Rusiyada "Şərq-2022" strateji təlimləri başlayıb - fotolar
Rusiyada "Şərq-2022" strateji təlimləri başlayıb - fotolar
Sputnik Azərbaycan
Təlimlərə 14 ölkədən 50 mindən çox hərbçi, 5 mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, kater və dəstək gəmisi cəlb olunacaq. 31.08.2022, Sputnik Azərbaycan
BAKI, 31 avqust — Sputnik. Çərşənbə günü Primorsk diyarındakı Sergeyevski poliqonunda "Şərq-2022" strateji komanda-qərargah təlimlərinin (SKGT) təntənəli açılışı olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib."Avqustun 31-də Primorsk diyarındakı Sergeyevski poliqonunda "Şərq-2022" strateji komanda-qərargah təliminin açılış mərasimi keçirilib. Təntənəli tədbirdə SKGT-də iştirak edən hərbi kontingentin ümumi formalaşdırılması zamanı "Şərq-2022" təliminin bayrağı qaldırılıb", - deyə nazirlikdən bildirilib.Xarici dövlətlərin hərbi kontingentinin rəhbərlərinin iştirakı ilə təlimlərin açılışını Rusiya Federasiyasının müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov elan edib."Bizi təkcə sərhədlərimiz yaxınlığında hərbi təhlükəsizliyin möhkəmləndirilməsi zərurəti bağlamır, həm də ölkələr arasında uzun müddətli dostluq münasibətləri, yaşlı nəsillər tərəfindən qoyulmuş ümumi qəhrəmanlıq keçmişi bağlayır. Dövlətlərin koalisiyasının bir hissəsi kimi keçirilən təlimlər qoşunların hazırlığının təşkili, onların operativ və taktiki səviyyədə idarə edilməsi və qarşılıqlı əlaqəsinin vahid anlayışının hazırlanmasına kömək edir, hərbçilərimiz arasında dostluq və döyüş yoldaşlığı möhkəmlənir", - deyə Yevkurov bildirib.Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistanın nümayəndələri də salamlama nitqi ilə çıxış ediblər.Daha sonra təlimlərdə iştirak edən dövlətlərin hərbi kontingent bölmələrinin hərbçiləri tribuna önündən təntənəli marşla keçiblər.Proqram A.V.Aleksandrov adına Akademik Mahnı və Rəqs Ansamblının, M.V.Frunze adına Rusiya Ordusunun Mərkəzi Evinin artistlərinin, SKGT-da iştirak edən ölkələrin yaradıcı kollektivlərinin və ifaçılarının böyük konserti ilə başa çatıb."Şərq" təlimləri sentyabrın 1-dən 7-dək RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərliyi altında Şərq hərbi dairəsi ərazisində 14 ölkənin iştirakı ilə doqquz poliqonda keçiriləcək və bu il Rusiya Silahlı Qüvvələrinin hazırlığının son mərhələsi olacaq.Təlimlərə ümumilikdə 14 ölkədən 50 mindən çox hərbçi, 5 mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, kater və dəstək gəmisi cəlb olunacaq.
Təlimlərə 14 ölkədən 50 mindən çox hərbçi, 5 mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, kater və dəstək gəmisi cəlb olunacaq.
BAKI, 31 avqust — Sputnik. Çərşənbə günü Primorsk diyarındakı Sergeyevski poliqonunda "Şərq-2022" strateji komanda-qərargah təlimlərinin (SKGT) təntənəli açılışı olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
"Avqustun 31-də Primorsk diyarındakı Sergeyevski poliqonunda "Şərq-2022" strateji komanda-qərargah təliminin açılış mərasimi keçirilib. Təntənəli tədbirdə SKGT-də iştirak edən hərbi kontingentin ümumi formalaşdırılması zamanı "Şərq-2022" təliminin bayrağı qaldırılıb", - deyə nazirlikdən bildirilib.
"Şərq-2022" təlimlərində iştirak edən dövlətlərin hərbi kontingentinin bölmələrinin hərbçiləri.
Xarici dövlətlərin hərbi kontingentinin rəhbərlərinin iştirakı ilə təlimlərin açılışını Rusiya Federasiyasının müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov elan edib.
"Bizi təkcə sərhədlərimiz yaxınlığında hərbi təhlükəsizliyin möhkəmləndirilməsi zərurəti bağlamır, həm də ölkələr arasında uzun müddətli dostluq münasibətləri, yaşlı nəsillər tərəfindən qoyulmuş ümumi qəhrəmanlıq keçmişi bağlayır. Dövlətlərin koalisiyasının bir hissəsi kimi keçirilən təlimlər qoşunların hazırlığının təşkili, onların operativ və taktiki səviyyədə idarə edilməsi və qarşılıqlı əlaqəsinin vahid anlayışının hazırlanmasına kömək edir, hərbçilərimiz arasında dostluq və döyüş yoldaşlığı möhkəmlənir", - deyə Yevkurov bildirib.
Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistanın nümayəndələri də salamlama nitqi ilə çıxış ediblər.
Daha sonra təlimlərdə iştirak edən dövlətlərin hərbi kontingent bölmələrinin hərbçiləri tribuna önündən təntənəli marşla keçiblər.
Proqram A.V.Aleksandrov adına Akademik Mahnı və Rəqs Ansamblının, M.V.Frunze adına Rusiya Ordusunun Mərkəzi Evinin artistlərinin, SKGT-da iştirak edən ölkələrin yaradıcı kollektivlərinin və ifaçılarının böyük konserti ilə başa çatıb.
"Şərq" təlimləri sentyabrın 1-dən 7-dək RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərliyi altında Şərq hərbi dairəsi ərazisində 14 ölkənin iştirakı ilə doqquz poliqonda keçiriləcək və bu il Rusiya Silahlı Qüvvələrinin hazırlığının son mərhələsi olacaq.
Təlimlərə ümumilikdə 14 ölkədən 50 mindən çox hərbçi, 5 mindən çox silah və hərbi texnika, o cümlədən 140 təyyarə, 60 döyüş gəmisi, kater və dəstək gəmisi cəlb olunacaq.