Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Zaqatala və Şabranda dağlıq-meşəlik ərazidə yanğınlar davam edir

© AFP 2023 / YAMIL LAGEyanğın
yanğın - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
Hər iki rayonda yanğınlar mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə başladığından, yanğınsöndürməyə canlı qüvvə ilə yanaşı iki helikopter də cəlb edilib.
BAKI, 31 avqust — Sputnik. Zaqatala və Şabranda mürəkkəb reylefli dağlıq-meşəlik ərazidə baş verən yanğınlar davam edir. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, hazırda nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının əməkdaşları tərəfindən yanğınların söndürülməsi istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, ötən gün hər iki rayonda mürəkkəb reylefli dağlıq-meşəlik ərazisində yanğınlar başlayıb. Zaqataladakı yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 70 nəfərə yaxın canlı qüvvəsi, 2 ədəd helikopteri, Ekologiya və Təbi Sərvətlər Nazirlinin əməkdaşları və yerli sakinlər cəlb edilib.
Xəbər lenti
0