https://sputnik.az/20220901/turizmde-problemlerle-bagli-isci-qrup-yaradilib-445600684.html
Turizmdə problemlərlə bağlı işçi qrup yaradılıb
Turizmdə problemlərlə bağlı işçi qrup yaradılıb
Sputnik Azərbaycan
Hotellərin yerli şirkətlərə münasibətdə fərqli yanaşması tur agentliklərin öncədən satış etməsini çətinə salır. 01.09.2022, Sputnik Azərbaycan
2022-09-01T21:30+0400
2022-09-01T21:30+0400
2022-09-01T21:30+0400
turizm
cəmiyyət
agentlik
assosiasiya
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:122:3001:1810_1920x0_80_0_0_cd8d68cb99e8c0cb983931a186a6a0ea.jpg
BAKI, 1 sentyabr — Sputnik. "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) və "Azərbaycan Hotel Assosiasiyası" (AHA) ictimai birlikləri arasında qarşılıqlı əməkdaşlığın qurulması və problemlərin birgə həlli məqsədilə işçi qrupu yaradılıb.Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ATAA məlumat yayıb.Bu qərar AHA nümayəndələri ilə bu gün baş tutmuş görüşdə qəbul edilib. Tərəflər turizm agentlikləri ilə hotellər arasında qarşılıqlı əlaqələrin qurulması və inkişafı, qiymət siyasətinin tənzimlənməsi, eləcə də postpandemiya dövründə agentliklər və hotellər arasında uzunmüddətli fəaliyyətin qurulması kimi məsələlər ətrafında müzakirələr aparıb.ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov turizm agentlikləri və hotellər arasında bir sıra məsələlərdə müəyyən çətinliklərin olmasını vurğulayaraq qiymət siyasətinin formalaşdırılmasında hotellərin yerli şirkətlərə münasibətdə fərqli yanaşdığını və bu səbəbdən agentliklərin öncədən satış edə bilmədiklərini diqqətə çatdırıb.O, hotellərdə bu cür halların hələ də qalmasını əsas gətirərək Azərbaycana erkən rezervasiyalı turların təşkilində müəyyən çətinliklərin olduğunu bildirib.AHA-nın icraçı direktoru Günay Sağlam isə gələcəkdə hotellər və şirkətlər arasında yaranan narazılıqları aradan qaldırmaq üçün birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildirib.O, həmçinin problemli müştərilərə qarşı "qara siyahı" sisteminin tətbiqinin vacibliyinə də diqqət çəkib.Xatırladaq ki, turizm reyestrinin qurulması qaydaları yanvarın 24-də Nazirlər Kabineti tərəfindən təsdiq olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/0a/424408081_0:0:2667:2000_1920x0_80_0_0_5bc044ef9376d8135bc473c4828e698b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
turizm, agentlik, assosiasiya
turizm, agentlik, assosiasiya
Turizmdə problemlərlə bağlı işçi qrup yaradılıb
Hotellərin yerli şirkətlərə münasibətdə fərqli yanaşması tur agentliklərin öncədən satış etməsini çətinə salır.
BAKI, 1 sentyabr — Sputnik. "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) və "Azərbaycan Hotel Assosiasiyası" (AHA) ictimai birlikləri arasında qarşılıqlı əməkdaşlığın qurulması və problemlərin birgə həlli məqsədilə işçi qrupu yaradılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə ATAA məlumat yayıb.
Bu qərar AHA nümayəndələri ilə bu gün baş tutmuş görüşdə qəbul edilib. Tərəflər turizm agentlikləri ilə hotellər arasında qarşılıqlı əlaqələrin qurulması və inkişafı, qiymət siyasətinin tənzimlənməsi, eləcə də postpandemiya dövründə agentliklər və hotellər arasında uzunmüddətli fəaliyyətin qurulması kimi məsələlər ətrafında müzakirələr aparıb.
ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov turizm agentlikləri və hotellər arasında bir sıra məsələlərdə müəyyən çətinliklərin olmasını vurğulayaraq qiymət siyasətinin formalaşdırılmasında hotellərin yerli şirkətlərə münasibətdə fərqli yanaşdığını və bu səbəbdən agentliklərin öncədən satış edə bilmədiklərini diqqətə çatdırıb.
O, hotellərdə bu cür halların hələ də qalmasını əsas gətirərək Azərbaycana erkən rezervasiyalı turların təşkilində müəyyən çətinliklərin olduğunu bildirib.
AHA-nın icraçı direktoru Günay Sağlam isə gələcəkdə hotellər və şirkətlər arasında yaranan narazılıqları aradan qaldırmaq üçün birgə fəaliyyət göstərməyə hazır olduqlarını bildirib.
O, həmçinin problemli müştərilərə qarşı "qara siyahı" sisteminin tətbiqinin vacibliyinə də diqqət çəkib.
Xatırladaq ki, turizm reyestrinin qurulması qaydaları yanvarın 24-də Nazirlər Kabineti tərəfindən təsdiq olunub.