Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İsmayıllıda meşə yanğını başlayıb

© AFP 2023 / Cesar Mansoyanğın
yanğın - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Dağlıq ərazidə başlayan yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
BAKI, 2 sentyabr — Sputnik. İsmayıllı rayonunda dağlıq ərazidə meşə yanğını başlayıb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Hazırda yanğınsöndürmə işləri aparılır.
Xatırladaq ki, bü gün Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Nazir Kəmaləddin Heydərov yanğınların qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, həmçinin meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.
Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğınlar törəyib. Zaqatala və Şabranda mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə yanğınlar baş verib.
Xəbər lenti
0