Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sərin hava sevənlərə şad xəbər — temperatur enəcək

© Sputnik / Murad OrujovВид на город Шуша
Вид на город Шуша - Sputnik Azərbaycan, 1920, 03.09.2022
Abunə olmaq
Azərbaycanın rayonlarında sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 06-dan 08-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
BAKI, 3 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.
Xidmətin yaydığı xəbərdə bildirilib ki, 25 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.
Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq.
Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq.
Küləkli hava şəraiti 07-si gündüzədək davam edəcək.
Havanın temperaturu tədricən 8-10° aşağı enəcək.
6-sı gündüzdən 08-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var. Azərbaycanın rayonlarında sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 06-dan 08-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.
Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq.
Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.
Работа в жаре, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.09.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Sabah dözülməz isti olacaq
Xəbər lenti
0