https://sputnik.az/20220831/serhed-komissiyalari-gorusdu---ermeniler-sahin-mustafayevden-ne-xahis-edib-445550461.html
Sərhəd komissiyaları görüşdü - Ermənilər Şahin Mustafayevdən nə xahiş edib?
Sərhəd komissiyaları görüşdü - Ermənilər Şahin Mustafayevdən nə xahiş edib?
Sputnik Azərbaycan
Millət vəkili Arzu Nağıyev qeyd edir ki, sülh müqaviləsinin imzalanmasından öncə ən vacib məsələ delimitasiya və demarkasiya ilə bağlı işlərin... 31.08.2022, Sputnik Azərbaycan
2022-08-31T21:00+0400
2022-08-31T21:00+0400
2022-08-31T21:00+0400
sərhəd
siyasət
erməni
şahin mustafayev
arzu nağıyev
tofiq abbasov
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1d/426570842_0:385:1000:948_1920x0_80_0_0_9e52fcdc7a1b2732da27dff94d98601a.jpg
BAKI, 31 avqust — Sputnik. Ötən gün Moskvada Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və onun sonradan demarkasiyası üzrə ikitərəfli komissiyanın iclası keçirilib.Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir ki, Rusiya nümayəndə heyəti Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası, sərhəd zonasında sabitlik və təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı aparılan danışıqlarda bundan sonra da məsləhət və texniki yardım göstərməyə hazırdır.Sputnik Azərbaycan sərhəd komissiyalarının iclası ilə bağlı politoloq Tofiq Abbasovun və millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib.Politoloq Tofiq Abbasov bildirib ki, bu görüşlərin faydalılığı onun implementasiyası ilə müəyyən edilir. Onun sözlərinə görə, Ermənistan bu məsələdə Azərbaycanı Avropa İttifaqı və Rusiya ilə üz-üzə qoymağa çalışır: "Təbii olaraq Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatların yayılması da bununla bağlıdır. Azərbaycanın həm Moskva, həm də Brüssellə münasibətlərinin əsasında implementasiyanın baş verməsi dayanır. Rusiya ilə birgə qəbul olunan üçtərəfli bəyanatlar bölgədə yeni situasiyanın formalaşmasının və həyata keçirilməsinin yol xəritəsini təmin edir. Məhz buna görə də Ermənistan qəbul olunmuş qərarlarla bağlı ləng tərpənir və maneələr törətməyə çalışır. Bu proses üçün onlar təsadüflərə ümid edirlər. Ancaq bu prosesin nizamını təsadüflər dəyişə bilməz".Tofiq Abbasov qeyd edir ki, Baş nazirlərin müavinləri ilk dəfə deyil ki, görüşürlər."Ermənistan təmsilçisi dəfələrlə söhbətlər əsnasında gedən proseslərin mediaya çıxmamasını xahiş edib. Çünki Ermənistanın nümayəndəsinin Baş nazirin müavini olaraq səlahiyyətləri həddən artıq azdır və qarşısına qoyulan çərçivədən kənara çıxa bilmir. Bu məqamda Rusiyanın üzərinə böyük məsuliyyət düşür ki, Ermənistanı hərəkətə gətirsin. Bunun üçün kifayət qədər mexanizmlər var", - politoloq bildirib.Tofiq Abbasov hesab edir ki, bu görüşdən sonra hansı nəticələrin olmasını görmək üçün əldə olunmuş razılaşmaların necə tətbiq olunmasına diqqət yetirilməlidir: "Ermənistan tərəfi yol tikintisinə söz verdi, ancaq əllərini ağdan qaraya vurmadılar. Delimitasiya ilə bağlı komissiyalar yaradılıb, ancaq heç bir iş getmir. Humanitar məsələlərlə bağlı Ermənistan hər zaman vəd verir, əməldə isə heç nə etmir. Ümumilikdə isə görüşün keçirilməsi çox vacib məqamdır, çünki təmaslar qorunmalıdır. Biz isə ən yaxın zamanda Ermənistanın öz davranışlarına dəyişiklik edib-etməyəcəyini görəcəyik".Millət vəkili Arzu Nağıyev isə qeyd edir ki, sülh müqaviləsinin imzalanmasından öncə ən vacib məsələ delimitasiya və demarkasiya ilə bağlı işlərin yekunlaşdırılmasıdır: "Bu görüşlər sadəcə görüş xatirinə keçirilmir. Budəfəki görüşün də məqsədi delimitasiya ilə bağlı proseslərin növbəti mərhələyə keçirilməsidir. Komissiyaların Moskva görüşünün də əsas müzakirə mövzusu bu olub".Millət vəkili Ermənistan mediasında sərhəd keçid məntəqələrinin yaradılması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O qeyd edib ki, Ermənistan tərəfi bu məsələlərlə bağlı qəti qərar verməli və mövqeyini açıq ifadə etməlidir: "Bu görüşlərin sonu sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Ərazi bütövlüyünün tanınması sərhədlərin tanınmasından keçir. Sərhədlər müəyyənləşdikdən sonra müvafiq addımlar atmaq olar".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/1d/426570842_0:292:1000:1042_1920x0_80_0_0_b1fb58edcdd080eaf7bd406864ec40a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sərhəd, erməni, şahin mustafayev, arzu nağıyev, tofiq abbasov
sərhəd, erməni, şahin mustafayev, arzu nağıyev, tofiq abbasov
Sərhəd komissiyaları görüşdü - Ermənilər Şahin Mustafayevdən nə xahiş edib?
