https://sputnik.az/20220903/azerbaycanda-issizlik-seviyyesi-asagi-dusub-detallar-445527072.html
Azərbaycanda işsizlik səviyyəsi aşağı düşüb-DETALLAR
Azərbaycanda işsizlik səviyyəsi aşağı düşüb-DETALLAR
Sputnik Azərbaycan
Son bir ildə ölkədə işsizliyin səviyyəsi 0.69% azalıb. Deputat işsizlik səviyyəsinin aşağı düşməsinin səbəblərindən danışıb. 03.09.2022, Sputnik Azərbaycan
2022-09-03T09:25+0400
2022-09-03T09:25+0400
2022-09-03T09:25+0400
işsizlik
cəmiyyət
səviyyə
deputat
https://cdnn1.img.sputnik.az/img/42204/47/422044786_0:201:2927:1847_1920x0_80_0_0_7915aaa044cd4decbc7b07536a7bbb7e.jpg
BAKI, 3 sentyabr — Sputnik. Azərbaycanda işsizlik səviyyəsi aşağı düşüb. Bu il avqustun 1-nə fəal əhalinin sayı 5 milyon 342.1 min nəfər olub, onlardan 5 milyon 34.3 min nəfərini məşğul əhali təşkil edib. İşsizlərin sayı 400 nəfər azalaraq 307.8 min nəfər olub. Beləliklə, son ayda Azərbaycanda işsizlik səviyyəsi 5.77%-dən 5.76%-ə düşüb. Keçən il avqustun 1-nə bu rəqəm 6.45% idi. Son bir ildə ölkədə işsizliyin səviyyəsi 0.69% azalıb.İşsizlik səviyyəsinin azalmasının səbəbləri...Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, işsiz şəxs işi və qazancı olmayan, işə başlamağa hazır olub, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Yəni işsiz şəxslər işi olmayan və məşğulluq xidmətlərində qeydiyyatda olan vətəndaşlardır.O bildirib ki, Azərbaycanda işsizlik səviyyəsinin azalmasına ictimai iş yerlərinin artması birbaşa təsir göstərib:""2022-ci ilin dövlət büdcəsinə edilən dürüstləşmədən sonra bu istiqamətdə ayrılan vəsaitin həcmində təxminən 40 faiz artım nəzərdə tutulub. Xüsusən bölgələrdə ictimai işlərə cəlb edilən vətəndaşların sayında artımlar müşahidə olunur. Digər tərəfdən özünüməşğulluq proqramının genişləndirilməsi və bu proqram çərçivəsində işsiz vətəndaşların aktivlərlə təmin edilməsi işsizlik səviyyəsinə təsir göstərib".Özəl sektorda daha çox iş yerləri yaratmaq lazımdır"İşsizliyin aradan qaldırılması üçün ən uyğun yol məhz özəl sektor hesabına daha çox iş yerlərinin yaradılmasıdır. Təklif edirik ki, məşğulluq siyasətində özəl sektorun payının və rolunun artırılması ilə bağlı fəaliyyətlər daha da genişləndirilsin və iş yerlərin yaradılmasında özəl sektorun rolu artırılsın. Nəticədə bu, özəl sektorun prosesdə daha fəal iştirakına dəstək ola bilər"-deyə deputat əlavə edib.Azərbaycanda işsizlik 2025-ci ilədək azalacaqQeyd edək ki, "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2025-ci ilədək Azərbaycanda işsizliyin azalacağını proqnozlaşdırıb. Proqnoza görə, 2022-ci ildə ölkə üzrə işsizlik 5.0% (2021-ci ildə 5.7%), 2023-cü il üzrə 4.9% təşkil edəcək. 2024 və 2025-ci il üzrə isə Azərbaycanda işsizlik 4.7% olacaq.Xatırladaq ki, məqsədyönlü iqtisadi-sosial tədbirlər nəticəsində 2021-ci ilin sonuna Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki göstəricilərini bərpa edib, ÜDM 5.6% artıb, işsizlik səviyyəsi 7.2%-dən 6%-ə enib.Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 720 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901,2 min nəfər, qeyri-dövlət sektorunda isə 818,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 30,7 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 689,3 min nəfər çalışıb.İqtisadi fəal əhali – məşğul və işsiz əhalinin ümumi sayıdır.İşsizliyin səviyyəsi – işsizlərin sayının iqtisadi fəal əhalinin sayında faizlə ölçülən xüsusi çəkisidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42204/47/422044786_97:0:2828:2048_1920x0_80_0_0_c5bd39a98e66e5018f14cdccbbd97ddc.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
işsizlik, səviyyə, deputat
işsizlik, səviyyə, deputat
Azərbaycanda işsizlik səviyyəsi aşağı düşüb-DETALLAR
Son bir ildə ölkədə işsizliyin səviyyəsi 0.69% azalıb. Deputat işsizlik səviyyəsinin aşağı düşməsinin səbəblərindən danışıb.
