Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Zakir Həsənov Türkiyədə hərbi məktəblərin məzunlarının buraxılış mərasimində iştirak edib

© Photo : Twitter / T.C. Millî Savunma BakanlığıZakir Həsənov və Hulusi Akar görüş zamanı
Zakir Həsənov və Hulusi Akar görüş zamanı - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
Mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.
BAKI, 31 avqust - Sputnik. Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimində iştirak edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək məzunları buraxılış münasibətilə təbrik edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyənin Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənovun qardaş ölkədə işgüzar səfərdədir.
Zakir Həsənov və Hulusi Akar görüş zamanı - Sputnik Azərbaycan, 1920, 31.08.2022
HƏRBİ
Türk dövlətlərinin hərbi rəhbərliyi Kalender Qəsrinə toplaşdı
Xəbər lenti
0