https://sputnik.az/20220901/kv-nato-qosunlari-nuve-muharibesinin-baslanmasina-sebeb-ola-biler-445580292.html
KİV: NATO qoşunları nüvə müharibəsinin başlanmasına səbəb ola bilər
KİV: NATO qoşunları nüvə müharibəsinin başlanmasına səbəb ola bilər
Sputnik Azərbaycan
ABŞ və müttəfiqləri vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışsalar da, bu, Rusiya ilə alyans arasında birbaşa münaqişəyə səbəb olacaq. 01.09.2022, Sputnik Azərbaycan
2022-09-01T11:59+0400
2022-09-01T11:59+0400
2022-09-01T11:59+0400
nato
dünya xəbərləri
nüvə müharibəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441978739_0:159:3076:1889_1920x0_80_0_0_98017b86711f940a26ba5b26464b2c04.jpg
BAKI, 1 sentyabr — Sputnik. NATO qoşunlarının Ukraynada görünməsi nüvə müharibəsinin başlanmasına səbəb ola bilər. Bu barədə "Foreign Affairs" jurnalı yazıb.Nəşr qeyd edir ki, ABŞ və müttəfiqləri vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışsalar da, bu, Rusiya ilə alyans arasında birbaşa münaqişəyə səbəb olacaq.NATO qoşunlarının Ukrayna yaxınlığında görünməsi tamam başqa məsələdir. Bu cür hərəkətlər Rusiya tərəfini addımlar atmağa sövq edəcək. Bunun nəticəsində isə alyansın hərbçilərinin ölümü və ya yaralanması baş verə bilər. Bu isə nəticədə NATO-nun cavab reaksiyasına səbəb olacaq. Potensial olaraq ən pis halda nüvə münaqişəsinə gətirib çıxara biləcək gərginlik dövrü başlayacaq.Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva və tərəfdaşları NATO-nun şərqə doğru genişlənməsinin yolverilməzliyində israrlıdırlar. O, Rusiyanın Qərb ölkələrindən təhlükəsizlik zəmanəti alacağına dair sözlərini xatırladır. Putin Qərbin şifahi öhdəliklərə əməl etmədiyi üçün bu dəfə hüquqi təminatların lazım olacağını bildirib.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/10/441978739_174:0:2903:2047_1920x0_80_0_0_f940ab237cfdfb6e51155405c8838c02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
nato, nüvə müharibəsi
KİV: NATO qoşunları nüvə müharibəsinin başlanmasına səbəb ola bilər
ABŞ və müttəfiqləri vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışsalar da, bu, Rusiya ilə alyans arasında birbaşa münaqişəyə səbəb olacaq.
BAKI, 1 sentyabr — Sputnik. NATO qoşunlarının Ukraynada görünməsi nüvə müharibəsinin başlanmasına səbəb ola bilər. Bu barədə "Foreign Affairs" jurnalı yazıb.
Nəşr qeyd edir ki, ABŞ və müttəfiqləri vəziyyətin gərginləşməsinin qarşısını almağa çalışsalar da, bu, Rusiya ilə alyans arasında birbaşa münaqişəyə səbəb olacaq.
NATO qoşunlarının Ukrayna yaxınlığında görünməsi tamam başqa məsələdir. Bu cür hərəkətlər Rusiya tərəfini addımlar atmağa sövq edəcək. Bunun nəticəsində isə alyansın hərbçilərinin ölümü və ya yaralanması baş verə bilər. Bu isə nəticədə NATO-nun cavab reaksiyasına səbəb olacaq. Potensial olaraq ən pis halda nüvə münaqişəsinə gətirib çıxara biləcək gərginlik dövrü başlayacaq.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Moskva və tərəfdaşları NATO-nun şərqə doğru genişlənməsinin yolverilməzliyində israrlıdırlar. O, Rusiyanın Qərb ölkələrindən təhlükəsizlik zəmanəti alacağına dair sözlərini xatırladır. Putin Qərbin şifahi öhdəliklərə əməl etmədiyi üçün bu dəfə hüquqi təminatların lazım olacağını bildirib.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.