https://sputnik.az/20220902/mekteblerin-muhafizesi-nece-teskil-olunub-arasdirma-445527756.html
Məktəblərin mühafizəsi necə təşkil olunub?-Araşdırma
Məktəblərin mühafizəsi necə təşkil olunub?-Araşdırma
Sputnik Azərbaycan
Elmar Nurəliyev bildirib ki, məktəbi mühafizə edən texniki işçilər müəyyən təlimlərə cəlb edilməlidir. 02.09.2022, Sputnik Azərbaycan
2022-09-02T22:00+0400
2022-09-02T22:00+0400
2022-09-02T22:00+0400
məktəb
təhsil
mühafizə
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424930319_0:0:3072:1728_1920x0_80_0_0_5b6d4ebd2cf0c05c11c01d07fd471692.jpg
BAKI, 2 sentyabr — Sputnik. Yeni dərs ilinin yaxınlaşması məktəblərin mühafizəsi məsələsini aktuallaşdırıb. Ümumtəhsil müəssisələrinin mühafizəsinin təşkili valideynləri də ciddi narahat edən məqamdır. Hazırda məktəblərin əksəriyyəti texniki işçilər tərəfindən mühafizə olunsa da, bəzi məktəblərin polis əməkdaşları tərəfindən, yaxud da özəl mühafizə xidmətləri əməkdaşları tərəfindən qorunduğunun da şahidi oluruq.Bəs görəsən bu tədris ili ümumtəhsil müəssisələrinin mühafizəsi necə təmin olunur?Məktəbləri texniki işçilər qoruyurBakının müxtəlif məkəblərindən sualımıza cavabda bildirildi ki, məktəblərin mühafizəsi təhsil müəssisəsinin öz hesabına təmin olunur.Bakının 53 saylı məktəbinin direktoru Tünzalə Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, təhsil müəssisəsi məktəbin mühafizəsi öz texniki işçiləri tərəfindən təmin olunur. Direktor bildirdi ki, bundan əlavə məktəbdə müəllimlər növbətçi təyin edilir. Amma direktor məktəbin peşəkar mühafizəsinin tərəfdarıdır. O, bildirdi ki, məktəb polis əməkdaşı tərəfindən mühafizə edilsə daha yaxşı olar.Əlaqə saxladığımız digər məktəblərdən isə özəl mühafizə xidməti ilə müqavilə bağlandığını söyləyənlər də oldu, texniki işçilərin bu işə cəlb edildiyini bildirənlər də...Sahə müvəkkilləri daim ərazidəki məktəbləri nəzarətdə saxlayırDaxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsil müəssisələri məktəbin mühafizəsinin polis əməkdaşı tərəfindən aparılması üçün DİN-in Baş Mühafizə İdarəsinə müraciət edə bilər. E. Hacıyev belə təhsil müəssisələrinin olduğunu söylədi. Bu zaman təhsil müəssisəsi ilə Mühafizə İdarəsi arasında müqavilə imzalanır. Həmin müqaviləyə əsasən təhsil müəssisəsi ödəniş edir və məktəb Mühafizə İdarəsinin əməkdaşı tərəfindən mühafizə edilir. Amma E. Hacıyev deyir ki, bütün təhsil müəssisələri, məktəblərin yolları ərazi üzrə sahə müvəkkilləri tərəfindən nəzarətdədir. Hər gün polis əməkdaşları təhsil müəssisələrinin ətrafında nəzarəti təmin edirlər. Eyni zamanda təhlükəsiz şəhər kameraları vasitəsilə nəzarət təmin edilir.Polis tərəfindən mühafizə neçəyə başa gəlir?Apardığımız araşdırma zamanı məlum oldu ki, məktəblərin DİN-in Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizəsi təhsil müəssisələrinə elə də ucuz başa gəlmir. Mühafizə hissələri tərəfindən göstərilən xidmətlərin tariflərə görə, bir məktəbin stasionar polis postu ilə 24 saat mühafizəsi 171 manat 36 qəpiyə başa gəlir. Bir ay üçün bu məbləğ 500 manatdan çoxdur. Stasionar mülki mühafizə postu ilə mühafizə isə 24 saat üçün 126 manata başa gəlir. Mühafizə hissələri tərəfindən göstərilən xidmətlərin Bakı və Sumqayıt şəhərlərində tariflərinə görə, stasionar polis postu ilə mühafizənin bir saatı 7 manat 14 qəpikdir. Stasionar mülki mühafizə postu ilə mühafizə isə bir saat üçün 5,28 qəpik təşkil edir. Naxçıvan, Gəncə şəhərlərində və Abşeron rayonunda stasionar polis postu ilə mühafizənin bir saat üçün tarifi 6 manat 08 qəpik, stasionar mülki mühafizə postu ilə mühafizə isə bir saata 4 manat 50 qəpik müəyyənləşib. Digər şəhər və rayonlarda, Naxçıvan MR rayonlarda stasionar polis postu ilə mühafizə bir saat üçün 5 manat 36 qəpik, stasionar mülki mühafizə postu ilə mühafizə isə 3 manat 97 qəpikdir.