https://sputnik.az/20220901/goycay-usaq-musiqi-mektebinin-iscileri-yeni-direktoru-niye-mektebe-buraxmayiblar-445581449.html
Göyçay Uşaq Musiqi Məktəbinin işçiləri yeni direktoru niyə məktəbə buraxmayıblar?
Göyçay Uşaq Musiqi Məktəbinin işçiləri yeni direktoru niyə məktəbə buraxmayıblar?
Sputnik Azərbaycan
Ötən gün Göyçay Uşaq Musiqi Məktəbinə təyin olunan direktora qarşı bu gün səhər saatlarında narazılıq yaranıb. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni... 01.09.2022, Sputnik Azərbaycan
2022-09-01T12:26+0400
2022-09-01T12:26+0400
2022-09-01T16:21+0400
göyçay
musiqi
məktəb
direktor
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510782_0:0:3071:1728_1920x0_80_0_0_f33dd3ea0b90009d3c8f7cbdde9ff9fe.jpg
BAKI, 1 sentyabr — Sputnik. Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb. Belə ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimə kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni təyinata qarşı etiraz edib.Qeyd edək ki, bu gün səhər saat 8:30 radələrində Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.Yeni təyin olunan direktor Günay Hacıyeva Şəki Musiqi Kollecini bitirib, onun idarəetmə bacarığı aşağı səviyyədədir. Göyçay Uşaq Musiqi Məktəbində uzun illər fəaliyyət göstərən ali təhsilli musiqi müəllimləri çalışır, onların kifayət qədər idarəetmə bacarığı var. Etirazçı müəllimlər çalışdıqları məktəbə direktorun öz kollektivləri içərisindən ali təhsilli bir nəfərin seçilərək təyin olunmasını istəyirlər.Məsələ ilə bağlı Ağdaş Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxladıq. Sözügedən idarə baş vermiş hadisəni təsdiq edib. Məlumatda bildirilir ki, təxminən 20 il iş təcrübəsi olan Günay Hacıyeva Səxavət Məmmədovun əmri ilə Göyçay Uşaq Musiqi Məktəbinə direktor təyin olunub:"O, dünən özünün iştirakı ilə kollektivə təqdim olunub. Ötən gün kollektiv onu xoş qarşılasa da, bu gün səhər saatlarında nədənsə məktəbdə ona qarşı narazılıq yaranıb".Səxavət Məmmədov regional idarənin nümayəndələrindən ibarət komissiyanın hazırda həmin məktəbə göndərildiyini, məsələnin araşdırılacağını, günün ikinci yarısında isə özü də məktəbə gedərək kollektivlə yenidən görüşəcəyini bildirib.Qeyd edək ki, Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Göyçay rayon Uşaq Musiqi Məktəbində baş verən hadisə ilə bağlı məsələ qurum tərəfindən araşdırılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510782_340:0:3071:2048_1920x0_80_0_0_38ee0af087f95267474cc6552e4c2f28.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
göyçay, musiqi, məktəb, direktor
göyçay, musiqi, məktəb, direktor
Göyçay Uşaq Musiqi Məktəbinin işçiləri yeni direktoru niyə məktəbə buraxmayıblar?
12:26 01.09.2022 (Yenilənib: 16:21 01.09.2022) Ötən gün Göyçay Uşaq Musiqi Məktəbinə təyin olunan direktora qarşı bu gün səhər saatlarında narazılıq yaranıb. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni təyinata qarşı etiraz edib.
BAKI, 1 sentyabr — Sputnik. Göyçay rayon Uşaq Musiqi Məktəbinə yeni təyin olunan direktorun ilk iş günündə qalmaqal yaşanıb. Belə ki, Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Səxavət Məmmədov uzun illər Göyçay rayon Uşaq Musiqi Məktəbinə rəhbərlik edən Rövşən Zamanovu işdən azad edib və onun yerinə Ağdaş musiqi məktəbində nəzəriyyə müəllimə kimi çalışan Günay Hacıyevanı direktor təyin edib. Musiqi məktəbinin kollektivi toplaşaraq yeni təyinata qarşı etiraz edib.
Qeyd edək ki, bu gün səhər saat 8:30 radələrində Göyçay rayon Uşaq Musiqi Məktəbinin kollektivi təhsil ocağının foyesinə toplaşaraq yeni təyin olunan direktor Günay Hacıyevanı qapıdan içəri buraxmayıblar, müəllimələr etiraz edərək onu məktəbdən qovublar.
Yeni təyin olunan direktor Günay Hacıyeva Şəki Musiqi Kollecini bitirib, onun idarəetmə bacarığı aşağı səviyyədədir. Göyçay Uşaq Musiqi Məktəbində uzun illər fəaliyyət göstərən ali təhsilli musiqi müəllimləri çalışır, onların kifayət qədər idarəetmə bacarığı var. Etirazçı müəllimlər çalışdıqları məktəbə direktorun öz kollektivləri içərisindən ali təhsilli bir nəfərin seçilərək təyin olunmasını istəyirlər.
Məsələ ilə bağlı Ağdaş Regional Mədəniyyət İdarəsi ilə əlaqə saxladıq. Sözügedən idarə baş vermiş hadisəni təsdiq edib. Məlumatda bildirilir ki, təxminən 20 il iş təcrübəsi olan Günay Hacıyeva Səxavət Məmmədovun əmri ilə Göyçay Uşaq Musiqi Məktəbinə direktor təyin olunub:
"O, dünən özünün iştirakı ilə kollektivə təqdim olunub. Ötən gün kollektiv onu xoş qarşılasa da, bu gün səhər saatlarında nədənsə məktəbdə ona qarşı narazılıq yaranıb".
Səxavət Məmmədov regional idarənin nümayəndələrindən ibarət komissiyanın hazırda həmin məktəbə göndərildiyini, məsələnin araşdırılacağını, günün ikinci yarısında isə özü də məktəbə gedərək kollektivlə yenidən görüşəcəyini bildirib.
Qeyd edək ki, Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, Göyçay rayon Uşaq Musiqi Məktəbində baş verən hadisə ilə bağlı məsələ qurum tərəfindən araşdırılır.