Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

FHN-də yanğınlarla bağlı müşavirə-VİDEO

© Photo : Ministry of Emergency Situations (Azerbaijan)FHN-də yanğınlarla bağlı müşavirə
FHN-də yanğınlarla bağlı müşavirə - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Kəmaləddin Heydərov bildirib ki, yanğınların baş verməsində qlobal istiləşmə ilə yanaşı, insan amili də rol oynayır.
BAKI, 2 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyində nazir general-polkovnik Kəmaləddin Heydərovun iştirakı ilə meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
FHN-dən verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov və FHN-in aidiyyəti struktur bölmə və qurumlarının rəhbər heyətinin iştirak etdiyi müşavirədə son zamanlar meşələrdə baş verən yanğınlar və onların səbəbləri geniş müzakirə edilib.
Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov ölkədə son dövrlər baş verən meşə yanğınları barədə danışaraq bu yanğınların ilk növbədə qlobal istiləşmənin təsirindən qaynaqlandığını diqqətə çatdırıb. Nazir bildirib ki, qlobal istiləşmənin təsirindən əlavə, yanğınların baş verməsinin əsas səbəbi insan faktoru olaraq qalır:
"Bəzi insanların sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və məsuliyyətsiz davranışı milli sərvətimiz olan meşələrdə yanğınların baş verməsinə, onilliklər ərzində formalaşmış meşə fondumuza, flora və faunaya ziyan vurulmasına gətirib çıxarır. Odur ki, meşə yanğınlarının qarşısının vaxtında alınması üçün bütün aidiyyəti qurumların əlaqəli şəkildə fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir".
Kəmaləddin Heydərov ölkədə son dövrlər baş verən meşə yanğınları barədə danışaraq bu yanğınların ilk növbədə qlobal istiləşmənin təsirindən qaynaqlandığını diqqətə çatdırıb.
Nazir Kəmaləddin Heydərov yanğınların qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, həmçinin meşələrdə yanğın təhlükəsizliyi ilə bağlı normativ hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.
Xatırladaq ki, Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğınlar törəyib. Zaqatala və Şabranda mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə yanğınlar baş verib.
Xəbər lenti
0