Özəl mühafizə xərcləri də bahadırSputnik Azərbaycan-ın apardığı araşdırmaya görə, məktəblərin özəl mühafizə xidməti tərəfindən mühafizəsi isə bir mühafizəçi üçün 650 manatdır. "Qartal Seciuriti" mühafizə xidmətindən bildirdilər ki, bir postda üç nəfər keşik çəkməlidir. Bu zaman məktəb 18 faiz ƏDV daxil 726 manat ödəməlidir.Şirkətdən Sputnik Azərbaycan-a bildirdilər ki, polis tərəfindən mühafizə daha baha başa gəlir. Onların iddiasına görə, bir polis nəfərinin məktəbdə mühafizəsi 1200 manatdan aşağı deyil.DİN-in Səbail Rayon Mühafizə İdarəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, mühafizə xərci yerində baxış keçirdikdən sonra inspektor tərəfindən qiymət təyin edilir.Məktəbləri kim mühafizə etməlidir?Təhlükəsizlik eksperti Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblər peşəkar mühafizəçi tərəfindən qorunmalıdır. Eyni zamanda məktəbdaxili təhlükəsizlik rejimi yaradılmalıdır. E. Nurəliyev bildirib ki, mühafizəçi təhlükəsizlik, təxliyyə ilə bağlı bacarığa malik olmalıdır. Onun sözlərinə görə, məktəblərdə elektrk avadanlığının istifadə olunduğu otaqlar dərslər başlanılmazdan öncə yoxlanılmalıdır. Məktəbin girişində siqnalzasiya olmaldıır ki, polisə dərhal hər hansı hadisə barədə məlumat vermək mümkün olsun.E. Nurəliyev bildirib ki, məktəbin silahlı mühafizəsi bütün təhsil müəssisələrinə şamil oluna bilməz. Ancaq hərbi təyinatlı məktəblər silahlı mühafizəçi tərəfindən qoruna bilər. Bununla belə mühafizəçi peşəkar olmalıdır ki, baş verəcək hadisəyə görə hazırlıqlı olsun.Onun sözlərinə görə, məktəbin imkanı olmadıqda mühafizəyə texniki işçi cəlb oluna bilər. Amma onlar təlimə cəlb olunmalı, onlara mühafizə ilə bağlı bacarıqlar öyrədilməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/0f/424930319_291:0:3022:2048_1920x0_80_0_0_add5bfc61de8a89f2b01f6c8fdae438e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
məktəb, mühafizə
Məktəblərin mühafizəsi necə təşkil olunub?-Araşdırma
Elmar Nurəliyev bildirib ki, məktəbi mühafizə edən texniki işçilər müəyyən təlimlərə cəlb edilməlidir.
BAKI, 2 sentyabr — Sputnik. Yeni dərs ilinin yaxınlaşması məktəblərin mühafizəsi məsələsini aktuallaşdırıb. Ümumtəhsil müəssisələrinin mühafizəsinin təşkili valideynləri də ciddi narahat edən məqamdır. Hazırda məktəblərin əksəriyyəti texniki işçilər tərəfindən mühafizə olunsa da, bəzi məktəblərin polis əməkdaşları tərəfindən, yaxud da özəl mühafizə xidmətləri əməkdaşları tərəfindən qorunduğunun da şahidi oluruq.
Bəs görəsən bu tədris ili ümumtəhsil müəssisələrinin mühafizəsi necə təmin olunur?
Məktəbləri texniki işçilər qoruyur
Bakının müxtəlif məkəblərindən sualımıza cavabda bildirildi ki, məktəblərin mühafizəsi təhsil müəssisəsinin öz hesabına təmin olunur.
Bakının 53 saylı məktəbinin direktoru Tünzalə Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, təhsil müəssisəsi məktəbin mühafizəsi öz texniki işçiləri tərəfindən təmin olunur. Direktor bildirdi ki, bundan əlavə məktəbdə müəllimlər növbətçi təyin edilir. Amma direktor məktəbin peşəkar mühafizəsinin tərəfdarıdır. O, bildirdi ki, məktəb polis əməkdaşı tərəfindən mühafizə edilsə daha yaxşı olar.
Əlaqə saxladığımız digər məktəblərdən isə özəl mühafizə xidməti ilə müqavilə bağlandığını söyləyənlər də oldu, texniki işçilərin bu işə cəlb edildiyini bildirənlər də...
Sahə müvəkkilləri daim ərazidəki məktəbləri nəzarətdə saxlayır
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsil müəssisələri məktəbin mühafizəsinin polis əməkdaşı tərəfindən aparılması üçün DİN-in Baş Mühafizə İdarəsinə müraciət edə bilər.
