Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Aİ-nin Cənubi Qafqaza olan marağı: Qarabağ məsələsi isə gündəmdə deyil

Politoloq Elşən Manafov - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Abunə olmaq
Politoloq bildirib ki, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar fonunda və enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanın artan rolu Aİ tərəfindən nəzərə alınır.
BAKI, 1 sentyabr — Sputnik. Ötən gün Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib.
Görüşdə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək üçün əsaslı işi gücləndirmək barədə razılıq əldə edilib.
Sputnik Azərbaycan Brüssel görüşünün nəticələri ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Politoloq Elşən Manafov bildirib ki, görüşdən sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin açıqlamaları diqqət çəkən idi:

"Azərbaycan tərəfi bu görüşü məqbul hesab etdiyini açıqladı. Azərbaycan həm də Aİ-nin vasitəçilik missiyasına böyük dəyər verir. Mühüm məqamlardan biri də odur ki, Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü 5 maddəlik təklifləri qəbul edib. Lakin görürük ki, Ermənistan tərəfi yenidən qeyri-pozitiv mövqe nümayiş etdirir. Sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın nümayiş etdirdiyi mövqe və atdığı addımlar Ermənistan tərəfindən adekvat qarşılanmır".

© Photo : European UnionAzərbaycan Prezidenti İlham Əliyev , Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel görüşdən əvvəl (31 avqust 2022)
Премьер-министр Армении Никол Пашинян, Президент Европейского Совета Шарль Мишель и президент Азербайджана Ильхам Алиев перед встречей в Европейском Совете (31 августа 2022)  - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Azərbaycan Prezidenti İlham Əliyev , Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel görüşdən əvvəl (31 avqust 2022)
Politoloq hesab edir ki, bu görüşün ən mühüm nəticəsi sülh müqaviləsinin hazırlanması üçün komissiyaların yaradılması ilə bağlı qərardır:
"Görünür ki, digər məsələlərlə bağlı hər hansı razılığa gəlmək mümkün olmayıb".
Politoloq qeyd edib ki, Moskvanın fəaliyyəti perspektivdə daha böyük vədlər verir: "Söhbət ondan gedir ki, Aİ Azərbaycan-Ermənistan arasındakı məsələlərin həllində öz rolunu qabartmağa çalışır. Xüsusən də Rusiyanın təsir imkanlarının böyük olması Aİ-də qıcıq yaradır".
"Vətən müharibəsi Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar yaradıb. Qərb ölkələri, xüsusən də ABŞ bu reallıqları qəbul etmək istəmir. Onlar Rusiyanın bölgədəki təsir imkanlarını minimuma endirməyə, nüfuz dairəsini daraltmağa çalışırlar. Aİ-nin proseslərdə göstərdiyi əsas fəallığın məqsədi də elə budur", - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar fonunda və enerji təhlükəsizliyi ilə bağlı Azərbaycanın artan rolu Aİ tərəfindən nəzərə alınır:
"Aİ çalışır ki, burada Azərbaycan üçün etibarlı tərəfdaş rolunda çıxış etsin. Məhz buna görədir ki, Aİ-nin mövqeyində geosiyasi faktorların olması özünü qabarıq formada büruzə verir. Ən əsası isə odur ki, danışıqlar müstəvisində Qarabağ məsələsi gündəmdə deyil. Təbii ki, Brüssel görüşündən əvvəl Ermənistan baş nazirinin Qarabağla bağlı real situasiyadan kənar açıqlaması isə göstərir ki, bu ölkə hələ də Azərbaycana olan ərazi iddialarından imtina etməyib. Ermənistan nə qədər ki, Qarabağda baş verənləri Azərbaycanın daxili məsələsi kimi qəbul etməyəcək, bu da öz növbəsində yekun sülh müqaviləsinin imzalanmasını o qədər ləngidəcək".
Xəbər lenti
0