https://sputnik.az/20220901/aqroparklar-yaradilarken-tebii-cografi-serait-nezere-alinmayib---kendliler-de-sikayetlenir-445600367.html
Aqroparklar yaradılarkən təbii-coğrafi şərait nəzərə alınmayıb - Kəndlilər də şikayətlənir
Aqroparklar yaradılarkən təbii-coğrafi şərait nəzərə alınmayıb - Kəndlilər də şikayətlənir
Sputnik Azərbaycan
Respublikanın 32 rayonu üzrə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. İndiyədək aqroparklara 1,3 milyard... 01.09.2022, Sputnik Azərbaycan
2022-09-01T18:07+0400
2022-09-01T18:07+0400
2022-09-01T18:07+0400
iqtisadiyyat
aqrobiznes
su
quraqlıq
etsn
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439327628_0:0:3640:2048_1920x0_80_0_0_87e347f4561f4b9d1911bd50bbfcf8c5.jpg
BAKI, 1 sentyabr — Sputnik. "Torpaqları susuz qoymaqda məqsəd fermerləri torpaqlardan imtina etməsinə nail olmaqdır". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında İmişli rayonunda heyvandarlıq və əkinçiliklə məşğul olan fermer Xəzər Aydın deyib.Onun sözlərinə görə, Aqroparkların fəaliyyəti ilə əlaqədar İmişli rayonunda fermerlərin ümumi vəziyyəti acınacaqlıdır:"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti kəndlini düşünüb normal qaydada işləsə, bizim ciddi su problemimiz olmazdı. Lakin təəssüflər olsun ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti suyu əsasən aqroparklara verir", - deyə kəndli bildirib.Kəndlilər torpaqlarından imtina etmək məcburiyyətində qalırlarFermer deyir ki, hazırda su kanallarında su yoxdur:O bildirir ki, aqroparklar hər hansı təsərrüfat sahəsini deyil, bütün sahələri məhv edir:"Bu səbəbdən biz də yaxın zamanda təsərrüfatımızı ləğv edəcəyik".Digər kəndli Adil Məmmədov isə aqroparkların yaratdığı maddi ziyanı dəyərləndirib."Əvvəllər kəndli yeganə qazanc mənbəyi olan təsərrüfatından - məsələn 10 hektarlıq yonca səhəsindən ildə 20 min manat qazanırdısa, hazırda bu məbləğ 5 min manatdır", - deyə fermer şikayətlənib.Ümumiyyətlə, fermerlər bu problemin nəinki Aran zonasında, eyni zamanda da Qax-Zaqatala-Balakəndə də mövcud olduğunu bildirirlər. Belə ki, kəndlilər fındıq sahələrini suvarmaq üçün belə su tapa bilmir, onlar maşınlarla suyu ərazilərə gətirtməli və bunun üçün daha çox vəsait xərcləməli olurlar. Bu zonaların sakinləri onu da eyir ki, torpaqları su qıtlığı səbəbindən məhv olur. Daha çox kiçik fermerlərin təsərrüfatı ziyan çəkirAzərbaycancan Milli Elmlər Akademiyasının əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında aqroparkların əleyhinə olmadığını, sadəcə olaraq işin təşkilində müəyyən nöqsanlara yol verildiyini, nəticədə də ən çox fermerlərin əziyyət çəkdiyini bildirib:O aqroparklarla bağlı yaranan problemin əsas köklərindən söz açıb, bildirib ki, əksər aqroparklar suvarılmayan sahələrdə yaradılıb:"Yəni bu sahələr yeni suvarılan sahələrdir. Mövcud suvarma sistemləri əvvəlki suvarma sahələrinə görə hesablanmışdır".Əslində dügzün olmayan nədir?Mütəxəssis deyir ki, ölkə başçısının fərmanında da qeyd olunub ki, 2023-cü ilədək su anbarları tikilsin:"Bundan başqa, su sızmalarının qarşısının alınması ilə bağlı müəyyən tədbirlərin görülməsi də tapşırılıb. Yəni, su anbarlarının yaranması, su sistemlərinin rekonstruksiyasından sonra aqroparkların yaradılması doğru olardı. Lakin biz tələsdik, öncə aqroparkları yaratdıq".O bildirir ki, aqroparklardan öncə suvarma sistemləri qurulmalı idi:Mütəxəssis bildiri ki, bu sular çirkli sulardır. Belə sularla torpağı suvararkən 5-10 il torpaqdan məhsul götürülürsə də, sonradan isə o torpaqda çox ciddi problemlər yaranır:"Şoranlaşma daha da genişlənir. Nəticədə həmin torpaqların yenidən yuyulması üçün daha çox pul tələb olunacaq", - deyə o əlavə edib.O qeyd edir ki, aqroparklarda sudan normadan artıq istifadə, suyun düzgün bölüşdürülməməsi problemlər yaradır:Aqroparklarla bağlı