Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Türkiyədə miçman məktəbini bitirən hərbi qulluqçularımıza diplomlar təqdim edilib

© AR Ministry of DefenceTürkiyədə təhsilini bitirən hərbi qulluqçularımıza diplomlar təqdim edilib
Türkiyədə təhsilini bitirən hərbi qulluqçularımıza diplomlar təqdim edilib - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Abunə olmaq
Mərasimdə Türkiyə Respublikası Hərbi Dəniz Donanmasının komandanı, Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər.
BAKI, 1 sentyabr — Sputnik. Türkiyənin Yalova vilayətində Milli Müdafiə Universitetinin Miçman İxtisaslaşdırma Məktəbinin məzunlarının növbəti buraxılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə Türkiyə Respublikası Hərbi Dəniz Donanmasının komandanı vitse-admiral Kadir Yıldız, Sahil Təhlükəsizlik Qüvvələrinin komandanı kontr-admiral Ahmet Kendir, məktəbin müəllim-professor heyəti və məzunların ailə üzvləri iştirak ediblər.
Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2 illik hərbi təhsil proqramı üzrə Türkiyə Hərbi Dəniz Qüvvələri üçün miçman kadrlarının hazırlanmasında əhəmiyyətli rolu olan Miçman İxtisaslaşma Məktəbini müvəffəqiyyətlə bitirən Azərbaycan Ordusunun hərbi qulluqçularına diplomlar təqdim edilib.
Mərasimdə iştirak edən Azərbaycanın Türkiyədəki hərbi attaşelik aparatının nümayəndələri miçman rütbələrini almış hərbi qulluqçularımızı təbrik edib, onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.
Xəbər lenti
0