Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artistinin müalicəsi ilə bağlı lazımi tədbirlər görüləcək - Nazirlik

© Photo : Modern.azƏnvər Həsənov, arxiv şəkli
Ənvər Həsənov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Abunə olmaq
Ötən həftə Mərdəkandakı 26 saylı xəstəxanaya yerləşdirilən Xalq artisti Ənvər Həsənovun müayinəsi və müalicəsi ilə bağlı nazirlik tərəfindən lazımi tədbirlər görüləcək
BAKI, 1 sentyabr — Sputnik. Xalq artisti Ənvər Həsənovun səhhəti ilk gündən Mədəniyyət Nazirliyi tərəfindən diqqətdə saxlanılır, ailəsi və həkimləri ilə mütəmadi olaraq danışıqlar aparılır. Bu barədə nazirlikdən məlumat verilib.
Məlumatda deyilir ki, bir neçə gün öncə Ənvər Həsənovun səhhətində problem yaranıb və o, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Götürülmüş test nəticələrinə əsasən Ə.Həsənovda COVID-19 virusu aşkarlandığına görə hazırda Xalq artistinin müalicəsi karantin qaydalarına uyğun olaraq davam etdirilir.
Ailəsinin də razılığına əsasən COVID-19 ilə bağlı müalicəsi və karantin müddəti başa çatdıqdan sonra Ə.Həsənovun səhhətində ola biləcək hər hansı başqa xəstəliklər və narahatlıqlarla əlaqədar onun digər klinikalarda müayinəsi və müalicəsi ilə bağlı nazirlik tərəfindən lazımi tədbirlər görüləcək.
Qeyd edək ki, Xalq artisti Ənvər Həsənovun müalicəsi TƏBİB-in tabeliyində olan Xəzər Tibb Mərkəzində davam etdirilir.
30.08.2022-ci il tarixində "Yeni Klinika" tibb müəssisəsində döş qəfəsinin kompüter tomoqrafiyası edilən Ə.Həsənovun bir neçə gün əvvəl ev şəraitində koronavirusa yoluxduğu məlum olub. COVID-19-la bağlı verilən testin nəticəsi də avqustun 31-də pozitiv çıxıb.
Eyni zamanda, avqustun 31-də Xalq artistinin ağciyərinin yoxlanılması məqsədilə TƏBİB-in tabeliyində olan Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan həkim-pulmonoq dəvət edilib. Müayinə zamanı Ənvər Həsənovun ağciyərində hər-hansı ağırlaşmanın olmadığı və iltihabın aparılan müalicə prosesinə uyğun olaraq sovrulduğu müşahidə edilib. Hazırda Xalq artistinin vəziyyəti stabildir və ona bütün zəruri tibbi xidmətlər göstərilir.
Məlumat üçün bildirək ki, 72 yaşlı aktyor Ə.Həsənov "Yeddi oğul istərəm" filmində Cəlal, "Dərviş Parisi partladır" filmində Şahbaz, "Babək" filmində Tərxan, "Atları yəhərləyin" filmində Sirac, "Uşaqlığın son gecəsi" filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.
Xəbər lenti
0