BAKI, 3 sentyabr — Sputnik. Azərbaycanda işsizlik səviyyəsi aşağı düşüb. Bu il avqustun 1-nə fəal əhalinin sayı 5 milyon 342.1 min nəfər olub, onlardan 5 milyon 34.3 min nəfərini məşğul əhali təşkil edib. İşsizlərin sayı 400 nəfər azalaraq 307.8 min nəfər olub. Beləliklə, son ayda Azərbaycanda işsizlik səviyyəsi 5.77%-dən 5.76%-ə düşüb. Keçən il avqustun 1-nə bu rəqəm 6.45% idi. Son bir ildə ölkədə işsizliyin səviyyəsi 0.69% azalıb.
İşsizlik səviyyəsinin azalmasının səbəbləri...
Deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, işsiz şəxs işi və qazancı olmayan, işə başlamağa hazır olub, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. Yəni işsiz şəxslər işi olmayan və məşğulluq xidmətlərində qeydiyyatda olan vətəndaşlardır.
O bildirib ki, Azərbaycanda işsizlik səviyyəsinin azalmasına ictimai iş yerlərinin artması birbaşa təsir göstərib:
""2022-ci ilin dövlət büdcəsinə edilən dürüstləşmədən sonra bu istiqamətdə ayrılan vəsaitin həcmində təxminən 40 faiz artım nəzərdə tutulub. Xüsusən bölgələrdə ictimai işlərə cəlb edilən vətəndaşların sayında artımlar müşahidə olunur. Digər tərəfdən özünüməşğulluq proqramının genişləndirilməsi və bu proqram çərçivəsində işsiz vətəndaşların aktivlərlə təmin edilməsi işsizlik səviyyəsinə təsir göstərib".
Özəl sektorda daha çox iş yerləri yaratmaq lazımdır
"İşsizliyin aradan qaldırılması üçün ən uyğun yol məhz özəl sektor hesabına daha çox iş yerlərinin yaradılmasıdır. Təklif edirik ki, məşğulluq siyasətində özəl sektorun payının və rolunun artırılması ilə bağlı fəaliyyətlər daha da genişləndirilsin və iş yerlərin yaradılmasında özəl sektorun rolu artırılsın. Nəticədə bu, özəl sektorun prosesdə daha fəal iştirakına dəstək ola bilər"-deyə deputat əlavə edib.
Azərbaycanda işsizlik 2025-ci ilədək azalacaq
Qeyd edək ki, "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2025-ci ilədək Azərbaycanda işsizliyin azalacağını proqnozlaşdırıb. Proqnoza görə, 2022-ci ildə ölkə üzrə işsizlik 5.0% (2021-ci ildə 5.7%), 2023-cü il üzrə 4.9% təşkil edəcək. 2024 və 2025-ci il üzrə isə Azərbaycanda işsizlik 4.7% olacaq.
Xatırladaq ki, məqsədyönlü iqtisadi-sosial tədbirlər nəticəsində 2021-ci ilin sonuna Azərbaycan iqtisadiyyatı pandemiyadan əvvəlki göstəricilərini bərpa edib, ÜDM 5.6% artıb, işsizlik səviyyəsi 7.2%-dən 6%-ə enib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin iyulun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 720 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901,2 min nəfər, qeyri-dövlət sektorunda isə 818,8 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 30,7 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 689,3 min nəfər çalışıb.
İqtisadi fəal əhali – məşğul və işsiz əhalinin ümumi sayıdır.
İşsizliyin səviyyəsi – işsizlərin sayının iqtisadi fəal əhalinin sayında faizlə ölçülən xüsusi çəkisidir.