işlərin düzgün qurulmamsı kiçik fermerlərin həyatını məhv edirİqtisadçı Natiq Cəfərli bildirib ki, aqroparkların effektli olub-olmaması tətbiq olunan yanaşmadan, infrastuktur və qurulmuş sistemdən asılıdır:İqtisadçı bildirir ki, Azərbaycanda aqroparkların yaranması kiçik torpaq sahibləri, kiçik fermerlərin ciddi problemlərlə üzləşməsinə səbəb olub:"Ölkəmizdə aqroparklar su qıtlığına səbəb olur. Effektiv olmayan idarəetmə müəyyən problemlər yaradır".Elmi yanaşmaya ehtiyac varEkspert deyir ki, quraqlığın hökm sürməsi, torpaqların eroziyaya uğramasının səbəbi aqroparkların olmasından asılı deyil:N.Cəfərli onu da bildirir ki, aqroparklar yaranması səhralaşmaya səbəb olursa, bununla mübarizə üçün elmi proqrama, yanaşmaya ehtiyac var:"Çünki su itkisinin qarşısını almaq üçün daha müasir suvarma sistemləri, torpaq eroziyasının qarşısını ala biləcək elmi yanaşmalar var".Əlaqədar qurumlar isə bir-birlərini inkar edirAzərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən isə iddialara cavab olaraq deyildi ki, suyun yalnız aqroparklara verilib, əkin sahələrinə verilməməsi ilə bağlı səsləndirilən fikirlər əsassızdır:Məlumatda o da bildirilir ki, aqroparkların öz hovuzları var:"Onlar müqaviləyə əsasən növbələrini gözləyir və sonra suyu əldə edirlər. Ümumiyyətlə, hamıya növbəli, qrafiklə su verilir. İmişlinin özündə də suvarma suyu ilə bağlı heç bir çətinlik yoxdur. Pambıq sahələrinin suvarəılması artıq yekunlaşmaq üzrədir", - deyə verilən məlumatda bildirilib.Qeyd olunub ki, su qıtlığı ilə bağlı sualları Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavablaya bilər: "Biz su ehtiyyatlarnın idarəolunmasına cavabdeh deyilik. Buna ETSN cavabdehdir".Bu iddialara cavab olaraq isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Ehtiyyatalrınını İdarəolunması şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov isə bildirib ki, kəndlərdə torpaqların suvarılmasında su qıtlığının yaranması məsələsi ETSN-ə aid deyil:"Torpaqların suvarma suyu ilə təmin olunması bilavasitə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin funksiyalarına aiddir".Qeyd edək ki, respublikamızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb.Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub.Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-sına texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib.Həmçinin aqroparklar üçün infrastruktur təminatı dövlət vəsaiti hesabına həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/02/12/439327628_455:0:3186:2048_1920x0_80_0_0_e119eec5aa75353a3c5360d3d696bee1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aqrobiznes, su, quraqlıq, etsn
aqrobiznes, su, quraqlıq, etsn
Aqroparklar yaradılarkən təbii-coğrafi şərait nəzərə alınmayıb - Kəndlilər də şikayətlənir
Respublikanın 32 rayonu üzrə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub.
BAKI, 1 sentyabr — Sputnik. "Torpaqları susuz qoymaqda məqsəd fermerləri torpaqlardan imtina etməsinə nail olmaqdır". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında İmişli rayonunda heyvandarlıq və əkinçiliklə məşğul olan fermer Xəzər Aydın deyib.
Onun sözlərinə görə, Aqroparkların fəaliyyəti ilə əlaqədar İmişli rayonunda fermerlərin ümumi vəziyyəti acınacaqlıdır:
"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti kəndlini düşünüb normal qaydada işləsə, bizim ciddi su problemimiz olmazdı. Lakin təəssüflər olsun ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti suyu əsasən aqroparklara verir", - deyə kəndli bildirib.
Kəndlilər torpaqlarından imtina etmək məcburiyyətində qalırlar
Fermer deyir ki, hazırda su kanallarında su yoxdur:
"Desək ki, aqroparklar bizim təsərrüfatımıza ziyan vurub, az olar. Aqroparklar təsərrüfatlarımızı məhvə sürüklədib. Çünki su yoxdursa, demək ki, heç nə yoxdur".
