Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sentyabrın 1-də hava necə olacaq?

© AFP 2023 / KIRILL KUDRYAVTSEVhava isti
hava isti - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, cənub-şərq küləyi əsəcək, havanın temperaturu gündüz 35-39° isti olacaq.
BAKI, 31 avqust — Sputnik. Sentyabrın 1-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz hava olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 36-38° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 25-30% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.
yağış - Sputnik Azərbaycan, 1920, 31.08.2022
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycanda havanın temperaturu kəskin şəkildə aşağı düşəcək
Xəbər lenti
0