Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Bakıda son günlər rotavirus infeksiyası yayılıb

© AP Photo / Ng Han GuanXəstəxana
Xəstəxana - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Abunə olmaq
Bu infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır.
BAKI, 1 sentyabr — Sputnik. "Bakıda son günlərdə rotavirus infeksiyası yayılıb".
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov "Mədə xəstəlikləri" mövzusunda danışarkən deyib.
O bildirib ki, bu infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır: "Həmin şəxslər antibiotik terapiyadan uzaq durmalıdırlar. Çoxlu maye qəbul etməli, süd məhsulları və kofeindən uzaq olmalıdırlar. Müşahidələr göstərir ki, bu xəstəliyə tutulanlar bir həftə müddətində sağalırlar".
Xatırladaq ki, ilk dəfə 1973-cü ildə avstraliyalı mütəxəsislər tərəfindən aşkarlanan rotavirus inveksiyası bu günə qədər öz aktuallığını saxlayır. Demək olar ki, 3 yaşına qədər hər bir uşaq həyatında 1 dəfə də olsun həmin infeksiya ilə qarşılaşır. 3 yaşına qədər uşaqlarda müşahidə edilən ishalların 95 faizi rotaviruslar vasitəsilə törədilir. Hər il dünyada 125 milyon uşaq rotavirusla xəstələnir.
Bəzən "bağırsaq qripi" də adlanan infeksion xəstəliyin törədiciləri rotaviruslardır. Latıncadan tərcümədə rota - halqa mənasını daşıyır, bu, virusların mikroskop altında halqaya bənzəməsilə əlaqədardır. Onlar aşağı temperatura olduqca davamlıdırlar.
Xəbər lenti
0