NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Qara qızıl" yenə bahalaşıb

© AFP 2024 / ASAAD NIAZIneft
neft - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
Treyderlər neft hasilatı ilə bağlı problemləri diqqətdə saxlayırlar. OPEC+ ölkələri nazirlərinin iclası sentyabrın 5-də keçiriləcək.
BAKI, 31 avqust — Sputnik. Dünya birjalarında neft qiymətləri bahalaşıb.
London birjasında "Brent" markalı neftin qiyməti 0,7 dollar artaraq 100,01 dollar, Nyu-York birjasında "Light" markalı neftin qiyməti isə 1,07 dollar bahalaşaraq 92,71 dollar olub.
Azərbaycan neftinin qiyməti 0,25 ABŞ dolları və ya 0,25% artaraq 102,15 dollar təşkil edib.
Qeyd edək ki, treyderlər neft hasilatı ilə bağlı problemləri də diqqətdə saxlayırlar. Son günlər həm Liviyada, həm də İraqda ciddi iğtişaşlar yaşansa da, bunun indiyədək hər iki OPEC üzvündə neft hasilatına təsir etmədiyi görünür. Həmçinin, daha çox neft hasilatına zəmin yarada biləcək İranın nüvə sazişi ilə bağlı danışıqlar uzanıb.
Xatırladaq ki, bu il Azərbaycan neftinin maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınıb.
OPEC+ ölkələri nazirlərinin 32-ci iclası sentyabrın 5-də keçiriləcək.
Şahzadə Əbdül Əziz bin Salman Əl-Səud deyib ki, OPEC+ tezliklə 2022-ci ildən sonrakı dövr üçün yeni saziş üzərində işə başlayacaq və onu daha səmərəli etmək niyyətindədir.
Xəbər lenti
0