Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda məktəbli forması neçəyə başa gəlir?

Abunə olmaq
Azərbaycanda yeni məktəbli formasının, xüsusən onun ibtidai sinif şagirdləri üçün yay variantının satışına başlanılıb. Yeni tədris ili ərəfəsində valideynlər bunun üçün nə qədər pul ödəməli olacaqları barədə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.
Azərbaycanda yeni tədris ilinin başlanmasına çox az vaxt qalıb və bu səbəbdən valideynlər artıq övladlarını dərs mövsümünə hazırlamağa başlayıblar. Lakin məktəb ləvazimatlarının bahalaşması və yeni məktəbli formalarının tətbiqi ilə ailələrin xərcləri kəskin şəkildə artıb.
Avqustun ortalarından "Bakı Tikiş Evi" (BTE) ASC məktəbli formalarının satışına başlayıb. Alıcılara iki rəngdə dəstlər təklif olunur: ağ və göy (ağ köynək (polo), mavi şalvar/yubka və gödəkçə) və boz və mavi (mavi köynək (polo), tünd boz şalvar/yubka və pencək/jaket).
Hələ ki, yalnız ibtidai sinif şagirdləri (I-IV) üçün nəzərdə tutulan yay formalarının dəstləri satışa çıxarılıb. Uzun və qısaqol köynəklərin qiyməti 14 manat, şalvar və ətəklər 25 manat, gödəkçələr isə 27 manatdır. Məktəbli formalarını ASC-nin ticarət mərkəzində və Bravo supermarketlər şəbəkəsində əldə etmək olar.
BTE nümayəndələrinin sözlərinə görə, ölçülər 26-dan 54-ə qədər dəyişir.
Bir çox alıcı qiymətlərdən narazı olduqlarını bildirərək onları "sadəcə fantastik" adlandırıblar.
Xəbər lenti
0