https://sputnik.az/20220902/medvedev-avropada-rusiya-qazi-olmayacaq-445641529.html
Medvedev: Avropada Rusiya qazı olmayacaq
Medvedev: Avropada Rusiya qazı olmayacaq
Sputnik Azərbaycan
Medvedev xəbərdarlıq edib ki, qiymətinin yuxarı həddi tətbiq edildiyi halda Aİ-də Rusiya qazı olmayacaq. 02.09.2022, Sputnik Azərbaycan
2022-09-02T22:51+0400
2022-09-02T22:51+0400
2022-09-02T19:25+0400
dmitri medvedev
rusiya
qaz
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813263_0:0:3065:1725_1920x0_80_0_0_0d16c14682d6aa6a314502cb53084a4e.jpg
BAKI, 2 sentyabr — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Rusiya qazı üçün yüksək qiymət tətbiq etmək çağırışını şərh edib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sentyabrın 2-də "Telegram" kanalında bildirib."Bu da, neftdəki kimi olacaq. Avropada sadəcə, Rusiya qazı olmayacaq", - deyə Medvedev xəbərdarlıq edib."KP.RU" saytı bu yaxınlarda yazıb ki, Ursula fon der Leyen Rusiyadan boru kəməri ilə Avropaya nəql olunan qazın qiymətinin yuxarı həddini tətbiq edilməsi ilə bağlı çağırış edib. Onun sözlərinə görə, artıq belə bir addımın vaxtı çatıb.Xatırladaq ki, Qərb jurnalistləri "Böyük Yeddilik" (G7) ölkələrinin Rusiya nefti və neft məhsullarının dəyərinə yüksək qiymət həddi tətbiq etməyi planlaşdırdıqlarını öyrəniblər. Layihəyə əsasən, neftin maksimum qiymət həddi 2022-ci il dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən tətbiq oluna bilər.
https://sputnik.az/20220902/rusiyasiz-avropanin-enerji-tehlukesizliyini-temin-etmek-mumkun-deyil---volodin--445622810.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/05/440813263_157:0:2886:2047_1920x0_80_0_0_cf9c98cd609176848a6e5f2d895e9946.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri medvedev, qaz
Medvedev: Avropada Rusiya qazı olmayacaq
Medvedev xəbərdarlıq edib ki, qiymətinin yuxarı həddi tətbiq edildiyi halda Aİ-də Rusiya qazı olmayacaq.
BAKI, 2 sentyabr — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin Rusiya qazı üçün yüksək qiymət tətbiq etmək çağırışını şərh edib. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sentyabrın 2-də "Telegram" kanalında bildirib.
"Bu da, neftdəki kimi olacaq. Avropada sadəcə, Rusiya qazı olmayacaq", - deyə Medvedev xəbərdarlıq edib.
"KP.RU" saytı bu yaxınlarda yazıb ki, Ursula fon der Leyen Rusiyadan boru kəməri ilə Avropaya nəql olunan qazın qiymətinin yuxarı həddini tətbiq edilməsi ilə bağlı çağırış edib. Onun sözlərinə görə, artıq belə bir addımın vaxtı çatıb.
Xatırladaq ki, Qərb jurnalistləri "Böyük Yeddilik" (G7) ölkələrinin Rusiya nefti və neft məhsullarının dəyərinə yüksək qiymət həddi tətbiq etməyi planlaşdırdıqlarını öyrəniblər. Layihəyə əsasən, neftin maksimum qiymət həddi 2022-ci il dekabrın 5-dən, neft məhsulları üçün isə 2023-cü il fevralın 5-dən tətbiq oluna bilər.