SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev İtaliyada Səudiyyə Ərəbistanından olan nazirlə görüşüb

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Nazir işğaldan azad edilən ərazilərimizdə hazırda bərpa-yenidənqurma işlərinin sürətlə həyata keçirilməsindən məmnunluğunu bildirib.
BAKI, 2 sentyabr — Sputnik. Prezident İlham Əliyev sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.
Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun salamlarını və ərazilərimizin işğaldan azad edilməsi münasibətilə təbriklərini Prezident İlham Əliyevə çatdırıb.
Dövlət başçısı salamlara və təbriklərə görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına çatdırmağı xahiş edib.
Nazir işğaldan azad edilən ərazilərimizdə hazırda bərpa-yenidənqurma işlərinin sürətlə həyata keçirilməsindən məmnunluğunu bildirib.
Söhbət zamanı iqtisadi əlaqələrin inkişaf etdirilməsi, o cümlədən Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin bərpaolunan enerji sahəsində ölkəmizdə həyata keçirdiyi layihə, həmçinin enerji, xüsusilə neft-qaz sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının bir sıra şirkətlərinin və iş adamlarının işğaldan azad edilmiş ərazilərə səfəri barədə ilkin razılıq əldə olunub.
İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak edib - Sputnik Azərbaycan, 1920, 02.09.2022
SİYASƏT
Prezident: "Aİ ilə imzalanmış memorandum gələcək əməkdaşlıq üçün yol xəritəsidir"
Xəbər lenti
0