O bildirir ki, aqroparklar hər hansı təsərrüfat sahəsini deyil, bütün sahələri məhv edir:
"Bu səbəbdən biz də yaxın zamanda təsərrüfatımızı ləğv edəcəyik".
Digər kəndli Adil Məmmədov isə aqroparkların yaratdığı maddi ziyanı dəyərləndirib.
"Əvvəllər kəndli yeganə qazanc mənbəyi olan təsərrüfatından - məsələn 10 hektarlıq yonca səhəsindən ildə 20 min manat qazanırdısa, hazırda bu məbləğ 5 min manatdır", - deyə fermer şikayətlənib.
Ümumiyyətlə, fermerlər bu problemin nəinki Aran zonasında, eyni zamanda da Qax-Zaqatala-Balakəndə də mövcud olduğunu bildirirlər. Belə ki, kəndlilər fındıq sahələrini suvarmaq üçün belə su tapa bilmir, onlar maşınlarla suyu ərazilərə gətirtməli və bunun üçün daha çox vəsait xərcləməli olurlar. Bu zonaların sakinləri onu da eyir ki, torpaqları su qıtlığı səbəbindən məhv olur.
Daha çox kiçik fermerlərin təsərrüfatı ziyan çəkir
Azərbaycancan Milli Elmlər Akademiyasının əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Mirnuh İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında aqroparkların əleyhinə olmadığını, sadəcə olaraq işin təşkilində müəyyən nöqsanlara yol verildiyini, nəticədə də ən çox fermerlərin əziyyət çəkdiyini bildirib:
"Suyun bölüşdürülməsində balansın pozulması Azərbaycanda kiçik fermer təsərrüfatlarının ciddi ziyan çəkməsinə səbəb oldu. Bir misal çəkim... Düzdür, Kənd Təsərrüfatı Nazirliyi deyir ki, bizim pambıq planımız kifayət qədər yerinə yetirilib. Lakin mən bu yaxınlarda tədqiqat apardıqda pambıq sahələri ilə bağlı fərqli mənzərənin şahidi oldum. Kiçik fermerlərin əkdiyi sahələr çox az məhsuldarlığa malik idi, pambıq kolları yaxşı inkişaf etməmişdi. Bu sahələrdən yığılan məhsul fermerin çəkdiyi əziyyətə dəymir, xərci də ödəmir. Nəticədə müəyyən sahələr get-gedə daha da zəifləyir".
O aqroparklarla bağlı yaranan problemin əsas köklərindən söz açıb, bildirib ki, əksər aqroparklar suvarılmayan sahələrdə yaradılıb:
"Yəni bu sahələr yeni suvarılan sahələrdir. Mövcud suvarma sistemləri əvvəlki suvarma sahələrinə görə hesablanmışdır".
Əslində dügzün olmayan nədir?
Mütəxəssis deyir ki, ölkə başçısının fərmanında da qeyd olunub ki, 2023-cü ilədək su anbarları tikilsin:
"Bundan başqa, su sızmalarının qarşısının alınması ilə bağlı müəyyən tədbirlərin görülməsi də tapşırılıb. Yəni, su anbarlarının yaranması, su sistemlərinin rekonstruksiyasından sonra aqroparkların yaradılması doğru olardı. Lakin biz tələsdik, öncə aqroparkları yaratdıq".
O bildirir ki, aqroparklardan öncə suvarma sistemləri qurulmalı idi:
"Təəssüflər olsun ki, aqroparklar yaradılarkən təbii coğrafi şərait tam nəzərə alınmayıb. Bəzən bu parklar elə bir yerdə yaradıldı ki, orada iqlim normasından daha artıq su tələb olunurdu. Baxın, Acınohur, Ceyrançöl kimi ərazilərdə salınan aqroparklar kifayət qədər su tələb edir. Muğan düzündə də aqropark yaradılıb. Lakin həmin aqroparkın suvarılmasında ən çox baş Mil-Muğan kollektorunun suyundan istifadə olunur. Əslində isə kollektorun suyundan suvarılmada istifadə heç də düzgün deyil. Kollektor suları duzluluğu minerallaşması çox olan sulardır".
Mütəxəssis bildiri ki, bu sular çirkli sulardır. Belə sularla torpağı suvararkən 5-10 il torpaqdan məhsul götürülürsə də, sonradan isə o torpaqda çox ciddi problemlər yaranır:
"Şoranlaşma daha da genişlənir. Nəticədə həmin torpaqların yenidən yuyulması üçün daha çox pul tələb olunacaq", - deyə o əlavə edib.
