DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp 2024-cü ildə ABŞ prezidentliyinə namizəd olmaq istəyir – media

© AP Photo / Alex BrandonTramp
Tramp  - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
"Trampla bağlı nəyisə istisna etmək çətindir, çünki o, çox çevik düşüncə sahibidir" - Kuşner
BAKI, 2 sentyabr — Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə prezidentliyə namizədliyini irəli sürməyi düşünür. Bunu onun keçmiş köməkçisi və kürəkəni Cared Kuşner "Sky News"a bildirib.
Kuşner deyib ki, Tramp "ölkədə baş verənləri qəbul edə bilmədiyi" üçün namizədliyi barədə düşünür.
"Onun dövründə ölkə iqtisadiyyatı əla vəziyyətdə idi, o, COVID-19-dan sonra qalan iqtisadi boşluğu doldurdu", – deyə Trampın keçmiş köməkçisi qeyd edib.
Kuşner, həmçinin, etiraf edib ki, keçmiş prezident qarşıdan gələn seçkilərdə iştirakla bağlı suala birmənalı cavab verməyib. Lakin onun sözlərinə görə, "Trampla bağlı nəyisə istisna etmək çətindir, çünki o, çox çevik düşüncə sahibidir".
Bundan əvvəl Donald Tramp 2020-ci il prezident seçkilərinin və yeni seçkilərin nəticələrinə yenidən baxmağa çağırıb.
Xəbər lenti
0