https://sputnik.az/20220902/azerbaycan-taliya-elaqeleri-strateji-terefdasligi-guclendiren-sebebler-445640107.html
Azərbaycan-İtaliya əlaqələri: Strateji tərəfdaşlığı gücləndirən səbəblər
Azərbaycan-İtaliya əlaqələri: Strateji tərəfdaşlığı gücləndirən səbəblər
Sputnik Azərbaycan
Politoloq bildirib ki, İtaliya həm də Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsində əsas geosiyasi aktordur. 02.09.2022, Sputnik Azərbaycan
2022-09-02T17:45+0400
2022-09-02T17:45+0400
2022-09-02T17:38+0400
azərbaycan
siyasət
italiya
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/09/02/445625345_0:87:1340:841_1920x0_80_0_0_a5c54f8b1d652047effbca3ea7eb58f5.jpg
BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgüzar səfərə gedib.Xatırladaq ki, bu səfərdən öncə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.Sputnik Azərbaycan Prezident İlham Əliyevin İtaliyaya səfəri ilə bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.Politoloq İlyas Hüseynov qeyd edib ki, bu səfər çox geniş proqramı ilə seçilməklə yanaşı, Azərbaycan-İtaliya münasibətlərinin dərinləşdirilməsinə yönəlib: "Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci ildə Çoxölçülü Strateji Tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə dair Birgə Bəyannamə həm də iki ölkə arasındakı münasibətlərin əhəmiyyətini ortaya qoyur. Ötən dövr ərzində siyasi, iqtisadi, humanitar, mədəni, enerji, nəqliyyat, elm və təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdirilib".Politoloq vurğulayıb ki, ikitərəfli münasibətlərdə xüsusilə enerji seqmenti əhəmiyyətli rola malikdir. Müasir dünyada geosiyasi konyunktura, baş verən proseslər, enerji tədarükündə baş verən qırılmalar bu sahəni daha da prioritet bir müstəviyə qaldırıb. Bu xüsusda Azərbaycana maraq böyükdür. Hazırkı şəraitdə enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas elementlərindən hesab olunur. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində öz fəal rolu ilə seçilir. Rəsmi Bakıya qaz tədarükünün artırılması ilə bağlı çox saylı müraciətlər daxil olur. Bu baxımdan Azərbaycan və Aİ arasında enerji təminatı sahəsində strateji sazişin imzalanması da bunu deməyə əsas verir".İlyas Hüseynovun sözlərinə görə, Azərbaycan özü də enerji resurslarının nəqlindəki həcmin artırılmasında maraqlıdır və buna müsbət yanaşır: "Bu baxımdan İtaliya həm də Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsində əsas geosiyasi aktordur".Politoloq vurğulayıb ki, TAP layihəsi vasitəsilə böyük həcmdə qaz nəqlini həyata keçirmək olar: "Bunun üçün İtaliya da tranzit ölkə kimi çıxış edə bilər. Biz xüsusilə qeyd etməliyik ki, Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında 3-cü yerdədir. TAP layihəsi İtaliyanın qaz tələbatının 10 faizini ödəyir. Lakin həcmlərin artırılması bu göstəriciləri bir qədər də artıracaq"."Biz iki ölkə arasında ticarət dövriyyəsinə nəzər saldıqda görə bilərik ki, ötən il bu həcm 9 mlrd. dollar təşkil edirdi, cari ildə isə ticarət həcmi 11 mlrd. dollara çatıb. Bu həcmin daha da genişləndirilmə potensialı mövcuddur. Azərbaycan-İtaliya arasında elm-təhsil sahəsində də geniş miqyaslı işlər icra olunur".İlyas Hüseynov bildirib ki, Prezident İlham Əliyevin qabaqcıl beyin mərkəzlərindən hesab olunan "The European House – Ambrosetti"dəki çıxışında toxunduğu mövzular yeni geosiyasi reallıqları və enerji təhlükəsizliyini əhatə edir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/02/445625345_52:0:1289:928_1920x0_80_0_0_97bd0fbcf5351c64db45f1e51dab857c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, italiya, prezident ilham əliyev
azərbaycan, italiya, prezident ilham əliyev
Azərbaycan-İtaliya əlaqələri: Strateji tərəfdaşlığı gücləndirən səbəblər
Politoloq bildirib ki, İtaliya həm də Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsində əsas geosiyasi aktordur.
BAKI, 2 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə avqustun 31-də Romaya işgüzar səfərə gedib.
Xatırladaq ki, bu səfərdən öncə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
Sputnik Azərbaycan Prezident İlham Əliyevin İtaliyaya səfəri ilə bağlı politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Politoloq İlyas Hüseynov qeyd edib ki, bu səfər çox geniş proqramı ilə seçilməklə yanaşı, Azərbaycan-İtaliya münasibətlərinin dərinləşdirilməsinə yönəlib: "Xüsusilə qeyd etmək lazımdır ki, 2020-ci ildə Çoxölçülü Strateji Tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə dair Birgə Bəyannamə həm də iki ölkə arasındakı münasibətlərin əhəmiyyətini ortaya qoyur. Ötən dövr ərzində siyasi, iqtisadi, humanitar, mədəni, enerji, nəqliyyat, elm və təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdirilib".
Politoloq vurğulayıb ki, ikitərəfli münasibətlərdə xüsusilə enerji seqmenti əhəmiyyətli rola malikdir. Müasir dünyada geosiyasi konyunktura, baş verən proseslər, enerji tədarükündə baş verən qırılmalar bu sahəni daha da prioritet bir müstəviyə qaldırıb. Bu xüsusda Azərbaycana maraq böyükdür. Hazırkı şəraitdə enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas elementlərindən hesab olunur. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində öz fəal rolu ilə seçilir. Rəsmi Bakıya qaz tədarükünün artırılması ilə bağlı çox saylı müraciətlər daxil olur. Bu baxımdan Azərbaycan və Aİ arasında enerji təminatı sahəsində strateji sazişin imzalanması da bunu deməyə əsas verir".
İlyas Hüseynovun sözlərinə görə, Azərbaycan özü də enerji resurslarının nəqlindəki həcmin artırılmasında maraqlıdır və buna müsbət yanaşır: "Bu baxımdan İtaliya həm də Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsində əsas geosiyasi aktordur".
Politoloq vurğulayıb ki, TAP layihəsi vasitəsilə böyük həcmdə qaz nəqlini həyata keçirmək olar: "Bunun üçün İtaliya da tranzit ölkə kimi çıxış edə bilər. Biz xüsusilə qeyd etməliyik ki, Azərbaycan İtaliyanın neft təchizatında birinci, qaz təchizatında 3-cü yerdədir. TAP layihəsi İtaliyanın qaz tələbatının 10 faizini ödəyir. Lakin həcmlərin artırılması bu göstəriciləri bir qədər də artıracaq".
"Biz iki ölkə arasında ticarət dövriyyəsinə nəzər saldıqda görə bilərik ki, ötən il bu həcm 9 mlrd. dollar təşkil edirdi, cari ildə isə ticarət həcmi 11 mlrd. dollara çatıb. Bu həcmin daha da genişləndirilmə potensialı mövcuddur. Azərbaycan-İtaliya arasında elm-təhsil sahəsində də geniş miqyaslı işlər icra olunur".
İlyas Hüseynov bildirib ki, Prezident İlham Əliyevin qabaqcıl beyin mərkəzlərindən hesab olunan "The European House – Ambrosetti"dəki çıxışında toxunduğu mövzular yeni geosiyasi reallıqları və enerji təhlükəsizliyini əhatə edir.