https://sputnik.az/20220902/azerbaycan-ve-turkiyenin-elektron-dovlet-xidmetleri---her-iki-olkenin-vetendaslari-ucun-445611259.html
Azərbaycan və Türkiyənin elektron dövlət xidmətləri - hər iki ölkənin vətəndaşları üçün
Azərbaycan və Türkiyənin elektron dövlət xidmətləri - hər iki ölkənin vətəndaşları üçün
Sputnik Azərbaycan
Əməkdaşlığın növbəti mərhələsində iki ölkənin dövlət qurumlarının elektron sistemlərinin də qarşılıqlı inteqrasiya edilməsi planlaşdırılır. 02.09.2022, Sputnik Azərbaycan
2022-09-02T08:02+0400
2022-09-02T08:02+0400
2022-09-02T08:02+0400
cəmiyyət
azərbaycan
türkiyə
elektron xidmət
vətəndaşlar
https://cdnn1.img.sputnik.az/img/42376/48/423764854_0:320:3073:2048_1920x0_80_0_0_4dea12a677d7d3764052732db9590d43.jpg
BAKI, 2 sentyabr - Sputnik. Türkiyənin Samsun şəhərində keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Türkiyə Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında görüş keçirilib. Azərtac xəbər verir ki, görüş zamanı Rəqəmsal Transformasiya Ofisi ilə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi arasında görülən işlərdən danışılıb.Əməkdaşlığın ilkin mərhələsində Türkiyənin “e-Devlet Kapısı” portalına e-gov.az və paralel olaraq my.gov.az şəxsi kabinetinin inteqrasiyası həyata keçirilir. Belə ki, hər bir Türkiyə vətəndaşı ölkəsini tərk etmədən “e-Devlet Kapısı” (turkiye.gov.tr) üzərindən Azərbaycanda onlar üçün göstərilən elektron xidmətlərə müraciət edə bilər.Proses, həmçinin Azərbaycan vətəndaşları üçün də keçərlidir. Yəni, Azərbaycan vətəndaşları “ASAN Login” üzərindən elektron hökumət portalına daxil olaraq oradan qardaş Türkiyənin elektron dövlət xidmətlərinin göstərildiyi “e-Devlet Kapısı” (turkiye.gov.tr) portalına keçid və uyğun xidmətlərə müraciət edə bilərlər.Dünyada bir yenilik olan bu əməkdaşlıq nümunəsinin növbəti mərhələsində isə Azərbaycan və Türkiyə dövlət qurumlarının elektron sistemlərinin də qarşılıqlı inteqrasiya edilməsi və bir çox xidmətlərin əlçatan və operativ təmin edilməsi nəzərdə tutulub.Əməkdaşlıq Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında 2020-ci ildə imzalanmış Anlaşma Memorandumu əsasında baş tutub.Memorandumun əsas məqsədi tərəflər arasında inteqrasiya olunmuş xidmətlər mərkəzinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılmasıdır.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42376/48/423764854_66:0:2797:2048_1920x0_80_0_0_ffc31ceb649cc397001c47edcc96f738.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, türkiyə, elektron xidmət, vətəndaşlar
azərbaycan, türkiyə, elektron xidmət, vətəndaşlar
Azərbaycan və Türkiyənin elektron dövlət xidmətləri - hər iki ölkənin vətəndaşları üçün
Əməkdaşlığın növbəti mərhələsində iki ölkənin dövlət qurumlarının elektron sistemlərinin də qarşılıqlı inteqrasiya edilməsi planlaşdırılır.
BAKI, 2 sentyabr - Sputnik. Türkiyənin Samsun şəhərində keçirilən “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ilə Türkiyə Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında görüş keçirilib. Azərtac xəbər verir ki, görüş zamanı Rəqəmsal Transformasiya Ofisi ilə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi arasında görülən işlərdən danışılıb.
Əməkdaşlığın ilkin mərhələsində Türkiyənin “e-Devlet Kapısı” portalına e-gov.az və paralel olaraq my.gov.az şəxsi kabinetinin inteqrasiyası həyata keçirilir. Belə ki, hər bir Türkiyə vətəndaşı ölkəsini tərk etmədən “e-Devlet Kapısı” (turkiye.gov.tr) üzərindən Azərbaycanda onlar üçün göstərilən elektron xidmətlərə müraciət edə bilər.
Proses, həmçinin Azərbaycan vətəndaşları üçün də keçərlidir. Yəni, Azərbaycan vətəndaşları “ASAN Login” üzərindən elektron hökumət portalına daxil olaraq oradan qardaş Türkiyənin elektron dövlət xidmətlərinin göstərildiyi “e-Devlet Kapısı” (turkiye.gov.tr) portalına keçid və uyğun xidmətlərə müraciət edə bilərlər.
Dünyada bir yenilik olan bu əməkdaşlıq nümunəsinin növbəti mərhələsində isə Azərbaycan və Türkiyə dövlət qurumlarının elektron sistemlərinin də qarşılıqlı inteqrasiya edilməsi və bir çox xidmətlərin əlçatan və operativ təmin edilməsi nəzərdə tutulub.
Əməkdaşlıq Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında 2020-ci ildə imzalanmış Anlaşma Memorandumu əsasında baş tutub.
Memorandumun əsas məqsədi tərəflər arasında inteqrasiya olunmuş xidmətlər mərkəzinin və dövlət xidmətlərinin rəqəmsallaşdırılması üçün texniki infrastrukturun yaradılmasıdır.