https://sputnik.az/20220904/almaniyada-2023-cu-ilin-evvelinde-elektrik-enerjisi-kesile-biler-445686679.html
Almaniyada 2023-cü ilin əvvəlində elektrik enerjisi kəsilə bilər
Almaniyada 2023-cü ilin əvvəlində elektrik enerjisi kəsilə bilər
Sputnik Azərbaycan
Partiya lideri bildirib ki, əgər qış dövründə hər beşinci alman evi elektriklə qızdırsa, bu, enerji sisteminin tam yüklənməsinə və enerji çatışmazlığına səbəb... 04.09.2022, Sputnik Azərbaycan
2022-09-04T20:44+0400
2022-09-04T20:44+0400
2022-09-04T20:56+0400
dünya xəbərləri
almaniya
elektrik enerjisi
kəsilmə
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437663073_0:90:3319:1957_1920x0_80_0_0_57e425c718530353ecabc59619c9840f.jpg
BAKI, 4 sentyabr - Sputnik. Gələn ilin əvvəlində Alman Hakimiyyətinin nüvə enerjisindən imtina etməsi fonunda Almaniya sakinlərinin elektrik enerjisinin kəsilməsini gözləmək olar. “Bild am Sonntag” nəşri məlumat verir ki, bunu Almainayanın Xristian-demokrat ittifaqı partiyasının (XDİ) lideri Fridrix Merts deyib.Mertsin sözlərinə görə, əgər qış dövründə hər beşinci alman evi elektriklə qızdırsa, elektrik enerjisinə tələbat iki dəfə artacaq.Bu, enerji sisteminin tam yüklənməsinə və enerji çatışmazlığına səbəb ola bilər. "Hökumət eyni ruhda davam edib ideoloji səbəblərə görə atom energetikasından imtinaya əməl edərsə, bizi gələn ilin əvvəlində elektrik enerjisinin kəsilməsi gözləyə bilər", - deyə o vurğulayıb.XDİ lideri, həmçinin, Almaniyanın üç atom elektrik stansiyasının yeni yanacaq elementləri ilə təmin edilməsinin zəruriliyini də qeyd edib.Onun fikrincə, belə bir tədbir ölkədə 20 milyon ev təsərrüfatının etibarlı elektrik enerjisi ilə təminatına imkan verəcək.Bir müddət əvvəl Almaniyanın Bavariya hökumətinin başçısı Markus Zeder bildirmişdi ki, enerji böhranına görə Almaniyada əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin azalması və müflisləşmə dalğası baş verə bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/1c/437663073_295:0:3024:2047_1920x0_80_0_0_0898c964a68991abd10e7c5310f8ae06.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
almaniya, elektrik enerjisi, kəsilmə
almaniya, elektrik enerjisi, kəsilmə
Almaniyada 2023-cü ilin əvvəlində elektrik enerjisi kəsilə bilər
20:44 04.09.2022 (Yenilənib: 20:56 04.09.2022) Partiya lideri bildirib ki, əgər qış dövründə hər beşinci alman evi elektriklə qızdırsa, bu, enerji sisteminin tam yüklənməsinə və enerji çatışmazlığına səbəb ola bilər.
BAKI, 4 sentyabr - Sputnik. Gələn ilin əvvəlində Alman Hakimiyyətinin nüvə enerjisindən imtina etməsi fonunda Almaniya sakinlərinin elektrik enerjisinin kəsilməsini gözləmək olar. “Bild am Sonntag” nəşri məlumat verir ki, bunu Almainayanın Xristian-demokrat ittifaqı partiyasının (XDİ) lideri Fridrix Merts deyib.
Mertsin sözlərinə görə, əgər qış dövründə hər beşinci alman evi elektriklə qızdırsa, elektrik enerjisinə tələbat iki dəfə artacaq.
Bu, enerji sisteminin tam yüklənməsinə və enerji çatışmazlığına səbəb ola bilər. "Hökumət eyni ruhda davam edib ideoloji səbəblərə görə atom energetikasından imtinaya əməl edərsə, bizi gələn ilin əvvəlində elektrik enerjisinin kəsilməsi gözləyə bilər", - deyə o vurğulayıb.
XDİ lideri, həmçinin, Almaniyanın üç atom elektrik stansiyasının yeni yanacaq elementləri ilə təmin edilməsinin zəruriliyini də qeyd edib.
Onun fikrincə, belə bir tədbir ölkədə 20 milyon ev təsərrüfatının etibarlı elektrik enerjisi ilə təminatına imkan verəcək.
Bir müddət əvvəl Almaniyanın Bavariya hökumətinin başçısı Markus Zeder bildirmişdi ki, enerji böhranına görə Almaniyada əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin azalması və müflisləşmə dalğası baş verə bilər.