Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Torpaq məcralı kanallar betonla üzlənir - FOTO

© Photo : Azerbaijan Amelioration and Water Farm Company Siyəzən rayonunda suvarma mövsümü
Siyəzən rayonunda suvarma mövsümü - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
Ötən il 2100 metr uzunluğunda Zarat kanalının beton üzlüyə alınması nəticəsində 100 hektardan artıq sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb.
BAKI, 31 avqust — Sputnik. Torpaq mülkiyyətçilərini vaxtında suvarma suyu ilə təmin etmək məqsədilə Siyəzən Suvarma Sistemləri İdarəsinin əməkdaşları tərəfindən torpaq kanallar lil və kol-kosdan təmizlənir. Nəticədə kanalların ötürücülük qabiliyyəti artır və fermerlər lazımi vaxtda su ilə təmin edilir.
© Photo : Azerbaijan Amelioration and Water Farm Company Siyəzən rayonunda suvarma mövsümü
Siyəzən rayonunda suvarma mövsümü - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Siyəzən rayonunda suvarma mövsümü
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildiriblər ki, suvarma mövsümü dövründə hər hansı çətinliyin yaranmaması üçün mütəmadi olaraq idarə əməkdaşları tərəfindən hidrotexniki qurğularda və qapalı kanallarda cari təmir işləri görülür.
Siyəzən rayonunda 247 kilometr uzunluğunda suvarma kanalları mövcuddur. Hər il plana uyğun olaraq torpaq məcralı kanallar beton üzlüyə alınır. Ötən il 2100 metr uzunluğunda Zarat kanalının beton üzlüyə alınması nəticəsində 100 hektardan artıq sahənin suvarma suyu ilə təminatı yaxşılaşıb. Bu isə öz növbəsində rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına böyük təsir göstərib.
© Photo : Azerbaijan Amelioration and Water Farm Company Siyəzən rayonunda suvarma mövsümü
Siyəzən rayonunda suvarma mövsümü - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Siyəzən rayonunda suvarma mövsümü
Qeyd edək ki, Siyəzən rayonunda 12000 hektardan çox suvarılan ərazi mövcuddur. Rayonun əsas suvarma mənbəyi Samur-Abşeron kanalı, Taxtakörpü-Ceyranbatan kanalı, Gil-gilçay və Ataçay çaylarıdır.
Sahələri suvarma suyu ilə vaxtında və itkisiz təmin etmək məqsədilə son dövrlər rayonda 1685 ədəd hidrotexniki qurğu, 198286 metr uzunluğunda qapalı supaylayıcı şəbəkə, üzərində 118 ədəd hidrotexniki qurğu olan 24103 metr uzunluğunda beton üzlüklü açıq suvarma kanalı və 2300 hektar ərazini əhatə edən 26 kilometr açıq, 121 kilometr isə qapalı drenaj şəbəkəsi çəkilib.
Xəbər lenti
0