Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Azərbaycanda dərmanların qiyməti kəskin bahalaşıb: 9 min manata dərman olar?

Dərman - Sputnik Azərbaycan, 1920, 03.09.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
BAKI, 3 sentyabr — Sputnik. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri Mikayıl Cabbarovun 26 iyulda imzaladığı "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə" qərar fəal surətdə həyata keçirilməyə başlayıb.
Həmin qərardan sonra respublikada bir sıra dərman preparatlarının qiyməti kəskin bahalaşıb. Tarif Şurasının son qərarı sosial platformada ciddi narazılığa səbəb olub. Belə ki, vətəndaşlar bəzi dərman preparatlarının qiymətinin min manatadək bahalaşmasından şikayətlənirlər.
Sputnik Azərbaycan dərman vasitələrinin qiymətindəki son artımın səbəblərini və qiymətləri araşdırıb.
İqtisadçı Samir Əliyev bildirib ki, Tarif Şurası bir sıra dərmanların qiymətini yüksək həddə qaldırıb. Onun sözlərinə görə, dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15% civarında bahalaşıb. İqtisadçı bildirib ki, elə dərmanlar var ki, daha çox bahalaşıb:
"Məsələn, "Medoklav" dərmanının qiyməti 46% artaraq 72 manata yüksəlib. Bundan başqa siyahıya yeni dərman növləri daxil edilib. Məsələn, yeni daxil edilmiş "Oraltek Monovalent" dərman preparatının qiyməti 807.28 manat olacaq".
Tarif Şurasının saytında da dərmanların qiymətinin kəllə-çarxda olduğu əks olunub. Belə ki, Birləşmiş Krallığın istehsal etdiyi "Kiveksa" dərman preparatının qiyməti 969,81 manatdır. İtalya istehsalı olan "Zitiqa" dərman preparatının qiyməti isə 3892,37 AZN-ə satılacaq.
"Eylea" dərman preparatının qiyməti isə bundan sonra 1256,00 manata satılacaq. "Oraltek Monovalent" dərman preparatının Şura tərəfindən təsdiqlənmiş pərakəndə satış qiyməti 807,28 manatdır.
"İnlita" dərman preparatının qiyməti isə 5705,04 manatdır. "Ribomustin" preparatı 3441,70 manata satıllr.
"Hemlibra" dərman preparatının qiyməti isə tənzimlənən cədvəldə nə az, nə çox 8369,441 manatdır. Tarif Şurasının qiymət cədvəlində bu civarda qiyməti tənzimlənən dərmanların sayı onlarladır.
Dərmanların qiymət artımına paralel olaraq, yerli bazarda bəzi dərmanları tapmaq da müşkülə çevrilib. Rusiya-Ukrayna münaqişəsi nəticəsində bu ölkələrdən Azərbaycana idxal olunan dərmanların qiymətində kəski bahalaşma müşahidə olunur. Defisitin yaranması da bahalaşmaya səbəb olur. Əczaçılar bəzi dərmanların tapılmaması və baha olmasını Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkəmizə idxalın azalması ilə izah edirlər.
Xəbər lenti
0