Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Abituriyentlərin nəzərinə! İxtisas qrupları üzrə vakant yerlərin sayı açıqlandı

© AFP 2024 / FREDERICK FLORINAbituriyent
Abituriyent - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Abunə olmaq
Məleykə Abbaszadə subbakalavrların qəbul göstəricisinin əvvəlki illə müqayisədə az olduğunu söyləyib.
BAKI, 1 sentyabr — Sputnik. Dövlət İmtahan Mərkəzi ixtisas qrupları üzrə vakant yerlərin sayını açıqlayıb. Bu barədə DİM məlumat yayıb. Məlumata görə, qruplar üzrə vakant yerlərin sayı bu cürdür:
I qrup üzrə vakant yerlərin ümumi sayı 327-dir (2,01%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 7-dir (0,28%).
II qrup üzrə vakant yerlərin ümumi sayı 519-dur (4,30%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yer yoxdur.
III qrup üzrə vakant yerlərin ümumi sayı 1010-dur (6,75%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 127-dir (4,92%).
IV qrup üzrə vakant yerlərin ümumi sayı 286-dır (7,19%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı 151-dir (13,92%).
V qrup üzrə vakant yerlərin ümumi sayı 309-dur (7,71%). Bu qrupda minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yer yoxdur.
DİM-dən bildirilib ki, ixtisas qrupları üzrə ümumilikdə vakant yerlərin sayı 2451-dir (4,78%). Minimal müsabiqə şərti 150 (ikinci mərhələ üzrə ən azı 50 bal) bal olan ixtisaslar üzrə vakant yerlərin sayı isə 285-dir (2,78%).
4900 subbakalavr ali məktəbə qəbul olub
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə subbakalavrlarla bağlı məlumatı da açıqlayıb. O bildirib ki, bu il təxminən 4900 subbakalavr ali məktəbə qəbul olub. M.Abbaszadə qeyd edib ki, bu il subbakalavrların qəbul göstəricisi əvvəlki illə müqayisədə az olub: "Keçən il bu rəqəm təxminən 5300 idi. Bu il qəbul göstəricisi nisbətən azdır. Amma ikinci yerləşdirmədə onların şansları yenə də var. Müvafiq ixtisasları seçərək müsabiqədə iştirak edə bilərlər".
© Sputnik / Ilham AhmadovMəleykə Abbaszadə
Məleykə Abbaszadə - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Məleykə Abbaszadə
Yüksək bal toplayanlar xüsusi təyinatlı məktəbləri seçirlər
DİM sədri həmçinin bildirib ki, xüsusi təyinatlı ali təhsil müəssisələrinə maraq artıb. O qeyd edib ki, III qrupa imtahan verən istedadlı gənclər həmin məktəbləri seçirlər:
"Orada əsas kontingent 500 baldan yuxarı nəticə göstərən oğlanlardır. Heç kimi məcburi hansısa ixtisasa göndərmək olmaz. Onlar öz sahələrini istəyərək seçirlər. Ali hərbi məktəblərdə də oxumaq istəyən kifayət qədər yüksək bal toplamış abituriyentlər var. Bu cür vacib ixtisaslara savadlı insanların maraq göstərməsi müsbət haldır".
Xəbər lenti
0