdan əvvəl pilotsuz şatllarda gəzintiyə çıxa biliblər.