Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda ən məşhur adlar

Abunə olmaq
Bu il Azərbaycanda doğulan qız uşaqlarına ən çox Məhəmməd peyğəmbərin kiçik qızı Zəhranın adı verilib.
BAKI, 2 sentyabr — Sputnik. Azərbaycanda valideynlər övladlarına dini adlar qoymağa üstünlük verirlər və ya "gəmiyə nə adı versən, o cür də üzəcək" prinsipini rəhbər tutaraq öz övladlarına uğur gətirəcək adlar qoyurlar.
Azərbaycanda adlarla bağlı qəribə tendensiya müşahidə olunur. Ölkədə baş verən hadisələrdən asılı olaraq yeni doğulan körpələrə müəyyən hadisənin şərəfinə ad qoymağa, hətta uşaqlara verilən ad əvəzinə soyadların verilməsinə üstünlük verilir.
Məsələn, ikinci Qarabağ müharibəsindəki qələbədən sonra oğlan uşaqlarına Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə Ərdoğan və ya mərhum general-mayor Polad Həşimovun şərəfinə isə Polad adları verilməyə başlanıb. Zəfər adı da 2020-ci ildən sonra xüsusi dəyər qazanıb. İndi yüzlərlə uşaq məhz bu adın daşıyıcısıdır.
Bu gün bu tendensiya azalmağa başlayıb. Belə ki, Uğur adı 2022-ci ildə ən populyar ad olub. Bu ad 1248 yeni doğulmuş oğlan uşağına qoyulub.
Qızlar arasında dini xarakterli adlar üstünlük təşkil edir. Azərbaycanda doğulan qız uşaqlarına ən çox Zəhra adı verilir. Bu il 1183 yeni doğulan qız uşağına Məhəmməd peyğəmbərin kiçik qızının adı verilib.
Məryəm, Zeynəb, Fatimə, Aylin, Nuray, Mədinə və Nilay adları da məşhurluğunu itirmir.
Bəzi valideynlər, əksinə, yeni doğulmuş körpələrə qeyri-adi adlar qoymaq istəyirlər. Bu zaman xarici teleserialların qəhrəmanlarının adları, hətta qoşa adlar da istifadə olunur.
Məşhur adlarla bağlı təfərrüatlarla Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.
Xəbər lenti
0