https://sputnik.az/20220901/lham-eliyev-ozbekistanin-musteqillik-gunu-munasibetile-hemkarini-tebrik-edib-445579353.html
İlham Əliyev Özbəkistanın Müstəqillik Günü münasibətilə həmkarını təbrik edib
İlham Əliyev Özbəkistanın Müstəqillik Günü münasibətilə həmkarını təbrik edib
Sputnik Azərbaycan
Dövlət başçısı məktubunda Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələrinin xalqlarımızın qardaşlığından, tarixi dostluğundan və ortaq mədəni köklərə... 01.09.2022, Sputnik Azərbaycan
2022-09-01T11:27+0400
2022-09-01T11:27+0400
2022-09-01T11:39+0400
azərbaycan xəbərləri
prezident ilham əliyev
özbəkistan
məktub
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443160245_0:130:1836:1163_1920x0_80_0_0_f1bc3316c70b106f63c7d35c39d515ff.jpg
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın milli bayramı – Müstəqillik Günü münasibətilə özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.Məktubda qardaş Özbəkistanın Şavkat Mirziyoyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyi, dövlətçiliyin möhkəmləndirilməsinin, ölkənin sosial-iqtisadi yüksəlişinin, dünya miqyasında nüfuzunun gündən-günə artmasının onun liderliyi, müdrik və uzaqgörən siyasəti nəticəsində mümkün olduğu vurğulanır.Prezident məktubunda Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələrinin xalqlarımızın qardaşlığından, tarixi dostluğundan və ortaq mədəni köklərə bağlılığından qaynaqlandığını qeyd edir. Diqqətə çatdırılır ki, bu xoş ənənələr və möhkəm təməllər üzərində qurulan çoxşaxəli əməkdaşlığımızın, qarşılıqlı inam və etimada əsaslanan strateji tərəfdaşlığımızın bu gün müvəffəqiyyətlə inkişaf etməsi və genişlənməsi məmnunluq doğurur.Eyni zamanda beynəlxalq təsisatlar çərçivəsində uğurlu işbirliyimizi və qarşılıqlı dəstəyimizi xüsusi qeyd edən dövlətimizin başçısı əmin olduğunu bildirir ki, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq əlaqələri və qarşılıqlı maraq doğuran əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da dərinləşəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/15/443160245_57:0:1780:1292_1920x0_80_0_0_9b2024bf1f353f1f71d4d584df6014c0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, özbəkistan, məktub
prezident ilham əliyev, özbəkistan, məktub
İlham Əliyev Özbəkistanın Müstəqillik Günü münasibətilə həmkarını təbrik edib
11:27 01.09.2022 (Yenilənib: 11:39 01.09.2022) Dövlət başçısı məktubunda Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələrinin xalqlarımızın qardaşlığından, tarixi dostluğundan və ortaq mədəni köklərə bağlılığından qaynaqlandığını qeyd edir.
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın milli bayramı – Müstəqillik Günü münasibətilə özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.
Məktubda qardaş Özbəkistanın Şavkat Mirziyoyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyi, dövlətçiliyin möhkəmləndirilməsinin, ölkənin sosial-iqtisadi yüksəlişinin, dünya miqyasında nüfuzunun gündən-günə artmasının onun liderliyi, müdrik və uzaqgörən siyasəti nəticəsində mümkün olduğu vurğulanır.
Prezident məktubunda Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələrinin xalqlarımızın qardaşlığından, tarixi dostluğundan və ortaq mədəni köklərə bağlılığından qaynaqlandığını qeyd edir. Diqqətə çatdırılır ki, bu xoş ənənələr və möhkəm təməllər üzərində qurulan çoxşaxəli əməkdaşlığımızın, qarşılıqlı inam və etimada əsaslanan strateji tərəfdaşlığımızın bu gün müvəffəqiyyətlə inkişaf etməsi və genişlənməsi məmnunluq doğurur.
Eyni zamanda beynəlxalq təsisatlar çərçivəsində uğurlu işbirliyimizi və qarşılıqlı dəstəyimizi xüsusi qeyd edən dövlətimizin başçısı əmin olduğunu bildirir ki, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq əlaqələri və qarşılıqlı maraq doğuran əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da dərinləşəcək.