https://sputnik.az/20220903/six-ve-pirsagi-cimerliyine-cirkab-axidilir-resmi-aciqlama-445641380.html
Şıx və Pirşağı çimərliyinə çirkab axıdılır? Rəsmi açıqlama
Şıx və Pirşağı çimərliyinə çirkab axıdılır? Rəsmi açıqlama
Sputnik Azərbaycan
"Azərsu" səlahiyyətlisi qurumun sifarişi ilə bütün Xəzərsahili boyu yaşayış məntəqələrindən gələn tullantı sularının təmizlənməsi və kənarlaşdırılması... 03.09.2022, Sputnik Azərbaycan
2022-09-03T10:00+0400
2022-09-03T10:00+0400
2022-09-03T10:00+0400
xəzər
cəmiyyət
ekologiya
https://cdnn1.img.sputnik.az/img/42328/25/423282505_0:159:2993:1842_1920x0_80_0_0_8c85baca05a3c98c3272033a48febfa5.jpg
BAKI, 3 sentyabr — Sputnik. Bu gün artıq Şıx çimərliyi ərazisindən dənizə tullantı sularının birbaşa axıdılması müşahidə edilmir. Bunu "Azərsu" ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli deyib. Onun sözlərinə görə, ərazidə müvafiq təmizləmə qurğuları tikilib:"Şıx çimərliyi ərazisində müvafiq sahil kollektorları tikilib. Eyni zamanda, çimərlik ərazisində olan iaşə obyektlərinin də fərdi təmizləmə qurğuları var. Bu da dənizə birbaşa tullantı sularının axıdılmasının qarşısını tamamilə almaq deməkdir".O, həmçinin qeyd edib ki, Pirşağı qəsəbəsində tullantı sularının Xəzərə axıdılmasının qarşısı alınıb. Onun sözlərinə görə, sahil boyu 1000 millimetrlik kollektor vasitəsilə Xəzərə axıdılan tullantı suyunun qarşısı tamamilə alınıb: "Bu qurğu bütün standartlara cavab verir".B.Kəngərli vurğulayıb ki, "Azərsu"nun sifarişi ilə bütün Xəzərsahili boyu yaşayış məntəqələrindən gələn tullantı sularının təmizlənməsi və kənarlaşdırılması istiqamətində layihələr hazırlanır.Departament rəisinin sözlərinə görə, layihəyə uyğun müəyyən qurğular artıq hazırdır: "Hazırda 24 ədəd qurğu istifadəyə hazırdır, əlavə olaraq 4-ü də yaxın günlərdə istifadəyə veriləcək".Bahadur Kəngərli qeyd edib ki, bu layihə təkcə Bakı və Abşeron ətrafına aid deyil. Layihə həmçinin bölgələrdə də həyata keçiriləcək.Xatırladaq ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov mətbuata açıqlamasında bildirib ki, Hövsan kanalı və digər çirklənmə mənbələrindən gələn çirkab suları ilə Xəzər dənizi çirklənir: "Hövsan və Bakı ərazisində olan digər kanallar ətraf qəsəbələrin çirkab sularını özündə birləşdirir. Gələcəkdə bu kanallar vasitəsilə axıdılan çirkab sularının ümumiləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşularaq qarşısı alınmalıdır. "Azərsu"yun baş planında bu problemlərin aradan qaldırılması nəzərdə tutulub".Onu da yada salaq ki, çimərlik ərazilərində aparılan monitorinqlərin nəticəsinə görə, Xəzər və Binəqədi rayonu ərazisindəki çimərliklərdə vətəndaşların çimməsi məqsədəuyğundur. Qaradağdakı Sahil, Səbaildəki Şıx çimərliyi, Hövsan və Türkan çimərliklərində vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Çünki bu ərazilərdə külli miqdarda bakteriya aşkarlanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42328/25/423282505_162:0:2829:2000_1920x0_80_0_0_3487e91b15c52d5d460d75d8bf9c378f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəzər, ekologiya
Şıx və Pirşağı çimərliyinə çirkab axıdılır? Rəsmi açıqlama
"Azərsu" səlahiyyətlisi qurumun sifarişi ilə bütün Xəzərsahili boyu yaşayış məntəqələrindən gələn tullantı sularının təmizlənməsi və kənarlaşdırılması istiqamətində layihələr hazırlandığını bildirib.
BAKI, 3 sentyabr — Sputnik. Bu gün artıq Şıx çimərliyi ərazisindən dənizə tullantı sularının birbaşa axıdılması müşahidə edilmir.
Bunu "Azərsu" ASC-nin Planlaşdırma və Layihələndirmə Departamentinin rəisi Bahadur Kəngərli deyib. Onun sözlərinə görə, ərazidə müvafiq təmizləmə qurğuları tikilib:
"Şıx çimərliyi ərazisində müvafiq sahil kollektorları tikilib. Eyni zamanda, çimərlik ərazisində olan iaşə obyektlərinin də fərdi təmizləmə qurğuları var. Bu da dənizə birbaşa tullantı sularının axıdılmasının qarşısını tamamilə almaq deməkdir".
O, həmçinin qeyd edib ki, Pirşağı qəsəbəsində tullantı sularının Xəzərə axıdılmasının qarşısı alınıb. Onun sözlərinə görə, sahil boyu 1000 millimetrlik kollektor vasitəsilə Xəzərə axıdılan tullantı suyunun qarşısı tamamilə alınıb: "Bu qurğu bütün standartlara cavab verir".
B.Kəngərli vurğulayıb ki, "Azərsu"nun sifarişi ilə bütün Xəzərsahili boyu yaşayış məntəqələrindən gələn tullantı sularının təmizlənməsi və kənarlaşdırılması istiqamətində layihələr hazırlanır.
Departament rəisinin sözlərinə görə, layihəyə uyğun müəyyən qurğular artıq hazırdır:
"Hazırda 24 ədəd qurğu istifadəyə hazırdır, əlavə olaraq 4-ü də yaxın günlərdə istifadəyə veriləcək".
Bahadur Kəngərli qeyd edib ki, bu layihə təkcə Bakı və Abşeron ətrafına aid deyil. Layihə həmçinin bölgələrdə də həyata keçiriləcək.
Xatırladaq ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov mətbuata açıqlamasında bildirib ki, Hövsan kanalı və digər çirklənmə mənbələrindən gələn çirkab suları ilə Xəzər dənizi çirklənir:
"Hövsan və Bakı ərazisində olan digər kanallar ətraf qəsəbələrin çirkab sularını özündə birləşdirir. Gələcəkdə bu kanallar vasitəsilə axıdılan çirkab sularının ümumiləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşularaq qarşısı alınmalıdır. "Azərsu"yun baş planında bu problemlərin aradan qaldırılması nəzərdə tutulub".
Onu da yada salaq ki, çimərlik ərazilərində aparılan monitorinqlərin nəticəsinə görə, Xəzər və Binəqədi rayonu ərazisindəki çimərliklərdə vətəndaşların çimməsi məqsədəuyğundur. Qaradağdakı Sahil, Səbaildəki Şıx çimərliyi, Hövsan və Türkan çimərliklərində vətəndaşların çimməsi məqsədəuyğun sayılmır. Çünki bu ərazilərdə külli miqdarda bakteriya aşkarlanıb.