Millət vəkili Arzu Nağıyev qeyd edir ki, sülh müqaviləsinin imzalanmasından öncə ən vacib məsələ delimitasiya və demarkasiya ilə bağlı işlərin yekunlaşdırılmasıdır.
BAKI, 31 avqust — Sputnik. Ötən gün Moskvada Rusiyanın məşvərətçi yardımı ilə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və onun sonradan demarkasiyası üzrə ikitərəfli komissiyanın iclası keçirilib.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda deyilir ki, Rusiya nümayəndə heyəti Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası, sərhəd zonasında sabitlik və təhlükəsizliyin səviyyəsinin artırılması ilə bağlı aparılan danışıqlarda bundan sonra da məsləhət və texniki yardım göstərməyə hazırdır.
Sputnik Azərbaycan sərhəd komissiyalarının iclası ilə bağlı politoloq Tofiq Abbasovun və millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib.
Politoloq Tofiq Abbasov bildirib ki, bu görüşlərin faydalılığı onun implementasiyası ilə müəyyən edilir. Onun sözlərinə görə, Ermənistan bu məsələdə Azərbaycanı Avropa İttifaqı və Rusiya ilə üz-üzə qoymağa çalışır:
"Təbii olaraq Azərbaycan haqqında həqiqətə uyğun olmayan məlumatların yayılması da bununla bağlıdır. Azərbaycanın həm Moskva, həm də Brüssellə münasibətlərinin əsasında implementasiyanın baş verməsi dayanır. Rusiya ilə birgə qəbul olunan üçtərəfli bəyanatlar bölgədə yeni situasiyanın formalaşmasının və həyata keçirilməsinin yol xəritəsini təmin edir. Məhz buna görə də Ermənistan qəbul olunmuş qərarlarla bağlı ləng tərpənir və maneələr törətməyə çalışır. Bu proses üçün onlar təsadüflərə ümid edirlər. Ancaq bu prosesin nizamını təsadüflər dəyişə bilməz".
Tofiq Abbasov qeyd edir ki, Baş nazirlərin müavinləri ilk dəfə deyil ki, görüşürlər.
"Ermənistan təmsilçisi dəfələrlə söhbətlər əsnasında gedən proseslərin mediaya çıxmamasını xahiş edib. Çünki Ermənistanın nümayəndəsinin Baş nazirin müavini olaraq səlahiyyətləri həddən artıq azdır və qarşısına qoyulan çərçivədən kənara çıxa bilmir. Bu məqamda Rusiyanın üzərinə böyük məsuliyyət düşür ki, Ermənistanı hərəkətə gətirsin. Bunun üçün kifayət qədər mexanizmlər var", - politoloq bildirib.
Tofiq Abbasov hesab edir ki, bu görüşdən sonra hansı nəticələrin olmasını görmək üçün əldə olunmuş razılaşmaların necə tətbiq olunmasına diqqət yetirilməlidir: "Ermənistan tərəfi yol tikintisinə söz verdi, ancaq əllərini ağdan qaraya vurmadılar. Delimitasiya ilə bağlı komissiyalar yaradılıb, ancaq heç bir iş getmir. Humanitar məsələlərlə bağlı Ermənistan hər zaman vəd verir, əməldə isə heç nə etmir. Ümumilikdə isə görüşün keçirilməsi çox vacib məqamdır, çünki təmaslar qorunmalıdır. Biz isə ən yaxın zamanda Ermənistanın öz davranışlarına dəyişiklik edib-etməyəcəyini görəcəyik".
Millət vəkili Arzu Nağıyev isə qeyd edir ki, sülh müqaviləsinin imzalanmasından öncə ən vacib məsələ delimitasiya və demarkasiya ilə bağlı işlərin yekunlaşdırılmasıdır: "Bu görüşlər sadəcə görüş xatirinə keçirilmir. Budəfəki görüşün də məqsədi delimitasiya ilə bağlı proseslərin növbəti mərhələyə keçirilməsidir. Komissiyaların Moskva görüşünün də əsas müzakirə mövzusu bu olub".
Millət vəkili Ermənistan mediasında sərhəd keçid məntəqələrinin yaradılması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib. O qeyd edib ki, Ermənistan tərəfi bu məsələlərlə bağlı qəti qərar verməli və mövqeyini açıq ifadə etməlidir: "Bu görüşlərin sonu sülh müqaviləsinin imzalanması ilə nəticələnə bilər. Ərazi bütövlüyünün tanınması sərhədlərin tanınmasından keçir. Sərhədlər müəyyənləşdikdən sonra müvafiq addımlar atmaq olar".