https://sputnik.az/20220901/neft-ucuzlasir---ne-bas-verir-445580124.html
Neft ucuzlaşır - Nə baş verir?
Neft ucuzlaşır - Nə baş verir?
Sputnik Azərbaycan
Ardıcıl üç aydır ki, neft qiymətləri ucuzlaşır. Gələn həftə OPEC-in iclası keçiriləcək. 01.09.2022, Sputnik Azərbaycan
2022-09-01T11:44+0400
2022-09-01T11:44+0400
2022-09-01T11:51+0400
neft
neft-qaz
qiymət
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558310_0:242:3072:1970_1920x0_80_0_0_9e1b73e8f26e1b0685cc8f2169769616.jpg
BAKI, 1 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşır. London birjasında "Brent" markalı neftin qiyməti 2,82 dollar azalaraq 96,49 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,59 dollar ucuzlaşaraq 88,96 dollar olub.Azərbaycan neftinin qiyməti 2,48 dollar azalaraq 99,67 dollar olub.Qeyd edək ki, ardıcıl üç aydır ki, neft qiymətləri ucuzlaşır. Qlobal iqtisadi tənəzzülün neft tələbatını azaldacağı ilə bağlı narahatlıqlar qiymətlərə təsir göstərir. Sentyabrın ilk günündə də qiymətlər aşağı düşüb.Mərkəzi bankların faiz dərəcələrini yüksəltməsi tənəzzüllə bağlı narahatlıqları gücləndirdiyi üçün son 3 ayda neft 20 faizdən çox dəyər itirib.OPEC+ ölkələri nazirlərinin 32-ci iclası sentyabrın 5-də keçiriləcək.Şahzadə Əbdül Əziz bin Salman Əl-Səud deyib ki, OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir.Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.Avropada qaz ucuzlaşıbOnu da bildirək ki, ötən gün Avropada qazın 1000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 2500 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.Bu ilin martın 7-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558310_341:0:3072:2048_1920x0_80_0_0_ca39527e71a011fd99983945c9dfbc8e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət
Neft ucuzlaşır - Nə baş verir?
11:44 01.09.2022 (Yenilənib: 11:51 01.09.2022) Ardıcıl üç aydır ki, neft qiymətləri ucuzlaşır. Gələn həftə OPEC-in iclası keçiriləcək.
BAKI, 1 sentyabr — Sputnik. Dünya birjalarında neft qiymətləri ucuzlaşır. London birjasında "Brent" markalı neftin qiyməti 2,82 dollar azalaraq 96,49 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 0,59 dollar ucuzlaşaraq 88,96 dollar olub.
Azərbaycan neftinin qiyməti 2,48 dollar azalaraq 99,67 dollar olub.
Qeyd edək ki, ardıcıl üç aydır ki, neft qiymətləri ucuzlaşır. Qlobal iqtisadi tənəzzülün neft tələbatını azaldacağı ilə bağlı narahatlıqlar qiymətlərə təsir göstərir. Sentyabrın ilk günündə də qiymətlər aşağı düşüb.
Mərkəzi bankların faiz dərəcələrini yüksəltməsi tənəzzüllə bağlı narahatlıqları gücləndirdiyi üçün son 3 ayda neft 20 faizdən çox dəyər itirib.
OPEC+ ölkələri nazirlərinin 32-ci iclası sentyabrın 5-də keçiriləcək.
Şahzadə Əbdül Əziz bin Salman Əl-Səud deyib ki, OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.
Onu da bildirək ki, ötən gün Avropada qazın 1000 kubmetrinin qiyməti martın əvvəlindən ilk dəfə olaraq 2500 ABŞ dollarından aşağı səviyyədə qərarlaşıb.
Bu ilin martın 7-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3900 dollaradək yüksəlmişdi.