Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dünya ulduzları Kəlbəcərdə hərbiçilərimizə konsert verdi - Video

© Photo : courtesy of Emin AgalarovEmin Ağalarov, arxiv şəkli
Emin Ağalarov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
Emin Ağalarov Kəlbəcərdən sonra işğaldan azad olunmuş digər ərazilərimizdə də konsert proqramı ilə çıxış edəcəklərini bildirib.
BAKI, 31 avqust — Sputnik. Bu gün işğaldan azad olunan Kəlbəcər rayonunda yerləşən "N" saylı hərbi hissədə konsert proqramı baş tutub.
Vətənin keşiyində dayanan hərbçilərimiz üçün "Yaşa, doğma Azərbaycan!" adlı konsert proqramında tanınmış azərbaycanlı müğənnilər Xalq artisti Emin, eləcə də Ellai, Bahh Tee & Türkan, Jony, Rauf & Faiq, gənc müğənni Cəmilə Həşimova və "The Excellent Music Band" qrupu bir-birindən maraqlı ifaları ilə hərbçilərimizə xoş anlar bəxş ediblər.
Konsertin açılışında gənc müğənni Cəmilə Həşimova "The Excellent Music Band" qrupunun müşayiəti ilə "Reyhan" və "Bu gün hər şey yaxşı olacaq" və "Sənsiz" mahnılarını ifa edib.
Sonra səhnəyə çıxan tanınmış müğənnilər Bahh Tee & Türkan "Şirin yalan sözlər", "Кто я без тебя", "Принцев не существует", "Нужен", Ellai "Yar-yar", "В любви нет чужих", "Я не перестану", Rauf & Faiq "Вечера", "Я люблю тебя", "Детство", "Колыбельная", JONY "Love you're voice", "Аллея", "Ты беспощадна", "Комета", Xalq artisti Emin "Я лучше всех живу", "Сбежим в Баку", "Boomerang", "Yaşa, doğma Azərbaycan!" mahnılarını oxuyublar. Konsert gənc müğənni Cəmilə Həşimovanın ifasında "Simpy the best", "В этом городе" mahnıları ilə yekunlaşıb.
Azərbaycanın cənnət məkanı adlandırılan Kəlbəcərdə Vətənə, bayrağa, dövlətə, xalqa sonsuz sədaqətini nümayiş etdirən qəhrəman əsgər və zabitlərimiz konsert proqramı zamanı təqdim olunan rəngarəng musiqi nömrələrini alqışlarla qarşılayıblar.
Emin Ağalarov Kəlbəcərdən sonra işğaldan azad olunmuş digər ərazilərimizdə də konsert proqramı ilə çıxış edəcəklərini bildirib.
Qeyd edək ki, konsert hərbçilərin, xüsusilə gənc əsgərlərin coşqusu, doğma Azərbaycanı vəsf edən mahnıların izdihamla səsləndirilməsi və müğənnilərin müstəqil dövlətimizə, Prezidentimizə, xalqımıza səmimi təbrikləri ilə yadda qalıb.
Xəbər lenti
0