https://sputnik.az/20220904/azerbaycan-sefirlikler-festivalinda-445680451.html
Azərbaycan səfirliklər festivalında
Azərbaycan səfirliklər festivalında
Sputnik Azərbaycan
Tədbirdə iştirak edənlər Azərbaycanın məhsullarına və kulinariya incilərinə heyranlıqlarını ifadə edərək ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış olmaq... 04.09.2022, Sputnik Azərbaycan
2022-09-04T15:27+0400
2022-09-04T15:27+0400
2022-09-04T15:27+0400
azərbaycan xəbərləri
səfirlik
festival
azərbaycan
niderland krallığı
https://cdnn1.img.sputnik.az/img/07e6/09/04/445679697_0:83:895:586_1920x0_80_0_0_8deccb29b5752747a3fffe8b0026276b.jpg
BAKI, 4 sentyabr - Sputnik. Niderland Krallığının Haaqa şəhərində səfirliklər festivalı (“Embassy Festival”) keçirilib. Festival bu ölkədə akkreditə olunmuş 50-dən çox səfirliyin birgə təşkilatçılığı ilə reallaşıb.Azərtac xəbər verir ki, müxtəlif ölkələrin mədəniyyətlərinin təqdim edildiyi festivalda Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi də təmsil olunub. Festivalda iştirakçı dövlətlər mədəniyyətlərini, mətbəxlərini, musiqilərini təqdim ediblər.Azərbaycan pavilyonunda milli mətbəxin ən ləziz təamları - şahı olan plov, dolma, kabablar, şirniyyatlarımız və içkilərimiz təqdim edilib.Niderlandda yaşayan Azərbaycan icmasının üzvləri festivala qatılaraq, ziyarətçilərə ölkəmizin mədəniyyəti, incəsənəti və turizmi haqqında ətraflı məlumat verib, broşürlər paylayıblar.Ölkəmizin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov Azərbaycan pavilyonunda həmkarlarının, eləcə də pavilyonumuzun ziyarətçilərinin ölkəmiz haqqında olan suallarını cavablandırıb.Haaqa şəhərinin meri Jan Hendrikus Cornelis van Zanen hər ölkənin pavilyonuna yaxınlaşıb səlahiyyətli nümayəndələrlə görüşüb, onlarla festival haqqında fikir mübadiləsi aparıb, ölkələrin milli mədəniyyəti və mətbəxi ilə tanış olub.Festival hər il on minlərlə ziyarətçini qəbul edir. Ziyarətçilər Azərbaycanın məhsullarına və kulinariya incilərinə heyranlıqlarını bildirib və ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış olmaq arzularını ifadə ediblər.Milli rəqs qrupumuzun çıxışı festivala xüsusi rəng qatıb. Rəngarəng rəqslər təqdim edən qrupun təqdimatı alqışlarla qarşılanıb.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/04/445679697_2:0:894:669_1920x0_80_0_0_292a47ff6542d84bee004ebf072b3082.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
səfirlik, festival, azərbaycan, niderland krallığı
səfirlik, festival, azərbaycan, niderland krallığı
Azərbaycan səfirliklər festivalında
Tədbirdə iştirak edənlər Azərbaycanın məhsullarına və kulinariya incilərinə heyranlıqlarını ifadə edərək ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış olmaq istədiklərini dilə gətiriblər.
BAKI, 4 sentyabr - Sputnik. Niderland Krallığının Haaqa şəhərində səfirliklər festivalı (“Embassy Festival”) keçirilib. Festival bu ölkədə akkreditə olunmuş 50-dən çox səfirliyin birgə təşkilatçılığı ilə reallaşıb.
Azərtac xəbər verir ki, müxtəlif ölkələrin mədəniyyətlərinin təqdim edildiyi festivalda Azərbaycan Respublikasının Niderland Krallığındakı səfirliyi də təmsil olunub. Festivalda iştirakçı dövlətlər mədəniyyətlərini, mətbəxlərini, musiqilərini təqdim ediblər.
Azərbaycan pavilyonunda milli mətbəxin ən ləziz təamları - şahı olan plov, dolma, kabablar, şirniyyatlarımız və içkilərimiz təqdim edilib.
Niderlandda yaşayan Azərbaycan icmasının üzvləri festivala qatılaraq, ziyarətçilərə ölkəmizin mədəniyyəti, incəsənəti və turizmi haqqında ətraflı məlumat verib, broşürlər paylayıblar.
Ölkəmizin Niderlanddakı fövqəladə və səlahiyyətli səfiri Fikrət Axundov Azərbaycan pavilyonunda həmkarlarının, eləcə də pavilyonumuzun ziyarətçilərinin ölkəmiz haqqında olan suallarını cavablandırıb.
Haaqa şəhərinin meri Jan Hendrikus Cornelis van Zanen hər ölkənin pavilyonuna yaxınlaşıb səlahiyyətli nümayəndələrlə görüşüb, onlarla festival haqqında fikir mübadiləsi aparıb, ölkələrin milli mədəniyyəti və mətbəxi ilə tanış olub.
Festival hər il on minlərlə ziyarətçini qəbul edir. Ziyarətçilər Azərbaycanın məhsullarına və kulinariya incilərinə heyranlıqlarını bildirib və ölkəmizin mədəniyyəti ilə daha yaxından tanış olmaq arzularını ifadə ediblər.
Milli rəqs qrupumuzun çıxışı festivala xüsusi rəng qatıb. Rəngarəng rəqslər təqdim edən qrupun təqdimatı alqışlarla qarşılanıb.