O qeyd edir ki, aqroparklarda sudan normadan artıq istifadə, suyun düzgün bölüşdürülməməsi problemlər yaradır:
"Acınohur gölü quruyur, Bolqarçay su anbarı su yığa bilmir. Hacıqabul gölü də tamamilə quruyub. Bütün bunlar artıq səhralaşamnın əlamətləridir".
Aqroparklarla bağlı işlərin düzgün qurulmamsı kiçik fermerlərin həyatını məhv edir
İqtisadçı Natiq Cəfərli bildirib ki, aqroparkların effektli olub-olmaması tətbiq olunan yanaşmadan, infrastuktur və qurulmuş sistemdən asılıdır:
"Azərbaycanda böyük aqroparkların qurulmasının müsbət, həmçinin mənfi tərəfləri var. Müsbət tərəfi yeni iş yerlərinin yaranması və kənd təsərrüfatlarının təmərküzləşməsidir. Məntiq və nəzəriyyəyə görə aqroparklaırn yaranması ilə böyük təsərrüfatlar daha effektiv çalışmalıdır. Lakin reallığa baxdıqda fərqli mənzərə görürük".
İqtisadçı bildirir ki, Azərbaycanda aqroparkların yaranması kiçik torpaq sahibləri, kiçik fermerlərin ciddi problemlərlə üzləşməsinə səbəb olub:
"Ölkəmizdə aqroparklar su qıtlığına səbəb olur. Effektiv olmayan idarəetmə müəyyən problemlər yaradır".
Elmi yanaşmaya ehtiyac var
Ekspert deyir ki, quraqlığın hökm sürməsi, torpaqların eroziyaya uğramasının səbəbi aqroparkların olmasından asılı deyil:
"Bu daha çox texnoloji, elmi yanaşmanın olub-olmamasından asılıdır. İstər aqropark olsun, istər fərdi qaydada fermer təsərrüfatları olsun, bunlar müasir texnoloji qaydalara uyğun olaraq suvarma sistemi qura bilmirlərsə, elmi yanaşmalar tətbiq olunmursa, torpaq eroziyaya uğrayır, quraqlıq baş verir".
N.Cəfərli onu da bildirir ki, aqroparklar yaranması səhralaşmaya səbəb olursa, bununla mübarizə üçün elmi proqrama, yanaşmaya ehtiyac var:
"Çünki su itkisinin qarşısını almaq üçün daha müasir suvarma sistemləri, torpaq eroziyasının qarşısını ala biləcək elmi yanaşmalar var".
Əlaqədar qurumlar isə bir-birlərini inkar edir
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən isə iddialara cavab olaraq deyildi ki, suyun yalnız aqroparklara verilib, əkin sahələrinə verilməməsi ilə bağlı səsləndirilən fikirlər əsassızdır:
"Bizdən əlavə Kənd Təsərrüfatı Nazirliyi də əkin sahələrinin suvarılmasına nəzarət edir. Əkin sahələrinin suvarılması üçün biz qrafik təyin etmişik. Kiminsə konkret iddisı varsa, mürciət etsin, problemi araşdıraq. Qeyd edim ki, sizə qədər bizə bununla bağlı hansısa müraciət, şikayət daxil olmayıb".
Məlumatda o da bildirilir ki, aqroparkların öz hovuzları var:
"Onlar müqaviləyə əsasən növbələrini gözləyir və sonra suyu əldə edirlər. Ümumiyyətlə, hamıya növbəli, qrafiklə su verilir. İmişlinin özündə də suvarma suyu ilə bağlı heç bir çətinlik yoxdur. Pambıq sahələrinin suvarəılması artıq yekunlaşmaq üzrədir", - deyə verilən məlumatda bildirilib.
Qeyd olunub ki, su qıtlığı ilə bağlı sualları Ekologiya və Təbii Sərvətlər Nazirliyi cavablaya bilər: "Biz su ehtiyyatlarnın idarəolunmasına cavabdeh deyilik. Buna ETSN cavabdehdir".
Bu iddialara cavab olaraq isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Su Ehtiyyatalrınını İdarəolunması şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov isə bildirib ki, kəndlərdə torpaqların suvarılmasında su qıtlığının yaranması məsələsi ETSN-ə aid deyil:
"Torpaqların suvarma suyu ilə təmin olunması bilavasitə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin funksiyalarına aiddir".
Qeyd edək ki, respublikamızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb.
Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub.
Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-sına texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib.
Həmçinin aqroparklar üçün infrastruktur təminatı dövlət vəsaiti hesabına həyata keçirilir.