Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Kəlbəcər istiqamətində Azərbaycan Ordusunun mövqeləri və hərbi nəqliyyatı atəşə tutulub

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAzərbaycan ordusunun hərbi kolonu, arxiv şəkli
Azərbaycan ordusunun hərbi kolonu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
BAKI, 2 sentyabr - Sputnik. Azərbaycan Ordusunun Kəlbəcər istiqamətindəki mövqelərinə təminat daşıyan iki hərbi nəqliyyat vasitəsi atəşə tutulub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sentyabrın 2-si saat 15:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini, həmçinin qeyd olunan mövqelərimizə təminat daşıyan 2 hərbi nəqliyyat vasitəsini atəşə tutub.
© AR Ministry of DefenceKəlbəcərdə istiqamətində mövqelərimiz atəşə tutulub
Kəlbəcərdə istiqamətində mövqelərimiz atəşə tutulub - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Kəlbəcərdə istiqamətində mövqelərimiz atəşə tutulub
Nəticədə hər iki avtomobilin ön hissəsi və şüşələri zədələnib. Hərbi qulluqçularımız arasında itki yoxdur.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Xəbər lenti
0