E. Hacıyev belə təhsil müəssisələrinin olduğunu söylədi. Bu zaman təhsil müəssisəsi ilə Mühafizə İdarəsi arasında müqavilə imzalanır. Həmin müqaviləyə əsasən təhsil müəssisəsi ödəniş edir və məktəb Mühafizə İdarəsinin əməkdaşı tərəfindən mühafizə edilir. Amma E. Hacıyev deyir ki, bütün təhsil müəssisələri, məktəblərin yolları ərazi üzrə sahə müvəkkilləri tərəfindən nəzarətdədir. Hər gün polis əməkdaşları təhsil müəssisələrinin ətrafında nəzarəti təmin edirlər. Eyni zamanda təhlükəsiz şəhər kameraları vasitəsilə nəzarət təmin edilir.
Polis tərəfindən mühafizə neçəyə başa gəlir?
Apardığımız araşdırma zamanı məlum oldu ki, məktəblərin DİN-in Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizəsi təhsil müəssisələrinə elə də ucuz başa gəlmir. Mühafizə hissələri tərəfindən göstərilən xidmətlərin tariflərə görə, bir məktəbin stasionar polis postu ilə 24 saat mühafizəsi 171 manat 36 qəpiyə başa gəlir. Bir ay üçün bu məbləğ 500 manatdan çoxdur.
Stasionar mülki mühafizə postu ilə mühafizə isə 24 saat üçün 126 manata başa gəlir. Mühafizə hissələri tərəfindən göstərilən xidmətlərin Bakı və Sumqayıt şəhərlərində tariflərinə görə, stasionar polis postu ilə mühafizənin bir saatı 7 manat 14 qəpikdir. Stasionar mülki mühafizə postu ilə mühafizə isə bir saat üçün 5,28 qəpik təşkil edir. Naxçıvan, Gəncə şəhərlərində və Abşeron rayonunda stasionar polis postu ilə mühafizənin bir saat üçün tarifi 6 manat 08 qəpik, stasionar mülki mühafizə postu ilə mühafizə isə bir saata 4 manat 50 qəpik müəyyənləşib. Digər şəhər və rayonlarda, Naxçıvan MR rayonlarda stasionar polis postu ilə mühafizə bir saat üçün 5 manat 36 qəpik, stasionar mülki mühafizə postu ilə mühafizə isə 3 manat 97 qəpikdir.
Özəl mühafizə xərcləri də bahadır
Sputnik Azərbaycan-ın apardığı araşdırmaya görə, məktəblərin özəl mühafizə xidməti tərəfindən mühafizəsi isə bir mühafizəçi üçün 650 manatdır. "Qartal Seciuriti" mühafizə xidmətindən bildirdilər ki, bir postda üç nəfər keşik çəkməlidir. Bu zaman məktəb 18 faiz ƏDV daxil 726 manat ödəməlidir.
Şirkətdən Sputnik Azərbaycan-a bildirdilər ki, polis tərəfindən mühafizə daha baha başa gəlir. Onların iddiasına görə, bir polis nəfərinin məktəbdə mühafizəsi 1200 manatdan aşağı deyil.
DİN-in Səbail Rayon Mühafizə İdarəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, mühafizə xərci yerində baxış keçirdikdən sonra inspektor tərəfindən qiymət təyin edilir.
Məktəbləri kim mühafizə etməlidir?
Təhlükəsizlik eksperti Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblər peşəkar mühafizəçi tərəfindən qorunmalıdır. Eyni zamanda məktəbdaxili təhlükəsizlik rejimi yaradılmalıdır. E. Nurəliyev bildirib ki, mühafizəçi təhlükəsizlik, təxliyyə ilə bağlı bacarığa malik olmalıdır. Onun sözlərinə görə, məktəblərdə elektrk avadanlığının istifadə olunduğu otaqlar dərslər başlanılmazdan öncə yoxlanılmalıdır. Məktəbin girişində siqnalzasiya olmaldıır ki, polisə dərhal hər hansı hadisə barədə məlumat vermək mümkün olsun.
E. Nurəliyev bildirib ki, məktəbin silahlı mühafizəsi bütün təhsil müəssisələrinə şamil oluna bilməz. Ancaq hərbi təyinatlı məktəblər silahlı mühafizəçi tərəfindən qoruna bilər. Bununla belə mühafizəçi peşəkar olmalıdır ki, baş verəcək hadisəyə görə hazırlıqlı olsun.
Onun sözlərinə görə, məktəbin imkanı olmadıqda mühafizəyə texniki işçi cəlb oluna bilər. Amma onlar təlimə cəlb olunmalı, onlara mühafizə ilə bağlı bacarıqlar öyrədilməlidir.