CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Zəhərlənmə statistikası açıqlandı - Arasında uşaqlar da var

© Sputnik / Ilham MustafayevTovuz rayonunda keçirilən toy mərasimində kütləvi zəhərlənmə
Tovuz rayonunda keçirilən toy mərasimində kütləvi zəhərlənmə  - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Abunə olmaq
Xəstələrdən 74-ünün dərmandan zəhərləndiyi bildirilir. Ümumilikdə isə həkimlərin səylərinə baxmayaraq, 164 nəfərdən 7-si dünyasını dəyişib.
BAKI, 1 sentyabr — Sputnik. Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 164-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Qəbul olan xəstələrdən 74-ü dərmandan, 26-sı sirkə turşusundan, 1-i dəm qazından, 2-si göbələkdən, 11-i etil spirtindən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 2-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
Həmçinin onlardan 28-ni ilan, 6-nı isə müxtəlif növ həşəratlar sancıb.
Zəhərlənən şəxslərin 61-i qadın, 77-si kişi, 26-sı uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 164 nəfərdən 7-si (3-ü kişi, 4-ü qadın) dünyasını dəyişib.
Xəbər lenti
0