Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyasız Avropanın enerji təhlükəsizliyini təmin etmək mümkün deyil - Volodin

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidVolodin
Volodin - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Rusiya Dövlət Dumasının spikeri bildirib ki, ötən il alınan qazın ümumi həcmindən, təxminən, 50%-i Rusiya boru kəməri layihəsinin payına düşüb.
BAKI, 2 sentyabr — Sputnik. Rusiya olmadan Avropanın enerji təhlükəsizliyini təmin etmək mümkün deyil. Avropa dövlət başçılarının isə enerji böhranından iki çıxış yolu var. Rusiya Dövlət Dumasının spikeri Vyacheslav Volodin bu barədə özünün "Telegram" kanalında yazıb.
Siyasətçinin fikrincə, Avropa ölkələri Rusiyaya qarşı sanksiyaları ləğv edə və "Şimal Axını-2"ni işə sala bilərlər. İkinci seçim isə belədir - "hər şeyi olduğu kimi buraxın, bu da iqtisadiyyatda problemlərə gətirib çıxaracaq və vətəndaşların həyatını daha da çətinləşdirəcək".
Volodin qeyd edib ki, ötən il alınan qazın ümumi həcmindən, təxminən, 50%-i Rusiya boru kəməri layihəsinin payına düşüb.
Volodin qeyd edib ki, Afrika, Yaxın Şərq və MDB-dən enerji ixracı istiqamətləndirilərsə, Avropa Rusiyadan tədarük olunan qazın 62,8%-ni kompensasiya etməyəcək. O, həmçinin, qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron Əlcəzairə səfər zamanı problemi həll etməyə çalışsa da, heç bir nəticə verməyib.
Vyaçeslav Volodin hesab edir ki, indi "Avropa dövlət başçıları üçün həqiqət anı gəlib". O, həmçinin, xatırladıb ki, "Rusiya olmadan Avropanın enerji təhlükəsizliyi mümkün deyil".
Bundan əvvəl Volodin ABŞ-ın avropalıların rifahını və ölkələrinin iqtisadiyyatını qurban verdiyini və Avropanı aclıq və soyuğa məhkum etdiyini söyləmişdi.
Xəbər lenti
0